Məhkəmə qərarları › İş №2(060)-3926/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3926/2022

04.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3926/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 04 avqust 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun həyat yoldaşı X2 xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Gölkənd kəndində doğumunun qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində «ata» qrafasında ata barədə qeydin «X8», «ana» qrafasında ana barədə qeydin isə «X6» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun həyat yoldaşı X2 xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Gölkənd kəndində doğulması faktının müəyyən edilməsi və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində «ata» qrafasında ata barədə qeydin «X11», «ana» qrafasında ana barədə qeydin isə «X9» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində 10 iyul 1957-ci ildə anadan olmuş X10 ilə xx.xx.1990-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan övladı anadan olmuşdur. Həyat yoldaşı 25 yanvar 2015-ci ildə dünyasını dəyişmişdir. Həyat yoldaşına doğulduğu rayonun Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Lakin sonradan doğum haqqında şəhadətnamə itmişdir. O, həyat yoldaşının ölümündən sonra onun adına təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, ona verilmiş 12 may 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı üçün xahişinin təmin edilməsi mümkünsüzdür. Ona görə də doğumun qeyd edilməsi faktınm müəyyən olunması ilə bağlı o, məhkəməyə müraciət etməli olmuşdur. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi sosial problemlərin həlli ilə bağlı həyat yoldaşının adına doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən, o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərdi və əlavə olaraq bildirdi ki, mərhumun şəxsiyyət vəsiqsi olmuşdur. Onun atasının adı Fərzalı, anasının adı isə Pərvanə olmuşdur. Hazırda doğum faktının təsdiq edilməsi ona qaynatasından qalmış evin vərəsəlik məsələləri üçün lazımdır. Məsələ ilə əlaqədar Asan Xidmət Mərkəzinə müraciət etdikdə mərhum yoldaşının doğum haqqında şəhadətnaməsinin lazım olduğu bildirilmişdir. Qaynatasına məxsus bütün sənədlərdə onun adı Fərzalı Mamedov kimi qeyd olunmuşdur. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamələr yoldaşının qardaşlarına məxsusdur. Onların hər iki hazırda xaricdədir. Bu səbəbdən məhkəmə iclasında şahid qismində iştirak edə bilmirlər. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 12 may 2022-ci il tarixli, 05/Q-1751/15 saylı məktubundan görünür ki, X2 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan İV JQ 487904 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi rəsmi nikaha daxil olmuşdur. İşdə olan AZ-İ nömrəli, 722509 saylı ölüm haqqında şəhadətnamənin surətinə görə, X10 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeyd olunmuşdur. İşdə olan AZE seriyalı, 06767630 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur. İş materiallarında olan X3 məxsus AB seriyalı 249906 saylı sürücülük vəsiqəsinin və P3563885 saylı pasportun surətindən görünür ki, həmin sənədlərdə də X2 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasında doğulması qeyd edilmişdir. İşdə olan İ-ZJ 752481 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur. X1, anası X5r. İşdə olan İ-ZJ 531561 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur. X1, anası X5r. Beləliklə, Ərizəçi əri X10 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuşdur. X1, anası X5r. Bu fakt ərizəçinin iş materiallarında olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, pasport, qardaşlarına məxsus doğum haqqında şəhadətnamələr və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində doğulması faktı müəyyən olunsun. X2 adına doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin ata qrafasında X11, ana qrafasında isə X9 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar