Məhkəmə qərarları › İş №2(060)-3844/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3844/2022

21.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3844/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil Adil oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsinin xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddianı qəbul etmir. Mübahisələndirilən işlə bağlı məhkəmə qətnaməsi vardır. Sözügedən qətnaməyə əsasən iddiaçının mənzildən çıxarılması qət edilmişdir. Həmçinin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-678/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı ünvan 1 (Yeni qaydalarla: AZ 5009, ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsinin məzmunundan görünür ki, məhkəmə müəyyən etmişdir ki, İddiaçı Zəka Allahverdiyevlə nikaha daxil olaraq mübahisəli mənzilə köçsə də onunla iddiaçı arasında mübahisəli evdən istifadə hüququ ilə bağlı yazılı razılaşma bağlanmadığından İddiaçı mübahisəli evə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan mənzilə istifadə hüququ ilə bağlı münasibətlər məhkəmə araşdırmasının perdmeti olmuş və İddiaçı mübahisəli evə istifadə hüququ yaranmadığı müəyyən edilmiş və mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində – mənzillə bağlı istifadə hüquq münasibətlərinin yaranma əsaslarına məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə qiymət verildiyindən, araşdırılan iddiaya məhkəmədə baxılması yolverilməzdir. MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunalara əsasən məhkəmə hesab edir ki, araşdırılan mübahisə predmetı̇ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan icraata xitam verilməli, iddiaçıya eyni predmet barəsində, eyni tərəflər arasında, eyni əsaslar üzrə məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 170, 261-262, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar