Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3887/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair mülki işə 28 avqust 2*25-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh tərəfindən verilmiş *7.*4.2*25-ci il tarixli, 45 saylı əmrin ləğv edilməsi, *7 aprel 2*25-ci il tarixindən işə bərpa edilməyi və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o- İddiaçı xx.xx.198*-ci ildə anadan olmuşdur. 1995-1999-cu illərdə Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin Musiqi nəzəriyyəsi fakültəsində oxumuşdur. Əmək fəaliyyətinə *1.*9.1998-ci ildə başlamışdır. *1.*9.1998-*7.*4.2*25-ci illərdə Cavabdehndə Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmişdir. Cavabdeh üzrə verilmiş *7.*4.2*25-ci il tarixli, 45 saylı əmrlə həmin tarixdən ƏM-nn 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 26.11.2*18-ci il tarixli, 2(*6*)-92**/2*18 saylı qətnaməsi ilə *7.*1.2*16-cı il təvəllüdlü X2 və 3*.*8.2*18-ci il təvəllüdlü X1 atasının X8 olması faktı təsdiq olunmuşdur(AZ-İ № 365**4 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə). Həyat yldaşının vəfatından sonra hər iki uşaq onun himayəsində qalmışdır. S.Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbi tərəfindən *7.*4.2*25-ci il tarixdə verilmiş əmr zamanı azyaşlı Müzəffər Ağamalızadənin iddiaçının yanında qalması faktı nəzərə alınmamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə belə halda işinin azad olunmasına qanunvericilik yol vermir.Uşaq azyaşlıdır.Bildirilir ki, iddiaçının *7.*4.2*25-ci il tarixli, 45 saylı əmrlə işdən çıxmağı barədə məlumatı olmamışdır. Məlumat əldə edən kimi X14 Xidmətinə və müvafiq qanunvericiliyə əsasən Mediasiya təşkilatına müraciət etmişdir.Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bunu ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə *6 may 2*25-ci il tarixli, MŞS/MT*3*/2*25/**7*4 saylı arayış təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2 azyaşlı övladı vardır. Həyat yoldaşı olmadığı üçün uşaqları o böyüdür. Səhhətində problem vardır. Attestasiya zamanı bəzi suallara cavab vermişdir. Həyəcandan bəzi sulların cavabını unutmuşdur. Ona qarşı qərəz olmamışdır. Lakin həyəcanlı oluğunu görsələr də, ona qarşı güzəşt etməmişdirlər. Lakin bu dəfə fərqlilik olmuşdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, attestasiya kifayət qədər şəffaflıqla keçirilmişdir. İddiaçı həyəcanlı olmuşdur. İddiaçıya 4 ay əvvəlcədən whatsapp vasitəsilə attestasiya barəsində məlumat verilmişdir. Attestasiya ilə əlaqədar daha bir neçə müəllim işdən azad edilmişdir. Vəfa xanım imtiyazlı olmamışdır. O, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin məşğulluq haqqında 11.*4.2*25-ci il tarixli arayışdan görünür ki, xx.xx.198*-ci il tarixli İddiaçı X5 filialında işsiz statusundadır. İş materiallarına əlavə olunmuş *6.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 365**5 nömrəli Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1* 3* avqust 2*18-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında *9.*1.2*19-cu il tarixdə 13№ ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 365**4 nömrəli Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1* *7 yanvar 2*16-cı ildə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında *9.*1.2*19-cu il tarixdə 12 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 941493 nömrəli Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1* *8.*3.2*28-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 iyul 2*18-ci il tarixində 317 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı peşəsi müəllim və təhsili natamam ortadır. Əmək kitabçasının doldurulduğu tarix *5 sentyabr 1998-ci ildir. İş materiallarına əlavə olunmuş *7 aprel 2*25-ci il tarixli X3 İdarəsi Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin 45 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Cavabdeh nəzəriyyə müəllimi İddiaçı *1.*9.1998-ci il tarixli əmək müqaviləsi *8 aprel 2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq İddiaçı istifadə etmədiyi *1.*9.2*24-*1.*1.2*25-ci iş ili üzrə 33 təqvim əmək məzuniyyət pulu ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 1999-cu ildə musiqi nəzəriyyə ixtisasını bitirmişdir. Ümumi əmək stajı 26 ildir. Attestasiya keçirilən zaman Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 23 sual verilmiş, onlardan 7 suala cavab verilmişdir.Attestasiya nəticəsinə görə *7.*4.2*25-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməyi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı *1.*9.1998-*7.*4.2*25-ci illərdə Cavabdehndə Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *7.*4.2*25-ci il tarixli 45 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməyi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə görə, üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Cavabdeh bu qadağanı pozmayıb. Belə ki, iddiaçının *7.*1.2*16-ci il təvəllüdlü X11 və 3*.*8.2*18-ci il təvəllüdlü X9 adlı iki uşağı var. Əmək müqaviləsi *7.*4.2*25-ci il tarixli əmrlə ləğv edilərkən, *7.*1.2*16-ci il təvəllüdlü X6 9 yaşı olmuşdur. 3*.*8.2*18-ci il təvəllüldü X4 7 yaşı olmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunanlar iddiaçının övladlarının məktəb yaşlarına çatması və digər imtiyazlarının olmaması, bundan əlavə iddiaçının məhkəmə iclasında iddia tələbinin hüquqi əsası olaraq ona qarşı hər hansı atesstasiya vaxtı qərəzin olmamasını (video çəkilişin alınmasını tələb etməmiş), sualları həyacanlı olduğu üçün cavablandıra bilməməsi və sair hallar qeyd etməsi onun tərəfindən verilmiş iddia tələbinin əsassız olmaqla, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanuni olmasına əsas verir. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənn 79-1-ci maddəsinə əsasən,işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənn 3**-1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənn 3**-2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsaslıdır. Əmək müqaviləsi *7.*4.2*25-ci il tarixli əmrlə ləğv edilərkən, *7.*1.2*16-ci il təvəllüdlü X6 9 yaşı olmuşdur. 3*.*8.2*18-ci il təvəllüdlü X4 7 yaşı olmuşdur. Ona görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3887/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3887/2025
28.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver