Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3922/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əbülfəz oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Əbülfəz oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə ünvan 3qayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Əbülfəz oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə ünvan 3qayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının və azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 ünvan 3qayıt şəhəri, 26-cı məhəllə, ev 38/68-də yerləşən 48 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 3qayıt şəhəri, 26cı məhəllə, ev 38/68, mənzil 48-də yerləşməklə sahsi 28,4 kv.metr olan 2 otaqdan ibarətdir. İddiaçı cavabdehin oğlu X15 ilə xx.xx.2009-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahdan 2 övladları vardır. İddiaçı ailə həyatı quran vaxt cavabdehin yaşadığı ünvan 3qayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 1 otaqlı mənzilə gəlin köçmüş, həmin otağa pasport qeydiyyatına alınmış və bir övladı xx.xx.2010- cu il təvəllüdlü X10 həmin ünvanda dünyaya gəlmişdir. Lakin həmin mənzildə darısqallıq olduğu üçün qərara almışlar ki, evi satıb geniş 2 otaqlı mənzil alsınlar. Bu məqsədlə onlar razılıq əsasında 1 otaqlı mənzili 30000 manata satmış və 40000 manata xx.xx.2012-ci ildə cavabdehin adına alqı-satqı müqaviləsi əsasında mübahisəli mənzili aldıqdan sonra bu mənzilə köçərək burada ailə üzvü kimi yaşamışdır. Lakin xx.xx.2022-ci ildə cavabdehlə aralarında baş vermiş münaqişə nəticəsində iddiaçı məcburiyyət qarşısında qalaraq 2 azyaşlı uşaqları ilə evdən çıxmış, lakin onun bütün şəxsi əmlakları və cehizləri həmin mənzildə qalmışdır. Məhkəmə qətnaməsi əsasında iddiaçının nikahı ləğv edilmiş və uşaqlar iddiaçının himayəsinə verilmişdir. İddiaçının oğlu Nurlan psixoloji xəstəlikdən əziyyət çəkir, daimi müalicəyə ehtiyacı vardır. İddiaçı evdən çıxarıldığı üçün kirayədə yaşayır. Lakin kirayə haqqını da ödəyə bilmir. O, heç yerdə işləmir, vəziyyət olduqca ağır və dözülməzdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin oğlu ilə 2009-cu ildə nikaha daxil olmuşdur. Mübahisəli mənzili isə 2012-ci ildə almışlar. Onun başqa yaşayış yeri yoxdur. Əvvəlki ev də cavabdehin adına olub. Onu satıb bu evi almışlar. Evin alınması üçün ona məxsus olan qızıl-zinət əşyalarını satmışlar. Evin alınmasında anası da köməklik edib. Belə ki, anası ona 700 ABŞ dolları və 500 manat pul verib. O, həmin pulları mənzil alınması üçün həyat yoldaşına verib. Sözügedən evdə cavabdeh heç bir zaman yaşamayıb. Ev sadəcə onun adınadır. Cavabdeh özü başqa ünvanda yaşayır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Onun oğlu ilə iddiaçı boşanıblar. Onlar hal-hazırda birgə yaşamırlar. O, iddiaçının ona məxsus olan evdə yaşamasını istəmir. Evin alınması özünün şəxsi vəsaiti hesabına başa gəlib. Bunun üçün borc almış və bankdan kredit götürmüşdür. İddiaçı evin alınmasında valideynlərinin köməklik göstərdiklərini qeyd etsə də, belə bir hal olmayıb. İddiaçının qızılzinət əşyalarının satılaraq mənzilin alınmasına sərf edilməsi barədə bildirdikləri də həqiqəti əks etdirmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1981-ci il tarixində, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1949-cu ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında akt qeydinə əsasən iddiaçı ilə X15 arasında nikah xx.xx.2009-cu il tarixində, ünvan 3qayıt nikah evində bağlanmışdır. Doğum haqqında akt qeydlərinin surətlərinə əsasən X10 xx.xx.2010-cu ildə, X12 isə xx.xx.2013-cü il tarixində doğulmuşlar. Hər iki uşağın anası İddiaçı, atası X11r. ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə X15 arasında xx.xx.2009-cu ildə, ünvan 3qayıt Nikah evində bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X6 iddiaçının yanında saxlanması qət edilmişdir. ünvan 3qayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin 1374 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı ünvan 3qayıt şəhəri, 26-cı məhəllə, ev 38/68-də yerləşən 48 saylı mənzil ünvanında yaşayır. Mənzilin sahibi Cavabdeh Əbülfəz oğludur. İşdə olan ünvan 3qayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və qonşular X1, X7 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, ünvan 3qayıt şəhəri, 26-cı məhəələ, ev 38/68, mənzil 48-də qeydiyyatda olub ev alınandan sonra xx.xx.2022-ci ilə qədər həmin mənzildə birgə yaşayıblar. Hal-hazırda yaşamırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 3qayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, ünvan 3qayıt şəhəri, 26-cı məhəllə, ev 68/38 ünvanda yerləşən 48 saylı mənzil ünvan 3qayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 09.1981-ci il tarixli, 44/1111 saylı order əsasında X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 3qayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2000-ci il tarixli, 3M-2/291 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. ünvan 3qayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2002-ci il tarixli, 4Ə5/680 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında mənzil üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır. ünvan 3qayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 01,03.2004-cü il tarixli, 4Ə2/156 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində X5 mülkiyyət hüququ qeydiyyata alınmışdır. ünvan 3qayıt şəhər 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2012-ci il tarixli, 4Ə-667 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır və hal hazırda mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin araşdıraraq aşağıdakı nəticəyə gəlir. Hazırkı iddiada iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb edir. Bu səbəbdən onun mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin oğlu Ramil Ağayev ilə xx.xx.2009-cu ildə nikaha daxil olmuşdur. Mübahisəli mənzil xx.xx.2012-ci ildə cavabdehin mülkiyyətinə keçmişdir. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsinin) müdəalarına uyğun qiymət verilməlidir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi iddiaçı cavabdehin, yəni mübahisəli mənzilin mülkiyyətçisinin keçmiş gəlini olmaqla, Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid deyildir. Bu səbəbdən onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. İddiaçının mübahisəli mənzilə istifadə hüququnun olmaması isə onun həmin mənzilə köçürülməsi tələbinin təmin edilməsini qeyri-mümkün edir. İddiaçı tərəfin əsas dəlilləri ona məxsus qızıl-zinət əşyalarının satılması və mübahisəli mənzilin alınmasına səf edilməsi, eyni zamanda iddiaçının valideynlərinin hazırkı mənzilin alınması üçün maddi köməklik göstərmələri olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin mübahisəli mənzil 2012-ci ildə cavabdehin mülkiyyətinə keçmişdir. Həmin mənzilin hansı vəsait hesabına, hansısa əmlakın satılması hesabına alınması və ümumiyyətlə həmin vaxta qədər baş verənlər mənzilə istifadə hüququ ilə bağlı tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsində heç bir rol oynamır. İddiaçı həmin mənzilin alınması üçün hər hansı vəsait sərf etmişsə, həmin vəsaitin geri qaytarılması barədə ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırkı iddia isə əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Əbülfəz oğluna qarşı iddiaçının və azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 ünvan 3qayıt şəhəri, 26-cı məhəllə, ev 38/68-də yerləşən 48 saylı mənzilə köçürülmələri barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 3qayıt Şəhər Məhkəməsi vasitəsilə ünvan 3qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3922/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3922/2023
24.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver