Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3907/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı X3 Cavabdeh qarşı "mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən onun mülkiyyətində olan mənzilin Cavabdeh tərəfindən əmlaklarının götürülərək boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(103)-518/2023 saylı icra vərəqəsinə əsasən mənzilində olan cavabdehə məxsus əmlakların siyahısının göstərildiyi Bakı Şəhəri Binəqədi Rayon İcra şöbəsinin 28 dekabr 2023-cü il tarixli qərarının surətini təqdim edərək nəzərə alınmasını və həmin siyahıda göstərilən əmlakların mənzilindən boşaldılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh X6 2014-cü ildə oğlu Ağamirzə Mehdiyevlə rəsmi nikah qeyd etdirərək evlənmiş və onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsi, 30 saylı evin, 35 A saylı mənzilində müvəqqəti yaşamışlar. Bir müddətdən sonra onların münasibətləri pozulmuş və oğlu Ağamirzə Mehdiyev Cavabdeh ilə rəsmi qeydə alınmış nikahının pozulması tələbi ilə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, e-2(060)-735/2022 saylı qətnaməsi ilə onların nikah qeydi pozulmuşdur. Bundan sonra cavabdeh X6 oğlu Ağamirzə Mehdiyevə qarşı ona verilmiş cehiz əşyalarının və qızıl-zinət əşyalarının qaytarılması barədə iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)- 895/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(103)-518/2023 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Binəqədi İcra Şöbəsinə göndərilmiş, 22 avqust 2023-cü il tarixdə icra sənədi üzrə icraata qəbul edilərək icraya yönəldilmiş və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş və qərar göndərilmişdir. 09 oktyabr 2023-cü il tarixdə Cavabdeh icra işinin təyin edildiyi vaxt barədə bildiriş göndərilmiş, sonra isə o, icra şöbəsinə dəvət edilərək təkrarən bildirişin surəti ona təqdim edilmişdir. Lakin Cavabdeh bildirişi qəbul etməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. 17 oktyabr 2023-cü il tarixdə Cavabdeh ilə mobil telefon əlaqəsi saxlanılmış, o, əmlakın saxlanıldığı ünvan 2 ünvanına dəvət edilmiş, lakin Cavabdeh gəlməkdən və əmlakları qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun 28 dekabr 2023-cü il tarixli qərarı ilə icra edilməyərək Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Nəticədə cavabdehə məxsus əmlak onun mənzilində olmaqla ona öz mənzilindən istifadə etmək, onun üzərində sərəncam vermək hüququ məhdudlaşmışdır. Cavabdeh öz əmlakını onun mənzilindən götürməkdən imtina etdiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh keçmiş gəlinidir. Evdə yaşaya bilmirlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, üç ildir ki, uşağı məktəbə gedir. Qız övladı böyüdür. Atası, qardaşı burada yoxdur. Halhazırda Rusiya Federasiyasındadırlar. Onlar gəlsin, o da əmlaklarını çıxardacaqdır. İddiaçı qayınatası olmaqla bərabər, həmçinin anasının bibisi oğludur. Özü də bilir ki, o, onu təkbaşına çıxara bilməz. O, əmlaklarından əl çəkmir. Atası, qardaşı sentyabr ayında Rusiyadan gəlsinlər ki, getsin və əmlaklarını həmin mənzildən çıxarsın. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-518/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 895/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilsin. 1) 2 ədəd çilçıraq – hər biri 100 manat olmaqla 200 manat; 2) 3 ədəd xalça– hər biri 80 manat olmaqla 240 manat; 3) 3 ədəd pərdə – hər biri 40 manat olmaqla 120 manat; 4) 3 ədəd süfrə – ( təqdim olunmuş 2 süfrə hər biri 20 manat olmaqla 40 manat, 1 ədəd təqdim olunmayan süfrə 10 manat) 5) 1 ədəd karniz – 40 manat; 6) ət çəkən – 30 manat; 7) şirə çəkən – 30 manat; 8) limon sıxan – 3 manat; 9) portağal sıxan – 3 manat; 10) kofe dəmləyən – 10 manat; 11) ütü – 30 manat; 12) mikser – 10 manat; 13) yemək bişirən peç – 40 manat; 14) tozsoran – 40 manat; 15) 1 ədəd lampa – 1 manat; 16) 1 ədəd “Samsung” markalı telefon - 0 manat; 17) 2 dəst pakrval – hər biri 100 manat olmaqla 200 manat; 18) 1 dəst yorğan – 50 manat; 19) 1 dəst divan üstü – 25 manat; 20) 1 dəst hamam xalatı – 20 manat; 21) 2 dəst ədyal (nazik) – hər biri 10 manat olmaqla 20 manat; 22) 2 dəst ədyal qalın –hər biri 30 manat olmaqla 60 manat; 23) 6 dəst pastel – hər biri 30 manat olmaqla 180 manat; 24) 8 dəst əl-üz dəsmalı – hər biri 20 manat olmaqla 160 manat; 25)12 dəst dəsmal canqurulayan – hər biri 15 manat olmaqla 150 manat və 2 dəst dəsmal naboru – hər biri 20 manat olmaqla 40 manat; 26) 6 dəst çay dəsmalı – ( təqdim olunmuş 3 dəst çay dəsmalı hər biri 5 manat olmaqla 15 manat; təqdim olunmayan 3 dəst çay dəsmalı isə hər biri 15 manat olmaqla 45 manat) 27) 2 dəst balış – hər biri 10 manat olmaqla 20 manat; 28) 6 dəst balış – hər biri 5 manat olmaqla 30 manat + 3 dəst yorğan – hər biri 30 manat olmaqla 90 manat + 3 dəst döşək – hər biri 10 manat olmaqla 30 manat; 29) nahar servisi – 300 manat; 30) gündəlik servis – 100 manat; 31) bıçaq dəsti – 20 manat; 32) tort qabı – 10 manat; 33) peçenye qabı – 5 manat; 34) 2 dəst ədviyyat qabı dəsti – hər biri 10 manat olmaqla 20 manat; 35) 3 dəst sini (“podnos”) dəsti – (təqdim olunmuş 2 sini podnos dəsti hər biri 10 manat olm aqla 20 manat, təqdim olunmyanan 1 sini padnos dəsti isə 5 manat) 36) qaşıq-bıçaq çamadan dəsti – 80 manat; 37) gündəlik qaşıq-bıçaq dəsti – 30 manat; 38)1 ədəd çaydan – 10 manat; 39) 3 ədəd çaynik – hər biri 5 manat olmaqla 15 manat; 40) 3 böyük qazan dəsti – hər biri 50 manat olmaqla 150 manat; 41) 2 orta qazan – hər biri 20 manat olmaqla 40 manat; 42) 2 dəst tava – ( təqdim olunmuş 1 ədəd tava 10 manat, təqdim olunmayan 1 ədəd tava 5 manat) 43) 2 dəst güldan – hər biri 10 manat olmaqla 20 manat; 44) 3 dəst vaza – hər biri 40 manat olmaqla 120 manat; 45) 1 dəst meyvə vazası – 10 manat; 46) 2 dəst kül qabı – hər biri 10 manat olmaqla 20 manat; 47) 3 dəst şüşə qab – hər biri 10 manat olmaqla 30 manat; 48) 4 dəst mürəbbə (“varena”) qabı – hər biri 5 manat olmaqla 20 manat; 49) 4 dəst qənnadı qabı – hər biri 5 manat olmaqla 20 manat; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı - 40 manat; 51) qaşlı armudu + araq stəkanları – 15 manat; 52) armudu stəkan (qaşıqlı) – 10 manat; 53) 1 dəst fincan dəsti (“çaşqa naboru”) – 10 manat; 54) 1 dəst fincan (“çaşqa”) – 20 manat; 55) xrustal stəkan 2 dəst - hər biri 10 manat olmaqla 20 manat; 56) xrustal qrafinka stəkanı ilə dəst – 10 manat; 57) qrafinka stəkanı ilə qızılı rəng dəst – 15 manat; 58) qrafinka göy qapaq dəst (“nabor”)- 30 manat; 59) viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng – 30 manat; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng – 15 manat; 61) 3 formada rumkalar gümüşü rəng – 30 manat; 62) 2 dəst şirə bakalı (“sok rumkası”) hər biri 15 manat olmaqla 30 manat; 63) 4 dəst çay stəkanı - hər biri 10 manat olmaqla 40 manat; 64) 4 dəst nəlbəki - hər biri 5 manat olmaqla 20 manat; 65) 3 dəst armudu stəkan hər biri 10 manat olmaqla 30 manat; 66) 3 dəst nəlbəki - hər biri 5 manat olmaqla 15 manat; 67) 2 dəst razetka - hər biri 5 manat olmaqla 10 manat; 68) 1 dəst limon qabı – 5 manat; 69) 2 dəst gündəlik sini (“podnos”) - hər biri 5 manat olmaqla 20 manat; 70) 2 dəst ləyən - hər biri 10 manat olmaqla 20 manat; 71) 2 dəst səbət - hər biri 10 manat olmaqla 20 manat; 72)1 dəst aşsüzən – 5 manat; 73) iynə dəsti – 3 manat; 74) şpilka qabı – 3 manat; 75) tyorka – 3 manat; 76) meyvə doğrayan taxta – 3 manat; 77) hamam silən – 3 manat; 78) 2 ədəd kalçuk qab - hər biri 3 manat olmaqla 6 manat; 79) soba (peç) – 30 manat; 80) qoz çəkən – 3 manat; 81) qozqıran – 2 manat; 82) banka bağlayan – 2 manat; 83) termus – 5 manat; 84) saat – 10 manat; 85) duz qabı dəsti – 10 manat; 86) su qrafini – 5 manat; 87) ləpə qabı – 3 manat; 88) 1 dəst ədyal - 5 manat; 89) aşsüzən – 3 manat; 90) sarımsaq əzən – 2 manat; 91) çörək qabı – 2 manat; 92) 2 dəst oxlov - hər biri 2 manat olmaqla 4 manat; 93) gəlin güzgüsü – 20 manat; 94) ələk-kəfkir – 5 manat; 95) kartof əzən – 3 manat; 96) süpürgə-xəkəndaz – 2 manat; 97) “İstikbal” yataq dəsti – 1500 manat; 98) “İstikbal” qonaq dəsti – 1500 manat; 99) standart döşək – 70 manat; 100) divan-kreslo – 400 manat; 101) “Samsung” markalı televizor – 350 manat; 102) ) “Samsung” markalı soyuducu – 400 manat; 103) “Samsung” markalı paltaryuyan maşın – 350 manat; 104) aspirator – 50 manat; 105) toster – 50 manat; 106) mətbəxt mebeli – 1300 manat, 107) ağ qızıl komplekt 108) mirvari komplekt 109) qızıl bəxt üzüyü 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı 111) qızıl üzük, sep (türkan adı yazılan) 112) qızıl uşaq sırğası 113) brilyant qaşlı ağ-qızıl üzük (1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kolyebilərzik-sırğa cütü- üzük dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 43,19 qramdır, qaşları brilyantdır 5 ədədinin hər birinin ölçüsü 0,025 karat, 33 ədədinin hər birinin ölçüsü 0,014 karat, 396 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətlidirlər—4712 manat; 1 ədəd sarıgümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,60 qramdır, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,230 karat, 2 ədədinin hər birinin ölçüsü 0,097 karat, 64 ədədinin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətlidirlər—1281 manat; 1 ədəd sarı rəngli metaldan üzərində mirvariyə bənzər muncuq və ağ şəffav qaşları olan sırğa cütüüzük dəsti –üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 20,19 qramdır, qaşları brilyantdır, 21 ədədinin hər birinin ölçüsü 0,010 karat, 10 ədədinin hər birinin ölçüsü 0,006 karat, 3/3 keyfiyyətlidirlər—2213 manat; 1 ədəd sarı rəngli (qaralmiş) metal və mirvariyə bənzər muncuqlardan ibarət boyunbağı və qolbaq dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, kilid hissəsinin metalı 585 əyarlı qızıla uyğundur, metal muncuqlar əlvan metal ərinisindən hazırlanmışdır, ümumi çəkisi 86,63 qramdır- 86,63x80=6930 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Türkan” yazılı kulonu olan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,57 qramdır7,57x80=605 manat; 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,74 qramdır6,74x80=539 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Şəlalə” yazılı hissəsi və kəpənək formalı elementi olan uşaq qolbağı üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,31 qramdır3,31x80=265 manat; 1 ədəd sarı rəngli metal kürələrdən və qırmızı rəngli muncuqlardan ibarət qolbaq - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,42 qramdır4,42x80=354 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gümüşü rəngli metaldan “Canım sevgilim” yazısı və ağ şəffaf qaşları olan üzük - üzərində “585”əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,16 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 4,16x80=333 manat; 1 ədəd sarı rəngli metaldan sırğa cütü üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,81 qramdır2,81x80=225 manat; 1 ədəd sarı rəngli metaldan gözmuncuqlu yaxa sancağı - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,34 qramdır- 1,34x80=107 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,42 qramdır, qaşları qiymətli qaşlara aid deyil3,42x80=274 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 2,96 qramdır, qaşları qitmətli qaşlara aid deyil - 2,96x5=15 manat; 1 ədəd gümüşü rəngli metaldan, kəpənək formalı elementi üzərində ağ şəffaf qaşları olan sırğa cütü - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,29 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır2,29x5=12 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gözmuncuğu olan kulon - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,08 qramdır- 5,08x5=25 manat) qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri X2 alınaraq Cavabdeh verilməlidir. ş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 (iki yüz əlli manat) manat cavabdeh X2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması barədə qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-518/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icrası olaraq məhkəməyə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsi, 30 saylı evin, 35 nömrəli mənzildə cavabdehə məxsus olan cehiz əmlakları, məhkəmə aktı ilə qanuni qüvvəyə minmiş icra sənədi üzrə cavabdehə qaytarılmışdır.Cavabdehin məhkəmə iclasında izahatına əsasən onun əmlaklarının iddiaçının mənzildə olması mülki işin mübahisə edilməyən halıdır. Məhkəmə hesab edir ki, Cavabdeh etirazının dəlilləri iddiaçının mənzildən əmlakları çıxarmamasının səbəbi ona kömək edən şəxslərin olmaması, atasının sentyabr ayında Bakıya qayıtdığı vaxtda əşyaları götürəcəyini bildirməklə verilmiş iddiaya etirazının dəlliləri əsassızdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmaqla mübahisəli mənzilə köçmüş, həmin mənzilə qeydiyyata alınmış və bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdeh iddiaçının gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı göstərilən normalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə daxil deyil, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus mənzildə yaşamışdır. Sonradan isə iddiaçının oğlu ilə aralarında bağlanmış nikah da məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Cavabdeh iddiaçının digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının nə ailə üzvü, nə də Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan digər qohumu olmadığından İddiaçı cavabdehin mənzilin boşaldılmasına dair iddiası təmin edilməlidir. Bundan başqa, iddiaçı həm də, Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mənzilini geri tələb etməkdə haqlıdır. Həmin maddəyə görə mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh məxsus olan əmlaklar götürülməklə boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3907/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3907/2024
04.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver