Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3929/2025 15.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə *8 aprel 2*25-ci il tarixli, 54 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “fortepiano müəllimi” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə cavabdeh Sumqayıt şəhəri Bülbül adına İncəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. O, cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin atestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da 28.12.2*25-ci il tarixdə attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra 13.*3.2*25-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası daxilində attestasiya keçirilmiş və nəticədə... ...guya attestasiya komissiyasının 5 üzvünün yekdil qərarı ilə iddiaçının “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, daha sonra çıxışı yarıda kəsilmiş, sualların çoxusuna cavablar versə də (Atestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 5 səs verilmişdir. Yəni atestasiya qərəzli keçirilmiş, atestasiya vərəqəsinin 2,6 və 7-ci bəndlərində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən atestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Atestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni 13.*3.2*25ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 7*-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin *8.*4.2*25-ci il tarixli, 54 saylı əmri ilə xitam verilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23.*5.2**1-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Atestasiya Komissiyasının sədri Məmməd Quliyev iddiaçının şəxsiyyətinə qarşı yalan məlumatlarla çıxış edərək, guya bu vəzifəyə yararsız olduğunu bildirmiş və kollektiv daxilində onu mənəvi şəkildə alçaltmışdır. Halbuki, iddiaçı 31 il 11 aydır ki, həmin məktəbdə fortepiano müəllimi vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Əgər o bu vəzifə üçün yararsız idisə, 31 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 7*-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş də təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi İşəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. İddiaçının himayəsində bir övladı və olduğu onkoloji xəstə yaşlı anası vardır. Həyat yoldaşı, atası və qardaşları rəhmətə getmişdir. Əlavə olaraq hazırda banka 4*** manat borcu var. Bu səbəbdən, belə bir vəziyyətdə işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23.*5.2**1-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Keçirilmiş attestasiyaya aid videoya baxış keçirilən zaman müəyyən olunur ki, attestasiya zamanı Nazirlər Kabinetinin qərarına və Əmək Məcəlləsinin tələblərinə zidd olaraq sırf olaraq iddiaçıya akademik səviyyədə nəzəri suallar ünvanlanmışdır. Müəllimə təxminən 2* dəqiqə ev tapşırığı ifa etmişdir. İddiaçı 3 sualı cavablamasına baxmayaraq, qərəzli olaraq onun əleyhinə 5 səs verilmişdir. Əgər sesvermə zamanı 3 əleyhinə, 2 lehinə səs verilmiş olsa idi, Mədəniyyət Nazirliyinin tapşırığı ilə 2*25-ci ilin may ayının 1-dən yenidən təlimlərə cəlb olunar və işinə bərpa olunardı. Ümummiyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.6-cı maddəsinin tələbləri pozulmuşdur. Şahid kimi ifadə vermiş müəllim də bildirmişdir ki, müəllimənin lehinə səs versə də, vərəqdə * qeyd edilmişdir. İddiaçı ilə birlikdə 9 nəfər müəllim iştirak etmiş, onların hər birini Məmməd müəllim qərəzli şəkildə kəsmişdir. İddiaçının iki qardaşı və atası rəhmətə getmiş, sadəcə anası qalmışdır. O da onkoloji xəstə olmaqla iddiaçının himayəsindədir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, məhkəmə iclasında deyilənlərə etirazı yoxdur. Əlavə olaraq bildirir ki, iddiaçının əmək müqaviləsinə attestasiya komissiyasının rəyi əsasında xitam verilmişdir. İddiaçının başqa vəzfəyə keçirilmə imkanı olmamışdır. Müəllim vəzifəsindən başqa texniki işlərlə bağlı vəzifələr mövcud olmuşdur.
6. Məhkəmə iclasında Şahid ifadəsində bildirdi ki, iddiaçı ilə bir məktəbdə işləyirlər. Komissiyyada olan nəticələrə əsasən qeyd edir ki, qərəz ümumiyyətlə Sumqayıt şəhərində yerləşən məktəblərə qarşı olmuşdur. Sumqayıt şəhərində yerləşən məktəbləri Bakı şəhərində yerləşən məktəblərdən aşağı səviyyədə görürlər. İddiaçı yarıbayarı suallara cavab vermişdir. Bəzi suallar da vardır ki, cavablandırılmış, lakin qeyd olunmamışdır. Misalçün, mozart barəsində danışmış, lakin vərəqdə cavab verilmədiyi qeyd olunmuşdur. Müşkinaz xanımdan daha aşağı səviyyədə olan adamlar var idi ki, onlar attestasiyadan keçmişdir. Lakin Müşkinaz xanımın birinci imtahan girməyi nəticəyə bilavasitə təsir etmişdir. Səsvermə zamanı iddiaçının lehinə səs vermişdir. Lakin vərəqdə əleyhinə göstərilmişdir. Sumqayıtda yerləşən bütün məktəblərdə proqram 7 illikdir. Lakin attestasiya zamanı proqram 11 ilik üçün nəzərdə tutulmuşdur. Attestasiya zamanı da etirazını bildirmişdir ki, müəllimlərin bu şəkildə təzyiq göstərilərək imtahan edilməsi absurd məsələdir.
Tədqiq olunan sübutlar:
7. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 12.*5.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-**754 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 5* manat mediasiya sessiyası xərcini və əlavə olaraq 1* manat kargüzarlıq xərcini ödəmişdir.)
8. ИТ-İ seriyalı, 235*118 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinə fortopiano ixtisası üzrə müəllimə işinə qəbul edilmiş, *8 aprel 2*25-ci il tarixdə 54 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
9. *8 aprel 2*25-ci il tarixli, 54 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi bölməsində “Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı Ələkbər qızı ilə bağlanılmış xxxxxxx***1** nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 7*. “c” – peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən *8 aprel 2*25-ci il tarixindən xitam verilməsi əmr edilmişdir.
10. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Ələkbər qızının attestasiyası üzrə cavablarını komissiya – ifa olunan əsər hansı formadadır (cavab vermədi), Vyana klassikləri kimlərdir (cavabladı), Haydn, Motsart və Bethoven hansı məktəbin nümayəndəsidir (cavablamadı), Bethovenin sonatalarını sadalamaq (cavablamadı), “Patetik” sonatanın 3-cü hissəsi hansı formadadır (cavablamadı), Ü.Hacıbəylinin ilk operası hansıdır (cavabladı), Ü.Hacıbəylinin “Koroğlu” operasında Koroğlunun ilk ifaçısı (cavabladı), Azərbaycanda ilk romans janrının bəstəkarı (cavablamadı) kimi qeyd etmişdir. Səsvermənin nəticələri lehinə-*, əleyhinə -5 kimi qiymətləndirilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*7. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
12. İş materiallarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 13 mart 2*25-ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 54 saylı, *8 aprel 2*25-ci il tarixli əmrinə əsasən “fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 7*ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
13. İddiaçı hazırda həmin əmrdən narazı olmaqla ləğv edilməsini məhkəmədən xahiş edir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
15. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.
16. Hazırki mülki iş üzrə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
17. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri olan Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilə bilər.
18. Həmin normanın “qeyd” hissəsinə əsasən 7*-ci maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərərfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
20. İddiaçının attestasiya zamanı ona qarşı qərəzəli münasibət göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, attestasiyanın tam audio-video yazısı məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video yazıya baxış keçirilmiş, lakin yuxarıda qeyd edilən dəlillər üzrə attestasiyanın keçirilməsi zamanı bərabərlik və qərəzsizlik prinsiplərinin pozulması hallarına rast gəlinməmişdir.
21. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.
22. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur.
23. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, səsvermə zamanı iddiaçının lehinə səs verməsi, onun qeyd olunmaması ağlabatan dəlil hesab olunmur. Belə ki, o, ən azından buna etiraz edə bilər və yaxud onun dəyişilməsini tələb edə bilərdi. Həmin attestasiya vərəqi bütün üzvlər tərəfindən, eyni zamanda onun tərəfindən imzalanmışdır. Bundan əlavə attestasiya zamanı onun keçirilmə qaydasına etiraz etməyi, sonda yekun vərəqdə yekdilliklə, şahid də daxil olmaqla 5 nəfərin iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə səs verməsi bir-biri ilə ziddiyət təşkil edir. Şahid bu proseslə razılaşmadığını özü-özünə etiraz verməklə və yaxud digər formada səsvermədən özünü kənarlaşdırmaqla ifadə edə bilərdi. Lakin belə bir hala da rast gəlinmir. Ona görə də şahid ifadəsi məhkəmə tərəfindən məqbul hesab olunmur.
24. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə *7.*4.2*25-ci il tarixli əmri qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, *7.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
25. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı Sumqayıt Şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə *8 aprel 2*25-ci il tarixli, 54 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “fortepiano müəllimi” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva