Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3873/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt Asan Xidmət X4rşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Sumqayıt Asan Xidmət X4rşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə Azərbaycan Respublikası Neftçala rayonunda anadan olmuşdur. X1 2021-ci il tarixdə, anası X3 2008-ci il tarixdə vəfat etmişdir. O, 1987-ci il tarixdə X10 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra ona “Məmmədova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt ASAN Xidmət X7 müraciət etmişdir. Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinin 21 yanvar 2022-ci il tarixli məktubu ilə Neftçala rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olmadığına görə yenidən doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən onun doğum faktı müəyyən edilməklə, təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X11 bildirdi ki, ərizəçi onun xalası qızıdır. O, 1962-ci ildə Neftçalada anadan olmuşdur. Hazırda Sumqayıtda yaşayır. Ailədə 5 uşaq olmuşlar. Atasının adı Məzahim, anasının adı Sidiqədir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirdi ki, Ərizəçi onun bacısıdır. O, Neftçala rayonunun Xalqarabucaq kəndində doğulmuşdur. Ailədə 5 uşaq olmuşlar. Atasının adı Məzahim, anasının adı Sidiqədir. Bacısı rayonda məktəbə getmiş, Sumqayıtda texnikum bitirmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X6 arasında bağlanmış nikah Neftçala rayon VVAQ şöbəsində xx.xx.1987-ci il tarixində akt qeydləri kitabında 51 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarında olan orta təhsil haqqında attestatın surətindən görünür ki, X6 1979-cu ildə Neftçala rayonundakı Xalqarabucaq kənd orta məktəbi bitirmişdir. İş materiallarında olan 647207 №-li pasportun surətindən görünür ki, Ərizəçi SSRİ vətəndaşı pasportu verilmişdir. İş materiallarında olan Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-21/70 №-li arayışdan görünür ki, X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Neftçala rayon qeydiyyat şöbəsinin arxivində 1959-1956-cı illər ilkin, 1963-1981-ci illər bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində 1959-1965-ci illər Neftçala rayon qeydiyyat şöbəsi, 1959-1964-cü illər Xalqarabucaq icra nümayəndəliyi, 1963-1965, 1976-1980-ci illər bərpa akt qeydləri üzrə, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AR DİN Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1288 saylı məktubdan görünür ki, Milli arxiv fondu haqqında AR Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarda yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1945-ci ilə qədər təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları hərtərəfli qiymətləndirərək hesab edir ki, ərizəçinin məhkəmə iclasında göstərdiyi hallar bir-birini tamamlayaraq məhkəmədə onun bildirdiklərinin doğruluğuna və inandırıcılığına zəminlik yaradır, eyni zamanda, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən təsdiq olunur ki, həqiqətən də ərizəçi Məmmədova (Səmədova) Mehrac Məzahim qızı xx xxxxxx 1962-ci il tarixdə Neftçala rayonu, Xalqarabucaq kəndində anadan olmuşdur. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edildiyindən, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmamışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, X2 xx xxxxxx 1962-ci il tarixdə Neftçala rayonu, Xalqarabucaq kəndində anadan olması, atasının X8, anasının X3 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X2 xx xxxxxx 1962-ci il tarixdə Neftçala rayonu, Xalqarabucaq kəndində anadan olması, atasının X8, anasının X3 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3873/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3873/2022
16.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver