Məhkəmə qərarları › İş №2(060)-3925/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3925/2022

17.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3925/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun- Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində «ata» qrafasmda ata barədə qeydin «X5», «ana» qrafasında ana barədə qeydin isə «X3» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Ona həmin rayonun Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında o, məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Lakin o, adına verilmiş doğum haqqında şəhadətnaməni itirmişdir. Ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, ona verilmiş 12 may 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər AR Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin arxivində saxlannılmadığı üçün xahişin təmin edilməsi mümkünsüzdür. Ona görə də doğumun qeyd edilməsi faktının müəyyən olunması ilə bağlı o, məhkəməyə müraciət etməlidir. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q- 1752/15 saylı məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. AZE seriyalı ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. xx.xx.1960-cı il tarixli 257708 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1959-cu ildə Ermənistan SSR-də doğulmuşdur. X1, anası X2r. xx.xx.1963-cü il tarixli 604796 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1963-cü ildə Ermənistan Respublikasında doğulmuşdur. X1, anası X2r. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3925/2022 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının məlumatlarından görünür ki, Ərizəçi xx xxxxxx 1965ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1965-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi bərpa edilərkən ata qrafasında X5, ana qrafasında X3 göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1965-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum akt qeydi bərpa edilsin, doğum akt qeydi bərpa edilərkən ata qrafasında X5, ana qrafasında X3 göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar