Məhkəmə qərarları › İş №2(060)-3918/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3918/2022

09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3918/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə (Maraqlı şəxs: Sumqayıt “ASAN Xidmət” X10) dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08 yanvar 2008-ci ildə anadan olmuş oğlu X1 doğum faktının müəyyən edilərək, doğum haqqında şəhadətnamənin verilməsi, verilən doğum haqqında şəhadətnamədə adının Eldəniz, soyadının Məmmədov, ata adının Elşad, ata qrafasında atasının adının Elşad, soyadının Allahverdiyev, atasının adının Şura, ana qrafasında anasının adının Gülnar, soyadının Məmmədova, atasının adının Qədim qızı kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ərizəçinin oğludur. Eldəniz Məmmədov 08 yanvar 2008-ci ildə Ağstafa rayonunda ev şəraitində anadan olmuşdur. Bunu Sumqayıt şəhər 1 №-li Uşaq Poliklinikası tərəfindən verilmiş “Uşağın tibbi kartası” təsdiq edir. X6 ilə rəsmi nikaha girmədən ailə həyatı qurmuşdur. Qeyri-rəsmi nikahdan 13 yanvar 2007-ci il təvəllüdlü X4 və 08 yanvar 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. X15 Ağstafa rayonunda ev şəraitində anadan olduğu üçün ona doğum haqqında şəhadətnamə verilməmişdir. Oğlu E.Məmmədova doğum haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt"Asan xidmət” X7 müraciət etmişdir. Sumqayıt “Asan xidmət” X10 özünün xx.xx.2021-ci il tarixli məktubu ilə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edir ki, 08 yanvar 2008-ci ildə anadan olmuş oğlu X1 doğumunun dövlət qeydiyyatına alınaraq, doğum haqqında şəhadətnamənin verilməsi, veriləcək doğum haqqında şəhadətnamədə adının Eldəniz, soyadının Məmmədov, ata adının Elşad, ata qrafasmda atasının adının Elşad, soyadının Allahverdiyev, atasının adının Şura, ana qrafasında anasının adının Gülnar, soyadının Məmmədova, atasının adının Qədim qızı kimi yazılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt “ASAN Xidmət” X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dinlənilən azyaşlı X5 məhkəmə tərəfindən ona verilmiş suallara cavab verərək bildirdi ki, hər il ad gününü 8 yanvar tarixində keçirir. Bu il 14 yaşı tamam olmuşdur. Bildirdi ki, özündən böyük bacısı var. Ata babasının adı Şura, ana babasının adı Qədimdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Ağstafa rayonunda anadan olmuşdur, atası X11, anası X3r. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X10nin xx.xx.2021-ci il tarixli, 05/Q-2293/76 nömrəli məktubundan görünür ki, doğum faktını təsdiq edən həkim sənədi olmadıqda, uşağın doğulması faktı məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.2008-ci il tarixdə anadan olmuş oğlan uşağının doğumunu təsdiq edən həkim arayışı təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün yaşayış yeri üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 372/2022-MTŞB saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Eldəniz Məmmədov barəsində X2 analıq, Ərizəçi atalıq faktı inkar olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 586 saylı ekspert rəyindən görünür ki,X1 müəyyən edilmiş sümük yaşı 14-15 ilə uyğun gəlir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X5 ərizəçinin oğludur. Eldəniz Məmmədov 08 yanvar 2008-ci ildə Ağstafa rayonunda ev şəraitində anadan olmuşdur. Bunu Sumqayıt şəhər 1 №-li Uşaq Poliklinikası tərəfindən verilmiş “Uşağın tibbi kartası” təsdiq edir. X6 ilə nikahdan kənar ailə qurmuşdur. Onların 13 yanvar 2007-ci il təvəllüdlü X4 və 08 yanvar 2008-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. X15 Ağstafa rayonunda ev şəraitində anadan olduğu üçün ona doğum haqqında şəhadətnamə verilməmişdir. Oğlu E.Məmmədova doğum haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt"Asan xidmət” X7 müraciət etmişdir. Sumqayıt “Asan xidmət” X10 özünün xx.xx.2021-ci il tarixli məktubu ilə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə ərizəçinin ərizəsini qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X1 08 yanvar 2008-ci ildə anadan olması faktının müəyyən edilərək, ona doğum haqqında şəhadətnamə verilməli, verilən doğum haqqında şəhadətnamədə adı Eldəniz, soyadı Məmmədov, ata adı Elşad, ata qrafasında atasının adın Elşad, soyadı Allahverdiyev, atasının adı Şura, ana qrafasında anasının adı Gülnar, soyadı Məmmədova, atasının adın Qədim qızı kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən- Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin məcəllənin 46.2-ci maddəsinə əsasən - Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən - Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X1 08 yanvar 2008-ci ildə Ağstafa rayonunda anadan olması faktı müəyyən edilərək ona doğum haqqında şəhadətnamə verilsin. Verilən doğum haqqında şəhadətnamədə adı Eldəniz, soyadı Məmmədov, ata adı Elşad, ata qrafasında atasının adı Elşad, soyadı Allahverdiyev, atasının adı Şura, ana qrafasında anasının adı Gülnar, soyadı Məmmədova, atasının adı Qədim kimi yazılsın. Qətnamə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar