Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3742/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb etməklə “nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etməklə "nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs2 ilə xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Krasnaselo rayonunda nikah münasibətlərinə daxil olmaqla evlənmişdir. Məlum səbəblərdən nikah haqqında şəhadətnaməni itirmişdir. Qeyd edilənlərlə əlaqədar, Maraqlı şəxs1nə müraciət edərək nikah aktı qeydinin bərpa olunaraq təkrar nikah haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli 3-16-5/8-Q- 14xx/xx/2025 saylı məktubla ərizəçiyə bildirdilər ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 arxivində saxlanmadığı üçün nikah aktı qeydinin bərpa olunaraq təkrar nikah haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Həmçinin bildirdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində ərizə əsasında dəyişiklik edilməsi, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar 13-cü və 14cü bəndin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümükün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən nikah aktı qeydinin bərpa olunaraq ərizəçiyə yeni nikah haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan ərizəçi ərizəsini dəqiqləşdirərək, onun Maraqlı şəxs2 ilə xx.xx.1969-cu il Ermənistan Respublikasının Krosnoselo rayonunda qeydə alınmış rəsmi nikahın qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bundan sonra məhkəmənin təşəbbüsü ilə Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclası ilə əlaqədar Ərizəçi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir.
10. Məhkəmə, ərizəçinin və Maraqlı şəxs2 izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki, iş materiallarında olan Krasnaselo rayonu ZAQS şöbəsi tərəfindən xx.xx.1969-cu il tarixində verilmiş İİ-ЗЖ seriyalı № 215406 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 və Osmanova Fatma Sərvaz qızı xx.xx.1969-cu il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir.
12. İş materiallarında olan Maraqlı şəxs1 Ərizəçi ünvanladığı 23 aprel 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Maraqlı şəxs2 ilə Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda qeydə alınmış nikah haqqında təkrar şəhadətnamənin verilməsi barədə Maraqlı şəxs1nə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 arxivində saxlanılmadığından xahişinizin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir.İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun nikah haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Maraqlı şəxs2 ilə Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasında rəsmi nikaha daxil olmuşdur. Birgə təsərrüfat aparmış, birlikdə yaşamışlar. Nikah haqqında şəhadətnamənin naməlum şəraitdə itməsi və zəruri sənədlərin Ermənistan SSR-də qalması səbəbindən nikah akt qeydinin bərpa olunması mümkün olmamışdır. Ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.
16. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Göründüyü kimi ərizəçi nikah akt qeydini başqa qaydada bərpa etdirə bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.
19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
20. Həmin Qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.
21. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında 10 yanvar 1969-cu il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında 10 yanvar 1969-cu il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilsin. Hazırkı qətnamə nikah haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva