Məhkəmə qərarları › İş №2(060)-3790/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3790/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3790/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 5.243,72 manat borcun, icra xidməti üçün ödədiyi 367 manatın əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5000 AZN məbləğində kredit verilmişdir. Bu zaman onunla bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Nəticədə "xxxx" ASC Cavabdeh və ona qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(060)-811/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilərək "xxxx" ASC-nin xeyrinə Cavabdeh və ondan müştərək qaydada xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 4.492,32 AZN əsas borc, 721 AZN faiz borcu olmaqla, cəmi 5.213,32 manat məbləğində kredit borcu və 30,4 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt şəhər üzrə icra İdarəsində barəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş və nəticədə Cavabdeh borcuna görə onun əmək haqqından cəmi 5.243,72 manat məbləğində kredit borcu, bundan başqa icra xidməti üçün 367 manatı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh bankdan kredit götürmüşdür və o da həmin müqavilə üzrə cavabdehə zamin durmuşdur. Cavabdeh işdən çıxmış, ödənişləri edə bilməmiş və bu səbəbdən bütün borc onun əmək haqqından tutulmalı olmuşdur. Cavabdeh artıq 2 ildir ki, işləyir. O isə cavabdehin yerinə borcu ödəmiş, bu səbəbdən məcbur olub bankdan kredit götürmüşdür. Cavabdeh həmin puldan ümumilikdə ona 845 manat verib. Belə ki, 100 və 245 manat məbləğində pulu kartına göndərib, 500 manat pulu isə əlbəəl vermişdir. İddiaçı qeyd edilənlərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Pandemiya vaxtı işdən çıxarılmış və səbəbdən banka olan ödənişləri edə bilməmişdir. Bu səbəbdən bütün borcu iddiaçı ödəmişdir. Lakin o, iddiaçıya banka ödəniş etmək üçün təxminən 840 manat ödəniş etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, borcunu ödəyəcək və borcunu ödəmək üçün ona vaxt verilməsini istəyir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra idarəsinin xx.xx.2021 -ci il tarixli, 11225/14 nömrəli məktubu ilə göndərilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-811/2021 nömrəli məhkəmə qərarının icrası məqsədilə 5243,72 (beş min iki yüz qırx üç manat, 72 qəpik) manat məbləğində kredit borcu, eləcə də 367,00 ( üç yüz altmış yeddi manat, 00 qəpik) manat icra ödənişi borclu İddiaçı əmək haqqından tutularaq aidiyyəti üzrə ödənilmişdir. İşdə olan 20(060)-811/2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 4492.32 manat əsas borc, 721 manat faiz borcu olmaqla, cəmi 5213.32 (beş min iki yüz on üç manat, otuz iki qəpik) manat məbləğində kredit borcu və 30.40 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İşdə olan xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, ümumilikdə 345 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 5000 AZN məbləğində kredit verilmişdir. Sözügedən müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qətnaməsi əsasında İddiaçı əmək haqqından zaminlik müqaviləsi əsasında ümumilikdə 5610.72 manat (5243,72 manat kredit borcu + 367 manat icra ödənişi) məbləğində pul vəsaiti tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 5610.72 manat pul tutulmasını xahiş etsə də tərəflərin izahatına əsasən cavabdeh iddiaçıya həmin borcla əlaqədar 845 (100+245+500) manat ödəniş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş iddiaçının ödədiyi məbləğ həcmində 4765,72 (5610.72-845) manat borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4765,72 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməli idi. Həmin Məcəllənin 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki halda iddianın qiyməti 5610.72 manat olduğundan iddia ərizəsinə görə 76,1 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rusumunu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən (təxminən 85% hissədə) iddiaçı tərəfindən ödənilməli olan 76.1 manat dövlət rusumunun 65 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4765,72 (dörd min yeddi yüz altmış beş manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh ödənilməli olan dövlət rüsumunun 65 (altmış beş) manat hissəsi tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar