Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3931/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22.*9.1986-cı il tarixdə cavabdeh Sumqayıt şəhəri Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində “musiqi nəzəriyyəsi şöbəsinin müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. O, həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin atestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da 28.12.2*25-ci il tarixdə attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra 13.*3.2*25-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası daxilində attestasiya keçirilmiş və nəticədə guya attestasiya komissiyasının 2 lehinə olmaqla, 3 üzvünün əleyhinə verilmiş qərarı ilə iddiaçının “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, sualların çoxusuna cavablar versə də (Attestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 3 səs verilmişdir. Yəni attestasiya qərəzli keçirilmiş, attestasiya vərəqəsinin 7-ci bəndlərində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən attestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audiovideo yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni 13.*3.2*25-ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin *8.*4.2*25-ci il tarixli, 44 saylı əmri ilə xitam verilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23.*5.2**1-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya Komissiyasının sədri də iddiaçının guya bu vəzifəyə yararsız olduğunu bildirmişdir. Halbuki, iddiaçı 38 il *2 aydır ki, həmin məktəbdə “musiqi nəzəriyyəsi şöbəsinin müəllimi" vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Həmçinin 2*15-ci il mart ayının 15-də keçirilən attestasiyada iddiaçı əla qiymətlə atestasiyadan uğurla keçmişdir. Əgər o bu vəzifə üçün yararsız idisə, 38 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 7*ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş də təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Belə bir vəziyyətdə idiaçının işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir. Göstərilənlərə əsasən, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Samir İsmayılovun *8 aprel 2*25-ci il tarixli, 44 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “musiqi nəzəriyyəsi şöbəsinin müəllimi" vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru X2 izahat verərək bildirmişdir ki, Mədəniyyət Nazirliyinin qərarı ilə attestasiya keçirilmiş, həmin attestasiyanın qərarı ilə İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. O, 2*21-ci ildən həmin məktəbin direktoru vəzifəsində çalışır. Həmin ildən bu günə qədər iddiaçı ilə aralarında heç bir problem olmamış, o, daim intizamlı olmuş, işinə məsuliyyətlə yanaşmışdır, hər zaman yüksək göstəriciləri olmuşdur.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirak izahatlarını və şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, 8-ci otaqda imtahan keçirilmişdir. İddiaçı 18-ə yaxın sual verilmişdir. Onlardan 11-nə cavab verilmişdir. İmtahan qərəzli keçirilmişdir. Məktəb 7 illik proqram üzrə davam edir. Lakin verilən suallar 11 illik proqramın sualları idi.
9. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi ilə İddiaçı arasında bağlanılmış 22 sentyabr 1986-cı il tarixli əmək müqaviləyə əsasən İddiaçı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 1*. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *8 aprel 2*25-ci il tarixli, 44 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Bülbül adına nömrəli Uşaq İncəsənət məktəbinin nəzəriyyə müəllimi İddiaçı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xxxxxxx***1** nömrəli əmək müqaviləsinə xitam verilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya – “balet haqqında”- “səthi cavab verildi”, “A.Zeynallı haqqında”- “qismən cavab verildi”, “A.Zeynallının Azərbaycan musiqisində ilk nəyin banisi olmuşdur” - “cavab verildi”, “S.Rüstəmovun musiqili komediyaları”- “bir cavab verildi”, “Vasif Adıgözəlov haqqında”- “qismən cavab verdi”, “Zibeydə mahnısının müəllifi kimdir”- “cavab verilmədi”, “Müasir Azərbaycan bəstəkarları kimlərdir”- “qismən cavab verildi”, “Ə.Bədəlbəyli Azərbaycanda hansı janrın banisidir”- “cavab verilmədi”, “Mendellson hansı cərəyanın bəstəkarıdır”- “cavab verilmədi”, “Mendellson deyəndə hansı bəstəkar yada düşür”- “cavab verilmədi”, “üçsəslinin neçə növü var”- “düzgün cavab verilmədi”, “Mi-sol-si hansı qammada mediantadır”- “qismən cavab verildi”, “Lya major xromatik halda”- “pillələrin adı düzgün sadalanmadı”, “Azərbaycan məqamları”- “düzgün ifa olunmadı”, “Solfecio nömrəsinin oxunması”- “oxundu”, “Musiqi nömrəsinin üzdən ifası” –“ düzgün ifa edə bilmədi. 6 musiqi nömrəsindən 1 düzgün cavab verildi” kimi qeyd etmişdir. Səsvermənin nəticələrinə görə (lehinə-2, əleyhinə -3) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
12. İş materiallarında olan 12.*5.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-**755 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 5* manat mediasiya xərci və 1* manat məbləğində poçt xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində nəzəriyyə müəllimi vəzifəsində işləmiş və attestasiyadan keçmədiyi üçün *8.*4.2*25-ci il tarixdə işdən azad olunmuşdur.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
15. 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır.
16. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
17. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
19. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2*. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
21. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
22. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
23. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
24. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
25. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
26. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
27. Maddə 7* “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
28. Maddə 288 “x”. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
29. Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 3*. 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır;
31. 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır;
32. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil;
33. 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır;
34. 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir;
35. 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir;
36. 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
Məhkəmənin mövqeyi:
37. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 22.*9.1986-cı il tarixli əmrinə əsasən həmin məktəbdə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 13 mart 2*25-ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, 44 nömrəli əmrinə əsasən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə müəllimi İddiaçı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
38. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur.
39. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 4*. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır.
41. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, attestasiya zamanı iddiaçıya qarşı qərəzli mövqe olmuş, məhkəmə təqdim edilmiş attestasiyanın tam audiovideo yazısından görünür ki, iddiaçı tərəfindən sualların əksəriyyəti cavablandırılmışdır.
43. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir.
44. Eyni zamanda, işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda işçilərin kütləvi şəkildə işdən çıxarıldığını təsdiq etmiş, əgər işçilərdən hansısa birini işdə saxlamaq imkanı olsa belə, digərlərinin buna etiraz edəcəyini bildirmişdir.
45. Beləliklə, attestasiya komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir.
46. Bununla yanaşı işəgötürən iddiaçının uzun müddət (38 il) nəzəriyyə müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi *8 aprel 2*25-ci il tarixli, 44 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.
47. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, 44 saylı əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə müəllimi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçı ödənilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 5*. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
54. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, 44 saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə müəllimi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva