Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3744/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh «Sumqayıt Dövlət Universiteti» X8 nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh «Sumqayıt Dövlət Universiteti» X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh «Sumqayıt Dövlət Universiteti» X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 9-da qeydiyyatdadır və ailəlidir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "Sumqayıt Dövlət Universiteti" X8 xx.xx.2025-ci il tarixli, 3-29-71/3-1-246/2025 saylı əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilməyi qərara alınmışdır. İddiaçı xx.xx.2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialında "Təbiət fənləri kafedrası"na operator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 574 nömrəli fərmanı və Əmək məcəlləsinin 70 "a" maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Sumqayıt Dövlət Universitetində ümumi şöbəyə əmək müqaviləsi ilə analıq məzuniyyəti yerinə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildə Sumqayıt Dövlət Universitetində İnformasiya texnologiyaları mərkəzində (a/m yerinə) əmək müqaviləsi ilə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilməsi işdən azad edilmişdir. xx.xx.2019-cu ildə Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsi Pedaqogika və Psixologiya kafedrasına əmək müqaviləsi ilə tam ştat laborant vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "Sumqayıt Dövlət Universiteti" X8 xx.xx.2025-ci il tarixli 3-29-71/3-1-246/2025 saylı əmrində iddiaçının işdən azad edilməyinə əsas olan hal işçilərin sayı və ya ştatların ixtisar edilməsi göstərilməklə "AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə istinad edilərək verilmişdir. Cavabdehin əmrini əsassız və qanunsuz hesab edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşçilərin sayı və ya ştatların ixtisarının zəruriliyini, qaçılmazlığını əsaslandırmayan, bunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "Sumqayıt Dövlət Universiteti" X8 gələcək fəaliyyəti üçün hansı müsbət dəyişikliklər yaradacağını göstərə bilməyən cavabdeh heç bir zərurət olmadığı halda əmək müqaviləmə xitam əmri hazırlayarkən Əmək Məcəlləsinin müvafiq tələblərini nəzərə almamışdır. Belə ki, cavabdeh iddiaçı barəsində verilmiş əmrində iddiaçının tutduğu ştat vahidinin və işçilərin sayının hansı əsaslarla və hansı zərurətdən irəli gələrək həyata keçirildiyini, tutduğu vəzifənin qeyri-rentablliyinin nədən ibarət olması, laborant vəzifəsinin ixtisarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "Sumqayıt Dövlət Universiteti" X8 gələcək fəaliyyətində hər hansı şəkildə maneə yaratmayacağını öz əmrində bir kəlmə ilə də qeyd etməmişdir. Əmri oxuyarkən belə qənaətə gəlmək olur ki, heç nəyi heç kəslə razılaşdırmadan Əmək Məcəlləsinin tələbinə məhəl qoymadan imzalamışdır. Halbuki, Əmək qanunvericiliyi işçinin işdən azad edildiyi halda işəgötürənin qarşısında işdən azad etmə əmrində əmr üçün əsas olan halları, işin detalları ilə bağlı bütün xüsusatları nəzərə almaq, əmri geniş və izahlı şəkildə əsaslandırmaq tələblərini qoyur. Sadalanan hallardan hər hansı bir məqamın əmrdə nəzərə alınmaması əmrin ləğv edilməsinə zəmin yaradır. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "Sumqayıt Dövlət Universiteti" X8 xx.xx.2025-ci il tarixli, 3-29-71/3-1-246/2025 saylı əmrin ləğv olunması, işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh «Sumqayıt Dövlət Universiteti» X8 nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Filologiya fakultəsinin dekanı dosent Günel Paşayevanın təqdimatına əsasən universitetdə aparılan yeni struktur dəyişiklikləri və ştatların ixtisarı zərurəti yarandığı üçün SDU-nun Elmi Şurasının xx.xx.2024-cü il tarixli qərarına əsasən filologiya fakultəsində tyutorların və laborantların fəaliyyətinin səmərəliliyini artırmaq, iş prosesini optimallaşdırmaq, büdcə və idarəetmə resurslarını məqsədyönlü şəkildə istiqamətləndirmək məqsədilə iş öhdəliyi olmayan bir tyutor və bir Pedaqogika və Psixologiya kafedrasında bir laborant ştat vahidi ləğv edilmişdir. Sumqayıt Dövlət Universiteti X8 yeni 2025-ci il üzrə ştat cədvəli təsdiq edilmiş və həmin ştat vahidi ştat cədvəlindən çıxarılmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi ərizənin iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində (30 gün) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir, İddiaçı fərdi əmək müqaviləsinə 10 mart 2025-ci il tarixində xitam verilmiş və o, həmin gün əmək kitabçası ilə təmin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixində Sumqayıt 1 saylı Mediasiya Təşkilatına İMS-da iştirak üçün ərizə ilə müraciət etmiş və ilkin Mediasiya Sessiyası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. SDU X9 həmin sessiyada iştirak etməmiş və iddiaçı elə həmin gün “ilkin mediasiya sessiyasında iştirak edilməməsinə” dair arayışı əldə etmişdir. Mediasiya haqqında qanunun 32.4.2 və 35.2-ci maddələrinə əsasən arayış təqdim edildiyi tarixdən iddia müddətinin axımı bərpa olunmuş hesab edilir. İddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi İddiaçı fərdi əmək mübahisəsi yarandığı dövrdən 39 gün sonra Mediasiya prosesi başlamışdır. Ümumilikdə isə İddiaçı fərdi əmək mübahisəsi üzrə hüququnun pozulduğunu aşkar etdiyi gündən yəni 10 mart 2025-ci il tarixindən mediasiya prosesi dövrünü çıxmaq şərti ilə 42 gün sonra, yəni xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 26 dekabr 2024-cü il tarixli iclasının qərarlarından görünür ki, filologiya fakultəsində tyutorların və laborantların fəaliyyətinin səmərəliliyini artırmaq, iş prosesini optimallaşdırmaq, büdcə və idarəetmə resurslarını məqsədyönlü şəkildə istiqamətləndirmək məqsədilə iş öhdəliyi olmayan bir tyutor və bir Pedaqogika və Psixologiya kafedrasında bir laborant ştat vahidinin ləğv edilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti X8in 27 dekabr 2024-cü il tarixli, R-62/1 saylı əmrindən görünür ki, filologiya fakültəsinin pedaqogika və psixiologiya kafedrasının ştat vahidindən- laborant (bir) ştat vahidi yaradılması əmr edilmişdir. Həmin əmrdə buna əsas kimi SDU-nun Elmi Şurasının xx.xx.2024-cü il tarixli qərarı göstərilmişdir.
8. Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli, 19 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi etiraz etməmişdir.
9. İş materiallarında olan sosial məsələlər üzrə prorektoru Elmar Xəlilov, texniki təchizat departamentinin müdiri Tahir Məmmədli, həmkarlar ittifaqı komitəsinin sədri Nemət İbayev, insan paitalının idarəedilməsi mərkəzinin direktoru Günay Rəfiyevanın, hüquqşünas Ehtiram Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Universitetin Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının laborantı Məmmədova X1 idarə edilməsi Mərkəzinə dəvət olunaraq Filologiya fakültəsində tyutorların və laborantların fəaliyyətinin səmərəliliyini artırmaq, iş prosesini optimallaşdırmaq, büdcə və idarəetmə resurslarını məqsədyönlü şəkildə istiqamətləndirmək zəruriyyəti yarandığı üçün Pedaqogika və psixologiya kafedrasının laborant ştat vahidi ixtisar olunduğu bildirilmişdir. Əlavə olaraq, Əmək məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən əmək stajının 10 ildən çox olduğuna görə bu xəbərdarlıq 9 təqvim həftəsi müddətində qabaqcadan rəsmi olaraq verildiyi və müvafiq olaraq, AR Əmək Məcəlləsinin 70-ci bəndinin “b” bəndinə əsasən bağlanılmış fərdi əmək müqaviləsinə 9 həftədən sonra, xx.xx.2025-ci il tarixdə ləğv olunacağı barədə Xəbərdarlıq bildirişi təqdim olunmuş, lakin İddiaçı xəbərdarlıq bildirişini imzalayaraq bir nüsxəsini götürməkdən imtina etmişdir.
10. İş materiallarında olan Sumqayıt Dövlət Universitetinin həmin Universitetin filologiya fakültəsi, pedaqogika və psixologiya kafedrasının laborantı İddiaçı ünvanladığı Kş-01/61 saylı, 07 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı onunla bağlanmış fərdi əmək müqaviləsinə xitam veriləcəyi, onunla bağlanmış fərdi əmək müqaviləsinə 9 həftədən sonra, yəni 10 mart 2025-ci il tarixdən xitam veriləcəyi, onun razılığına əsasən azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilməsi şərtilə əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü, iş axtarmağa imkan yaradılması məqsədilə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funsiyasının icrasından azad edilməsi bildirilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti X8in 10 mart 2025-ci il tarixli, 3-29-71/3-1-246/2025 saylı əmrindən görünür ki, “Filologiya” fakultəsinin “pedaqogika və psixologiya” kafedrasında laborant vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, bağlanmış əmək müqaviləsinə uyğun olaraq 10 ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinəti və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə 15 təqvim gününün pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas kimi Elmi Şuranın xx.xx.2024-cü il tarixli qərarı və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli razılığı göstərilmişdir.
12. İş materiallarında olan Sumqayıt Dövlət Universiteti X8 01 yanvar 2024-cü il üçün ştat cədvəlinin surətindən görünür ki, müəssisədə tədris köməkçi heyəti üzrə 108 (bir yüz səkkiz) laborant ştatı mövcud olmuşdur.
13. Sumqayıt Dövlət Universiteti X8 2025-ci il üçün ştat cədvəlindən görünür ki, müəssisədə tədris köməkçi heyəti üzrə 80 (səksən) laborant ştatı mövcuddur.
14. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti X9 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, 02-19/4 saylı arayışdan görünür ki, İddiaçı 3-29-71/3-1-246/2025 saylı əmri ilə xx.xx.2025-ci il tarixdən ştatın ixtisarına görə işdən azad olunmuşdur. Ona orta aylıq əmək haqqının 2 misli 1163,66 manat işdənçıxma müavinəti, iş illərinə görə qalan 15 təqvim günü məzuniyyət 287,10 manat və mart ayına 5 iş günü 233,10 manat, cəmi 1673,86 manat ödənilmişdir.
15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2025-ci ildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu ildə Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsi Pedaqogika və Psixologiya kafedrasına əmək müqaviləsi ilə tam ştat laborant vəzifəsinə qəbul edilmişdir. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 26 dekabr 2024-cü il tarixli iclasının qərarına əsasən görünür ki, filologiya fakultəsində tyutorların və laborantların fəaliyyətinin səmərəliliyini bir tyutor və bir Pedaqogika və Psixologiya kafedrasında bir laborant ştat vahidinin ləğv edilməsi qərara alınmışdır. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
18. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
19. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
20. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə,əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
21. Eyni Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
22. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir.
23. Eyni Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər işhəftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
24. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.
25. Eyni Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkənvə ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
26. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. Eyni Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
30. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Eyni Məcəllənin 379.1.6-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.
32. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
33. Eyni Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
34. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
35. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
36. Həmin Qanunun 32.4.2-ci maddəsinə görə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
37. Həmin Qanunun 32.1 və 32.1.9-cu maddələrinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir.
38. Eyni Qanunun 29.2-ci maddəsinə görə tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
39. Göründüyü kimi İddiaçı "Sumqayıt Dövlət Universiteti" X8 xx.xx.2025-ci il tarixli, 3-29-71/3-1-246/2025 saylı əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı qeyd edilən əmrdən narazı olmaqla həmin əmrin ləğv edilməsini məhkəmədən xahiş edir. O qeyd olunan əmrin ləğv edilməsi əsası kimi vakant laborant ştatı olduğu halda ona ixtisası üzrə iş təklif olunmadığını, cavabdehin kənar şəxsləri həmin ştat üzrə işə dəvət etdiyini, peşəkarlıq səviyyəsinin düzgün müəyyən olunmadığını göstərmişdir.
40. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini, eyni zamanda müəssisələrində optimalllaşdırma siyasətinin aparıldığını, ştatların ixtisar olunduğunu, müəssisədə laborant vəzifəsinə ehtiyac olmadığını, SDU PHŞ-nin gəlirlərinin məhdud olduğunu, işçilərin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsini və iddiaçının işlədiyi vəzifənin ləğv edilməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyini bildirmişdir.
41. Məhkəmə ilk növbədə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
42. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə 10 mart 2025-ci il tarixdə xitam verilmişdir. Cavabdehə 04 aprel 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Təklifin göndərildiyi vaxtdan qanunvericilikdə müəyyən olunmuş müddətin axımı dayanmış, iddiaçıya 02 may 2025-ci il tarixdə ilkin mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edildikdən sonra müddətin axımı davam etmiş və o, məhkəməyə müvafiq iddia ilə 06 may 2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğundan, sözügedən əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün müddətin axımı 04 aprel 2025-ci il tarixdən dayanmış və 02 may 2025-ci il tarixdə ilkin mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edilməsindən sonra müddətin axımı bərpa olunmuş və iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət olunmuşdur.
43. İddianın mahiyyəti ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, “İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 laborant ştatı mövcuddursa, 1 laborant ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 laborant ştatı mövcuddursa, o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 laborant ştatı olmuş, həmin ştat vahidi ştat cədvəlindən xaric olunmuşdur. Beləliklə iddiaçının əmək müqaviləsinə ştatın ixtisar olunmasına görə xitam verilmişdir.
44. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işlədiyi laborant vəzifəsi preparator vəzifəsinə yaxın sahə olsa da məhkəməyə təqdim edilmiş Sumqayıt Dövlət Universitetinin 01 yanvar 2024-cü il tarixli ştat cədvəli ilə 2025-ci il üzrə ştat cədvəlinin müqayisəli təhlilindən görünür ki, əvvəlki ştat cədvəlində 108 laborant vəzifəsi mövcud olmuş, 2025-ci ildə də həmin vəzifə üzrə ştat sayı azalmışdır. Başqa sözlə desək laborant ştatı ləğv edilərək, ona yaxın sahə olan preparator ştatına əlavə edilməmişdir. xx.xx.2025ci il tarixdə 6 şəxsin vəzifə adı dəyişdirilərək laborant kimi təsdiq edilmişdir. Beləliklə cavabdeh müəssisədə iddiaçının işlədiyi ştat (laborant) ixtisar olunmuşdur.
45. İddiaçının cavabdeh tərəfindən peşəkarlıq səviyyəsinin düzgün yoxlanılmaması ilə bağlı dəlilinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçinin müəyyən edilməsi sərbəstliyi olmuş, yəni bundan ötrü hər hansı araşdırmaların aparılmalı olması əmək qanunvericiliyində mütləq, imperativ norma kimi təsbit edilməmiş, o cümlədən qanunvericilikdə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsi qeyd edilmişdir.
46. Qeyd olunanlarla yanaşı məhkəmə tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən onun ayrı-seçkiliyə məruz qalıb-qalmamasının, ona qarşı qərəzli münasibətə yol verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən, cavabdeh müəssisədə laborant vəzifəsinə qəbul edilmiş işçilərin əmək kitabçaları tələb edilmiş, həmin kitabçalar əsasında işə qəbul edilmiş şəxslərin uzun müddət qeyd olunan müəssisədə işlədiyi, həmin vəzifələrə yeni işçilərin qəbul edilməsi halı müəyyən edilməmişdir. Beləlikə məhkəmə tərəfindən cavabdeh müəssisədə ştat ixtisar olunarkən iddiaçıya qarşı hər hansı bir ayrı-seçkiliyə və ya qərəzli münasibətə yol verildiyi, ixtisarın iddiaçıya münasibətdə qərəzli formada həyata keçirilməsi halı aşkar edilməmişdir.
47. Bundan başqa məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara riayət edilməməsi halı da aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında xəbərdar edilmiş, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa müəsissə tərəfindən əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən işdənçıxarma müavinəti ödənilmişdir.
48. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Sumqayıt Dövlət Universiteti» X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddiası rədd edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı cavabdeh «Sumqayıt Dövlət Universiteti» X5rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva