Məhkəmə qərarları › İş №2(060)-392/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-392/2022

07.10.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-392/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “axıdılan suyun qarşısının alınması və vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “axıdılan suyun qarşısının alınması və vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 29-cu məhəllə ünvanında yerləşən, 11/32 saylı evin, 2-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarış təsdiq edir. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 29-cu məhəllə ünvanında yerləşən, 11/32 saylı evin, 5-ci mənzili mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Mənzil Cavabdeh məxsus olsa da, həmin mənzil mülkiyyətçi tərəfindən bir neçə ildir ki, kirayəyə verilmişdir. Cavabdeh məxsus 5 №-İi mənzildən uzun müddətdir ki, onun mətbəxinin, dəhlizinin və sanitar qovşağının tavanına su axıdılır. Bunu 2 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli akt da təsdiq edir. Bu vəziyyət neçə illərdir ki, təkrar olunur. Suyun axıdılması nəticəsində evdə daima nəmişlik yaranır. Nəmişlikdən tez-tez o, 2 azyaşlı övladı və ailə üzvləri xəstələnirlər. Mənzilinə cavabdehin günahı üzündən 1000 (bir min) manat maddi ziyan dəymişdir. Cavabdehin mülkiyyətçisi olduğu 5 №-li mənzildəki su xətlərində olan nasazlıq səbəbindən dəfələrlə su axaraq mənzilinə ciddi ziyan vurmuşdur. Məsələ ilə əlaqədar olaraq 2 saylı Mənzil Kommunal Sahəsinə müraciət etmişdir. Mənzilinin daima nəmişlik olması səbəbindən evdə yaşamaq qeyri-mümkündür. Həmçinin qonşunun təqsiri üzündən əsəb və stress keçirməyə məcbur olmuşdur. Məsələ ilə əlaqədar AR Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyinə ərizə ilə müraciət etmişdir. AR Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2 saylı MKS rəhbərliyi tərəfindən 5-ci mənzil sahibinə ciddi xəbərdarlıq edilmişdir. Gələcəkdə belə hallar təkrarlanarsa tədbir görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İnzibati komissiyaya müraciət olunacaqdır. Lakin cavabdeh edilən xəbərdalıqlardan heç bir nəticə çıxarmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, 29-cu məhəllə ünvanında yerləşən, 11/32 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1030 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, idda tələbini müdafiə edir və iddia tələbinin ekspert rəyində göstərilən məbləğdə təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyildir və qeyd olunan məbləğ şişirdilmişdir. İddiaçının mənzilindəki vəziyyətdən xəbərdardır. Mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın məbləği maksimum 300-400 manat həddindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3761 saylı rəyindən görünür ki, Sumqayıt şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 11/32 saylı evin 2 saylı mənzilinin göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan aktın göstəricilərini nəzərə alaraq 2 saylı mənzilə 5 saylı mənzildən suyun axıdıldığı müəyyən edilir. Sumqayıt şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 11/32 saylı evin 2-ci mənzilinə susızma halları nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 872 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, su axıdılması nəticəsində İddiaçı mənzilinə ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının evinə dəfələrlə cavabdeh tərəfindən su axıdırmış, bunun nəticəsində evin mətbəx, dəhliz və sanitar qovşağı tikilisində qüsurlar əmələ gəmişdir. Ona görə də iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi zərərin cavabdehdən tutulmasını tələb etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, keçirilmiş ekspertizanın nəticəsi olaraq ekspert rəyi nəzərə alınmaqla iddiaçıya məxsus əmlaka zərər yetirilməsi ilə bağlı məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilərək Cavabdeh maddi ziyana görə 872 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, idda tələbi qalan hissədə təmin edilməməldir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 872 (səkkiz yüz yetmiş iki) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar