Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3883/2025 17.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzili xx.xx.2024-cü ildə alqı-satqı müqaviləsi ilə X1 almışdır. Cavabdehlərin həmin əmlak üzərində heç bir hüquqları yoxdur. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətindədir və çıxarılmalarını tələb edir. 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 192 saylı ətraflı arayışa və xx.xx.2025-ci il tarixli 204 saylı ailə tərkibi haqqında arayışa əsasən cavabdehlər ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Daşınmaz əmlakın alqı-satqısı haqqında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X4 həmin mənzili 50000 manata İddiaçı satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil xx.xx.2024-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən dəfələrlə cavabdehlərlə şifahi qaydada ona məxsus mülkiyyətdən çıxmaları tələb olunsa da, təəssüflər olsun ki, bu bir nəticə verməmiş, iddiaçı məcbur qalaraq iddia ərizəsinə əlavə olunan ödəniş qəbzindən də göründüyü kimi hüquqlarının müdafiəsi üçün vəkilə xidmət haqqı olaraq 700 manat ödəniş etmişdir ki, onu məhkəmədə təmsil edərək mövcud problemi hüquqi müstəvidə həll etsin. Buna görə də, hazırkı məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən cavabdehlər xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 onlara məxsus əşyalar ilə birlikdə, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1-dən çıxarılmaları, həmin mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən vəkilə hüquqi xidmətə görə ödənilmiş 700 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu R.F.Haqverdiyev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 ünvan 1-də yerləşən ümumi sahəsi 45,23 kv.m, yaşayış sahəsi 31,93 kv.m olan mənzili 50.000 manata alıcı İddiaçı satmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, 192 saylı ətraflı ailə tərkibi haqqında arayışdan görünür ki, X4 pasport qeydiyyatına xx.xx.1993-cü il tarixdə düşmüşdür. X5, X6. Mənzil 1 saylı notariat kontorunun xx.xx.1993-cü il reyestr 12M3057 nömrəli bağışlama müqaviləsi və Sumqayıt şəhəri İcra Hakimiyyətinin 472 nömrəli əmrinə əsasən 11 noyabr 1993-cü ildə X2 adına özəlləşmişdir. Mənzilin qeydiyyat vərəqəsi xx.xx.2024-cü ildə ********** qeydiyyat nömrəsi ilə çıxarış X2 adına dəyişdirilmişdir. 1993-cü il tarixdən mənzildə kirayəşin yaşayıb. Cavabdeh1 Cəmaləddin qızı və oğlu Cavabdeh2. Hal-hazırda mənzildə yaşamırlar. Mənzili bağlayıb gediblər. X2 övladları X5 və X3 dəfələrlə hərbi komissarlıqdan çağırış vərəqəsi gəlmiş, mənzildə yaşamadıqları üçün çağırış vərəqəsi onlara verilməmişdir. Halhazırda 3-cü mikrorayon, ev 11/18, mənzil 12-də X4 öz övladları ilə birlikdə qeydiyyatdadırlar və mənzildə yaşamırlar. X2 adına olan mənzili xx.xx.2004-cü ildə ********** qeydiyyat nömrəsi çıxarışa əsasən İddiaçı adına keçmişdir. Hal-hazırda mənzilin ev sahibi İddiaçıdur.
10. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, 204 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh1 Cəmaləddin qızı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 saylı mənzildə xx.xx.1962ci ildən ailə üzvü oğlu- Cavabdeh2 ilə birlikdə qeydiyyatsız yaşayıblar.
11. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, 49 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 Cavabdeh1 Camaladdin qızı və oğlu Cavabdeh2 yoxlama zamanı məlum olmuşdur ki, mənzildə yaşamırlar.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 28290 saylı qəbzin surətindən görünür ki, Sumqayıt regional Vəkil Bürosuna 700 manat məbləğində ödəniş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir, alqı-satqı müqaviləsi əsasında alınmışdır. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Həmin Məcəllənin 157.2, 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Həmin Məcəllənin 228.1, 228.5-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
19. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehlərin həmin mənzildən istifadə hüququnun olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdehlərin buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Belə ki, cavabdehlərin mübahisəli evə dair hər hansı bir hüququ mövcud deyildir. Çünki onların həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ, məhkəmə qətnaməsi ilə müəyyən edilən hüquq) aşkar edilməmiş, habelə cavabdeh də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
20. İddianın hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun cavabdehlərdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı və hüquqi yardım xərcinin yarısı, 350 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.
23. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 saylı mənzildən çıxarılmalı, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 saylı İddiaçı təhvil verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu və 350 (üç yüz əlli) manat hüquqi yardımın əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 saylı mənzildən çıxarılsınlar. Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8, 12 saylı İddiaçı təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu və 350 (üç yüz əlli) manat hüquqi yardımın əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva