Məhkəmə qərarları › İş №2(060)-384/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-384/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-384/2025 23.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsində olan fərdi evə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə: 1.İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsində olan fərdi evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 ha (10 sot) torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0.1 ha (10 sot) torpaq sahəsi mərhum ataları İsmayılov Namaz Bəşir oğluna məxsus olmuşdur. Mərhum ataları xx.xx.2017-ci ildə vəfat etmişdir (AZ-İ N-869743 saylı ölüm haqqında şəhadətnamə). İsmayılov Namaz Bəşir oğlunun vəfatı tarixinə qanun üzrə vərəsələri-övladları İddiaçı3, X5, X4 və ikinci arvadı Cavabdehdır (hazırki iddia tələbində cavabdeh). xx.xx.1018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" ilə mərhumun vərəsələri olan iddiaçılara Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanmda yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsindən 3/4 hissə, əmlakın 1/4 hissə isə Cavabdeh 31.03.201 8ci il tarixində 2V-329 reyestr nömrəli vərəsəlik hüququna haqqında şəhadətnamə ilə verilmişdir. Torpaq sahəsindən cavabdeh istifadələrinə imkan vermir. Torpaq sahəsində yeganə olan giriş-çıxış qapısını bağlayaraq əraziyə girişlərinə şərait yaratmadığına görə iddiaçılar müdaxilənin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdurlar. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-556/2021 saylı qətnaməsi torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi qət edilmişdir. Həmin qətnamələrdən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, cavabdeh torpaq sahəsinə girmələrinə və orada inşa edilmiş evə girib yaşamaqlarına imkan vermir. Nəticədə torpaq sahəsində inşa edilmiş mənzildən təyinatı üzrə istifadə edə bilmir. Ona görə də onlar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar ona qarşı Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi verərək Sumqayıt şəhəri,Novxam bağlar massivi B-3969 ünvanmda yerləşən 0,1 ha(10sot) torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 154.maddəsinə əsasən iddiaya etiraz təqdim edib, iddia ərizəsinin tam rədd edilməsini xahiş edir. Miras qoyan X6 xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla alilə qurmuş, nikahları ımız Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2014-cü ildə qeydə alınmış və onlara AZ-İ seriyalı, 925528 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan övladları yoxdur. Rəsmi nikahda olduqları X8 uzun sürən xəstəlikdən sonra xx.xx.2017-ci ildə ölmüş,rSumqayıt şəhər Qeydiyyat şöbəsi xx.xx.2017il tarixdə AZ-İ seriyalı, 869694 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçılar xx.xx.2017-ci ildə rəhmətə getmiş əri İsmayılov Namaz Bəşir oğlunun əvvəlki nikahdan olan övladlarıdır. xx.xx.2018-ci ildə Sumqayıt “Asan Xidmət” mərkəzi ona Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamə verərək miras əmlakdan ¼ hissədə pay alıb. İddiaçılar xx.xx.2017-ci tarixli AN-İ seriyalı,0651222nömrəli alqı-satqı müqaviləsinə əsasən yaşadıqları və qeydiyyatda olduqları Sumqayıt şəhəri, 9 mkr, ev 9Q, dörd otaqlı 26 saylı mənzilin 59.000 manata alıcı X1 etiraz etmədikləri barədə ərizə vermiş, mənzili sataraq başqa ünvanda ümumi sahəsi 300kvm.olan ev inşa etmişlər. Sumqayıt şəhər məhkəməsi (hakim:R.Qoşqarlı) xx.xx.2020-ci il tarixdə,2(060)-64/2020 saylı qətnaməsi ilə cavabdehlərə qarşı “pay torpaq sahəsinin naturada bölünməsi və s.barədə” iddia ərizəsini qismən təmin edərək, Sumqayıt şəhəri,Novxanı bağ massivi B-3969 saylı, 0.10 ha olan torpaq sahəsinin ¼ hissəsi, yəni 0,025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölmüş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçılar Sumqayıt şəhər məhkəməsinə “mülkiyyətin naturada müəyyən olunması və müdaxilənin qadağan edilməsi barədə” iddia ərizəsi vermiş, Sumqayıt şəhər məhkəməsi (hakim:G.Tanrıverdiyeva) xx.xx.2021İ1 tarixli, 2(060)- 556/2021saylı qətnaməsi ilə ilkin iddiası qismən təmin etmiş, iddiaçılar İddiaçı3,İddiaçı2 və X3 məxsus (3/4 hissədə) Sumqayıt şəhəri, Novxanı bağlar massivi B-3969 ünvanında yerləşən torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsini tələb etmiş, Sumqayıt şəhər məhkəməsi (hakim:G.Tannverdiyeva) 2(060)- 556/2021 saylı mülki iş üzrə məhkəmə ekspertizası təyin edərək, mübahisələndirilən torpaq sahəsinin paylara münasib naturada bölünməsi və torpaq sahəsinin ayrılması münkündürmü? suallarını qoyaraq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 14.10. 2021-ci il tarixli ekspertiza rəyinə əsasən “torpaq sahəsi 3\4 və 1\4 hissədə bölünməsi texiki cəhətdən mümkün olmadığı müəyyən edilir”-rəyini vermişdir. Sumqayıt şəhər məhkəməsi 2(060)-602/2021saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “miras əmlakda payların müəyyən olunması tələbi”nə dair mülki işə baxaraq, iddianı təmin etmiş 99 BB152dövlət qeydiyyat nişanlı “OPEL VEKTRA”markalı avtomobilin dəyəri 6500 manat müəyyən edilmiş, vərəsələr arasında bərabər bölmüşdür.(qanun üzrə vərəslik hüququ haqqında şhadətnamədə avtomobil yoxdur) Sumqayıt şəhər məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “ilk iddianı qismən təmin etmiş, iddiaçılara məxsus (3/4 hissədə) Sumqayıt şəhəri,Novxanı bağlar massivi,B- 3969ünvanda yerləşən torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən edilən müdaxilə qadağan edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1047/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)-556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respubublikası Ali məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5432/2022saylı, xx.xx.2022ci il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməmiş, Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1047/2022saylı 16 iyun 2022-ci il tarİxli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İddiaçılar Sumqayıt şəhər məhkəməsinə “bağ sahəsinin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitlərinin paylara mütənasib bölünməsi tələbinə” dair iddia ərizəsi vermiş, Sumqayıt şəhər məhkəməsi (hakim:E.Hüseynov) 2(060)-3664/2023saylı mülki iş üzrə xx.xx.2023-cü ildə işə baxaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-in 81.1-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq ediməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.-MPM-in 82-ci maddəsinə əsasən harıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onlann sübuta ehtiyacı yoxdur.İrəli sürülən iddia ərizəsindəki hallar və faktlar çoxsaylı məhkəmə qətnamələri ilə sübut edilib və yenidən sübuta ehtiyacı yoxdur. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edihniş hallar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Etiraza əlavə etdiyi Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3664/2023 saylı qətnaməsilə ilə torpaq sahəsinin hərracdan satılması və pulunun bölünməsi tələbi rədd edilmişdir. İddiaçılar iddia ərizələrində onun mülkiyyət və istifadəsində olan həmin torpaq sahəsinin bir hissəsində (0.250kvm) öz vəsaiti hesabına inşa etdiyi fərdi evə köçürülmələrini tələb edirlər. Bununla belə iddiaçılar onun ailəsi ilə birgə yaşadığı evinə hansı keyfiyyətdə köçmək istəmələri aydın deyil. Belə ki iddiaçılar onun ailə üzvi deyil, fərdi ev ona məxsusdur, həmin evdə öz ailə üzvləri ilə birgə yaşayır. Ərinin ölməsi ilə qohumluq münasibətləri kəsilmişdir. İddiaçılar analarına məxsus evə köçmələrini tələb edə bilərlər. İddia ərizəsində maddi hüquq normasının və ölümlə qohumluq əlaqələri kəsilmiş, xitam verilmiş, Qanunun tətbiq edilməsində səhvə yol verilmiş, miras bölünmüş, hər birilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, köçürülmələrini tələb etdikləri ev və evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur, torpaq sahələrindən istifadə etmələrinə heç bir maneə yoxdur, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, yaşamağa hər birinin ayrıca yaşayış sahəsi vardır. Ona görə də iddia təmin edilə bilməz, iddia ərizəsi rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddiaçılar X2,İddiaçı3 və İddiaçı2 iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun keçmiş yoldaşı, uşaqlarının atası rəhmətə getmişdir. Mərhumdan onun uşaqlarına miras qalmışdır. Həmin mirasdan uşaqlarına düşən payı o, dəfələrlə cavabdehdən tələb etmişdir. Rəsmi sənədlərdə də torpaq sahəsində uşaqlarının payı müəyyən olunmuşdur. Hazırda iddiaçılar onlara aid hissədə tikilmiş evə köçürülmələrini istəyir. Belə ki, ev miras qalan torpağın üzərində tikilmişdir və ona görə də hesab edir ki, onun uşaqları həmin evə köçürülməlidirlər. Onu da bildirir ki, cavabdeh onunla heç bir halda razılığa gəlmək istəmir. Belə ki, o, Rəsmiyyəyə torpağı satmağı təklif etmişdir, o isə bu təklifi qəbul etməmişdir. Hazırda o, evin və ümumi torpağın satılaraq 4 vərəsə arasında bölünməsini istəyir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, atalarından uşaqlarına miras olaraq torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsi də paylara bölünmüşdür. O, heç vaxt uşaqlara düşən payın onlara verilməsinə etiraz etməyib. Həmin torpaq sahəsində tikilmiş ev isə ona məxsusdur. İddiaçılara yalnız torpaq sahəsindən pay verilmişdir. Onu da qeyd edir ki, torpağın üzərində tikilmiş evin sənədləri yoxdur. Həmin evi şəxsən özü tikmişdir. Belə ki, torpaq sahəsi boş idi, o, sonradan həmin evi tikib. Məhkəmənin nəzərinə çatdırır ki, torpaq məhkəmə qətnaməsi əsasında bölünmüşdü. Torpaq 10 sotdur, onun 2.5 sotunda ev yerləşir və ev təxminən 150 kv.metrdir. Torpaq onun keçmiş əri tərəfindən alınıb. O, 2012-ci ildə faktiki, 2014-cü ildə isə rəsmi olaraq əri ilə nikah daxil olub. Yoldaşı 2017-ci ildə vəfat edib. O, 2014-cü ildə həmin evi tikməyə başlayıb və evi 13 ilə tikib. Hazırda mübahisəli evdə o, yaşayır. Onun evi tikməyini sübut edəcək şahidləri də var. Bir halı da qeyd edir ki, torpaq bölünmüşdür, yəni icraçı qeyd edilən torpağa gələrək bölmüşdür. Qarşı tərəf illərdir ondan əl çəkmir, o artıq neçənci ildir ki, məhkəmələrdə qalıb. Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 6.Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan xx.xx.2018-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş İsmayılov Namaz Bəşir oğlunun vərəsələri İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras əmlakdan ¾ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə İsmayılov Namaz Bəşir oğluna verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsindən ibarətdir. Əmlakın 1/4 hissəsinə xx.xx.2018-ci il tarixdə 22V-329 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 8.İş materiallarında olan AZ-İ 869743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Namaz Bəşir oğlu xx.xx.2017-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixə 287 nömrə ilə qeyd edilmişdir. 9.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 556/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus (¾ hissədə) Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən edilən müdaxilə qadağan edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmişdir. 10.İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1047/2022 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-556/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin olunmamışdır. 11.İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixxli, 2(102)-5432/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1047/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 xüsusi mülkiyyət hüququ üzrə 1/4 hissədə Cavabdeh, 1/4 hissədə İddiaçı2, 1/4 hissədə İddiaçı1 və 1/4 hissədə İddiaçı3 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 13.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-602/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manat müəyyən edilmiş və ** BB *** dövlət qeydiyyat nişanlı, “ OPEL VECTRA” markalı avtomobilin dəyəri olan 6500 manat pulun vərəsələr Cavabdeh, İddiaçı3, İddiaçı2 və X4 arasında bərabər bölünməsi qət edilmişdir. 14.İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-445/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-602/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-40/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin 1 hissəsinin, yəni 0.025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünməsi qət edilmişdir. 16.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2358 nömrəli, 14 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza nəticəsində Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 3/4 və 1/4 hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 17.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(060)-1704/2012 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İsmayılov Namaz Bəşir oğlu ilə Nümayəndə arasında 26 oktyabr 1985-ci il tarixdə Kirov vilayəti, Kirov-Çepetska şəhər VVAQ şöbəsində rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxxx 1996-ci il təvəllüdlü İddiaçı3 anası Nümayəndə himayəsində və tərbiyəsində saxlanılması, İsmayılov Namaz Bəşir oğlundan xx xxxxx 1996-ci il təvəllüdlü İddiaçı3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 04 may 2012-ci il tarixdən başlayaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq Nümayəndə verilməsi qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 18.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə iddiaçılar və cavabdeh xx.xx.2017-ci il tarixdə ölmüş İsmayılov Namaz Bəşir oğlunun vərəsələridir. Mərhumdan miras kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə tərəflərin hər birinin 1/4 hissədə payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mübahisəli torpaq sahəsində bir fərdi yaşayış evi vardır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçılar mübahisəli torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, 152.1-ci maddə). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə, 213.1-213.3-cü maddələr).

20. Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.

21. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı aşağıda sadalanan bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir.

22. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər, razılaşma əldə edilmədikdə isə əşyaya sahiblik və ondan istifadə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (Mülki Məcəllə, 215.1-215.3-cü maddələr). 23.Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. 24.Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. 25.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 26.Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

27. Mülki Məcəllənin 1157-1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir (1157-1.1.) Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər (1157-1.2). Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər (1157-1.3).

28. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsi hər bir vərəsəyə ¼ hissədə pay düşməklə tərəflərin (4 vərəsənin) paylı mülkiyyətindədir. Sözügedən torpaq sahəsi hazırda faktiki olaraq naturada ayrılmamışdır.

29. Belə ki, torpaq sahəsinin Cavabdeh aid hissədə naturada bölünməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli 2(060)- 40/2020 saylı qətnaməsi olsa da, həmin qətnamə hal-hazıradək icra edilməmişdir.

30. Eyni zamanda məhkəmə hesab edir ki, sözügedən qətnamə tərəflər arasında miras əmlakın naturada ayrılması ilə bağlı mübahisəni tam həll etməmişdir. Belə ki, qətnamənin məzmununda Sumqayıt şəhəri, Novxanı bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin 0.025 ha hissəsinin hansı qaydada (yeri və koordinatları göstərilməklə) Cavabdeh naturada ayrılaraq bölünməsi qeyd edilməmişdir.

31. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətində olduğundan və hal-hazırda tərəflər arasında naturada bölünmədiyindən, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən də tərəflərin miras əmlak kimi birlikdə istifadə etmək hüquqları vardır.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 ha (10 sot) torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi təmin edilməlidir.

33. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu (100 manat) cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.

34. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B- 3969 ünvanında yerləşən 0,1 ha torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar