Məhkəmə qərarları › İş №2(060)-3857/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3857/2021

21.09.2021 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3857/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X4 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı rzıəlaşmanın ləğv olunması və borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 fevral 2018-ci il tarixli A313 saylı Daxili Lizinq Müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair Cavabdeh eldar oğlu arasında bağlanmış 09 iyul 2020-ci il tarixli razılaşmanın ləğv olunması və hesablanmış 5475 (beş min dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində borc və 4.815 (dörd min səkkiz yüz on beş) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 10290 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalentinin, həmçinin X19 tərəfindən hesablanmış 589 manat cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı MMC-nə müraciət edərək marka-modeeli-Jeep-Cherokee minik, tip-Universal, rəngi-Albalı, buraxılış ili-2017, ban nömrəsi-1C4PJLAB9HW623056 olan avtomobili lizinqə almaq istədiyini bildirmişdir. Bundan sonra, həmin avtomobil Faktor Lizinq MMC ilə satıcı arasında 09 fevral 2018-ci il tarixdə bağlanmış A313 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən 73000 (yetmiş üç min) manata alınmışdır. Alqı-satqıdan sonra avtomobilə 99AU313 qeydiyyat nişanı verilmişdir. Faktor Lizinq MMC ilə X5 arasında bağlanmış 09 fevral 2018-ci il tarixli A313 saylı X7 əsasən lizinq öhdəliyi 27400 (iyirmi yeddi min dörd yüz) ABŞ dolları, lizinq mükafatı illik 24 faiz dərəcəsi ilə olmaqla 24 ay müddətinə lizinqə verilmişdir. 23 fevral 2018-ci il tarixli Əlavə razılaşmaya əsasən A313 saylı lizinq müqaviləsi üzrə öhdəliklər X8, 01 may 2018-ci il tarixli Əlavə razılaşmaya əsasən A313 saylı lizinq müqaviləsi üzrə öhdəliklər X1, 18 sentyabr 2018-ci il tarixli Əlavə razılaşmaya əsasən A313 saylı lizinq müqaviləsi üzrə öhdəliklər X10, 09 fevral 2020-ci il tarixli Əlavə razılaşmaya əsasən A 313 saylı lizinq müqaviləsi üzrə öhdəliklər X9, 09 iyul 2020-ci il tarixli əlavə razılaşmaya əsasən A313 saylı lizinq müqaviləsi üzrə öhdəliklər Cavabdeh keçmişdir. Müqavilə şərtlərinə əsasən, lizinq obyekti olan avtomobil razılaşdırılmış məbləğ qrafik üzrə tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə keçməli idi. Lakin, Cavabdeh lizinq müqaviləsinin şərtlərini pozaraq aylıq ödənişlərini qrafiklə müəyyən olunmuş vaxtda və məbləğdə ödəməmişdir. Belə ki, 0058/21 saylı, 18 fevral 2021-ci il tarixli arayışla da müəyyən olunur ki, müqavilə üzrə aylıq ödəniş 1089 ABŞ dolları məbləğində nəzərdə tutulmuş və lizinq predmeti 7 aydan artıq müddət ərzində cavabdehin istifadəsində olmuşdur. Lakin cavabdeh həmin müddət ərzində öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və bununla da, müqavilə üzrə aylıq ödənişlərdən 5475 ABŞ dolları məbləğində ödənilməmiş öhdəliyi və 4815 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. Cavabdehin gecikdirilmiş borcu da nəzərə alınmaqla ümumilikdə 36065 ABŞ dolları məbləğində öhdəliyi qalmışdır ki, həmin məbləği tam ödəməklə lizinq obyektinə mülkiyyət hüququnu əldə edə bilərdi. Həmçinin cavabdeh avtomobili istifadə etdiyi müddətdə yol hərəkət qaydalarını kobud surətdə pozduğundan avtomobilə 589 manat cərimə hesablanmışdır. Cavabdehə müqavilə öhdəliklərinin gecikdirilməsi barədə tam və təfsilatı üzrə məlumat verilməklə borcunun ödnilməsi tələbi, həmçinin hesablanmış borc məbləği ödənilmyəcəyi halda müqavilənin ləğv olunacağı da bildirilməklə 03.12.2020ci il tarixli xəbərdarlıq-bildiriş (şəxsən imzalayaraq qəbul etməklə) təqdim olunmuşdur. Odur ki, lizinq müqaviləsi ləğv olunmaqla lizinq obyekti olan avtomobil geri alınmaqla hesablanmış borc da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, avtomobil cavabdeh tərəfindən onların razılıqı olmadan üçüncü şəxsə verilib və həmin şəxsdə heç bir ödəniş etmədən avtomobili istismar edərək pis vəziyyətə salmışdır. Onlar yol polisi vasitəsi ilə avtomobili həmin şəxsdən geri almışlar. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi və izahat verərək bildirdi ki, 2021-ci ilin iyl ayında Lizinq şirkəti ilə bağladığı razılaşmaya əsasən ona 99AU313 qeydiyyat nişanlı Jeep-Cherokee markalı avtomibil lizinqə verilmişdir. O, 3600 ABŞ dolları ilkin ödəniş etmiş və cədvəl üzrə hər ay 1089 ABŞ dolları ödəniş etməli idi, bir ay ödəniş etdikdən sonra ödəniş etməkdə çətinlik şəkmiş və Lizinq şirkəti avtomobli ondan geri alıb. Bir müddətdən sonra aralarında razılıq əldə edilib və o, avtomobili geri götürüb, lakin yenədə ödənişlər edə bilməyib. Bundan sonra bir nəfər Cavad adlı şəxs avtomobili alacağını ona bildirərək qalan borcu ödəyəcəyinə söz verib və o, avtomobili Cavad adlı şəxsə veribdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -09.02.2018-ci il tarixli A313 №-li X2 görünür ki, marka-modeli-Jeep-Cherokee minik, tip-Universal, rəngi-Albalı, buraxılış ili-2017, ban nömrəsi-1C4PJLAB9HW623056 olan avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür, lizinq alanın ilkin öhdəliyi 27400 ABŞ dolları müəyyən edilir. Bu müqavilənin müddəti 24 ay müəyyən edilir. -21.02.2021-ci il tarixli 0060/21 №li arayışdan görünür ki, A313 saylı X11 üzrə aylıq ödənişlərdən 5475 (beş min dörd yüz yetmiş beş) ABŞ dolları və 4815 (dörd min səkkiz yüz on beş) ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 10290 (on min iki yüz doxsan) ABŞ dolları öhdəlik mövcuddur. -09 iyul 2020-ci il tarixli A313 saylı X7 Əlavə Razılaşmaya (öhdəliyin ötürülməsi haqqında) əsasən “Öhdəlik götürən” “Lizinq verən”in razılığı ilə A313 saylı X11 üzrə bütün hüquq və öhdəliklərini, borcunu “Öhdəlik götürən”ə verir və “Öhdəlik götürən” də bütünlükdə qəbul edir. Lizinq müddəti bitdikdən sonra “Öhdəlik götürən” üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin “Öhdəlik götürən”in ödəməsi şərtilə “Öhdəlik götürən”ə keçir. -09.02.2018-ci il tarixli A313№li Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 73000 (yetmiş üç min) manat təşkil edir. - 31.05.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq ödənişi illik 24 % olmaqla, 36 ay müddətinə aylıq 1089 ABŞ dolları müəyyən edilmişdir. -Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçisi X6r. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən - Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 442-ci maddəsində qeyd olunur ki, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü yarımbəndində göstərilir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748.1.8-ci maddəsinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 09.02.2018-ci il tarixli A313 №-li X3 6.1.4-cu bəndinə əsasən Lizinq alan lizinq obyektindən istifadəyə görə lizinq ödənişlərini ödənilmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq müqaviləsi vaxtından əvəl ləğv edilə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu qeyd olunan avtomobili lizinqə almaq istədiyini bildirmiş və buna dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Avtomobil 6 aydan çox cavabdehin istifadəsində olmuş və bu müddət ərzində o, 6 dəfə 1089 ABŞ dolları ödəniş etmək əvəzinə bir dəfə 1800 manat ödəniş etmiş və növbəti beş ay cədvəl üzrə ödənişlər etməməklə iddiaçıya 5475 ABŞ dolları əsas borcu yaranmışdır. Tələbin hedsablanmış cərimə borcu hissəsinə gəldikdə məhkəmə hesab edir ki, hesablanmış cərimə tənasübsüz surətdə yüksəkdir və əsas borc məbləğinə nisbətdə 125 ABŞ dolları cərimə daha mütanasibdir, ona görədə tələb cərimə hissəsində qismən təmin edilməlidir. X19 tərəfindən hesablanmış cərimə tələbi hissəsində məhkəmə qeyd edir ki, tələb təmin edilməməlidir, ona görə ki, iddiaçı həmin tələbə dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, 09 fevral 2018-ci il tarixli A313 saylı Daxili Lizinq Müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair Cavabdeh Eldar oğlu arasında bağlanmış 09 iyul 2020-ci il tarixli razılaşma ləğv olunmalı, hesablanmış 5475 (beş min dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində borc və 125 (yüz iyirmi beş) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 5600 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalenti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 09 fevral 2018-ci il tarixli A313 saylı Daxili Lizinq Müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair Cavabdeh Eldar oğlu ilə bağlanmış 09 iyul 2020-ci il tarixli razılaşma ləğv olunsun, hesablanmış 5475 (beş min dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində borc və 125 (yüz iyirmi beş) ABŞ dolları məbləğində cərimə borcu, cəmi 5600 ABŞ dolları məbləğində vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar