Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3865/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. X3 onun atasıdır və 15.06.1998-ci il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 390 saylı bağ sahəsi mərhum atası X2 adına verilmişdir. 01.04.2021-ci il tarixində o, atası X1 miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Ona “vərəsə, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir” qeydləri olan cavab məktubu gəlmişdir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq bu barədə Məhkəməyə müraciət etməklə atası X1 ona miras qalmış Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 390 saylı bağ sahəsinin miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi iddia tələbini müdafiə etməklə və sənədləri təqdim etməklə iddia ərizəsinə uyğun izahat verərək, qeyd olunan torpaq sahəsində hal-hazırda tikili olduğunu, həmin tikilini bağ evi kimi istifadə etdiyini, bütün kommunal xərclərini ödədiyini, heç bir borcunun olmadığını, atası vəfat etdikdən sonra yaşlı anasının səhhətində yaranmış problemlə əlaqədar, həmçinin sonradan ailə daxili problemlərlə bağlı müddəti ötürdüyünü bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı Ərizəçi izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən Ərizəçi ünvanlanmış 01.04.2021-ci il tarixli, №886 nömrəli məktubdan görünür ki, Ərizəçi 15.06.1998-ci il tarixində vəfat etmiş atası X1 miras qalmış əmlakının qəbulu ilə əlaqədar notariat ofisinə 01.04.2021-ci il tarixində yazdığı ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (Vərəsə vərəsəliyə çağrıldığı 3 (üç) ay müddətində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, B-390 saylı bağ sahəsi 1996-cı ildə X2 adına qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 15 iyun 1998-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 12 iyun 2017-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, ünvan 3 ünvanda elektrik enerjisindən mütəmadi istifadə olunmuş, sonuncu dəfə 08.06.2021-ci il tarixdə 10 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, ünvan 3 ünvanda təbii qazdan mütəmadi istifadə olunmuş, sonuncu dəfə 10.06.2021-ci il tarixdə 3 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, ünvan 3 ünvanda içməli su xəttindən mütəmadi istifadə olunmuş, sonuncu dəfə 11.05.2021-ci il tarixdə 5 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, 1998-ci ildə vəfat etmiş X2 vəfatından sonra iddiaçı Ərizəçi səhhətində yaranmış problemlərlə əlaqədar atasına məxsus ünvan 3 ünvanın miras qismində verilməsi prosesinə həmin ərəfədə gedə bilməmişdir. Bu səbəbdən mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüş, ünvan 3 ünvanda hal-hazırki dövrdə ailəsi ilə birlikdə bağ evi kimi olmaqla yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Ərizəçi atası X1 miras qalmış ünvan 3 fərdi yaşayış evinə dair mirasın qəbul edilmə müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Ərizəçi atası X1 miras qalmış ünvan 3 fərdi yaşayış mənzilinə dair mirasın qəbul edilmə müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3865/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3865/2021
11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver