Məhkəmə qərarları › İş №2(060)-3939/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3939/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3939/2020 31.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızının iştirakları ilə, İddiaçı cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızına qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızına qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildə cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızı ilə rəsmi nikaha daxil olmuşdur. Lakin onlar rəsmi nikaha daxil olsalar da, onlar ailə kimi bir yerdə yaşamamışlar, ümumiyyətlə onların toyları olmayıb. Belə ki, onlar valideynlərinin məsləhəti ilə tanış olmuşlar. Aralarında istək və sevgi olmamışdır. O, ilk gündən ailə qurmağa razı olmamışdır. Lakin valideynləri israr etdilər ki, tanısa, xasiyyətinə bələd olsa bəlkə fikri dəyişər. O da əlacsız qalıb razılaşmışdır. Lakin bildirmişdir ki, xasiyyəti xoşuna gəlməsə, onun fikirləri ilə razılaşmasa, cavabdehlə ailə qurmayacaq. Valideynləri bununla razılaşmışlar. Cavabdehlə görüşlər zamanı aralarında çox sahələrdə, eləcə də ailə və məişət sahələrindəçoxsaylı fikir ayrılıqlarının olduğunu görmüşdür. Dəfələrlə bu barədə mübahisələri düşmüş və valideynlərinin təkidi ilə onlar barışmışlar. Lakin sonda belə qərara gəlmişlər ki, ailə qurub sonradan boşanmaqdansa, elə bu başdan ayrılsa yaxşıdır. Hər ikisi qəti fikirlərini valideyinlərinə bildirmişlər, ilk əvvəl valideynləri buna razı olmasalar da, sonda valideyinləri razılaşmaq məcburiyyətində qalmışar. El adəti ilə olan nişan geri qaytarılmışdır. Artıq onun ailə qurmaq və birlikdə yaşamaq fikirləri yoxdur. Ona görə də aralarında olan nikah etibarsız hesab edilməlidir. Çünki onların ailəsi baş tutmamış, yalnız rəsmi sənədlərdə öz əksini tapmışdır. Bundan sonra adi qaydada boşanma isə bir gənc kimi həm ona, həm də cavabdehə gələcəkdə lazımsız problemlər yaradar, adlarının üstünə ad gəlməsinə səbəb ola bilər. Belə hesab edir ki, məhkəmə onun fikirlərini başa düşə bilər. İlk gündən, eləcə də nikahları qeydə alınarkən, onun qəti ailə qurmaq fikri olmamışdır. Çünki ilk gündən cavabdehdən xoşu gəlməmişdir, nikahlarını da ailə qurmaq niyyəti ilə yox, sadəcə görüşlərinin dini vəəxlaqı baxımdan qanuni və düzgün olmasıüçün qeydə aldırmışlar. Həmçinin cavabdeh də nikahın etibarsız hesab edilməsinə razıdır, heç bir etirazı yoxdur. Bu barədə cavabdehin razılıq ərizəsini dəərizəyə əlavə edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Belə ki, o, iddiaçı ilə xx xxx 2020-ci il tarixdə rəsmi nikah bağlasa da onlar arasında faktiki nikah münasibətləri olmamışdır. O, validenylərinin məsləhəti ilə iddiaçı ilə tanış olmuş, daha sonra onun və iddiaçının valideynlərinin ümumi razılığı ilə nişan mərasimi həyata keçirilmiş, bir qədər sonra isə rəsmi nikah bağlamışlar. Onlar arasında nikah bağlandıqdan sonra xasiyyətlərinin uyğunlaşmadığını müəyyən etmişlər və aralarındakı münasibət pozulmuş, toy mərasimi olmamışdır. Artıq iddiaçı ilə aralarında heç bir münasibət yoxdur, bağlanmış nikah formal xarakter daşıyır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 342396 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı iləNəbiyeva Nişadə Elşad qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx xxx 2020-ci il tarixdə 33 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxx 2020-ci il tarixdə 33 saylı akt qeydi ilə rəsmi nikah bağlamışlar. Tərəflər arasında öncə nişan mərasimi olmuş, daha sonra isə rəsmi nikah bağlanmışdır. Tərəflər bu nikahın formal xarakter daşıdığını, nikah bağlandıqdan sonra münsaibətlərinin pozulduğunu, aralarında ər-arvad münasibətlərinin yaranmadığını və bu əsasla nikahın etibarsız hesab edilməli olmasını iddia edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 3.0.2-ci maddəsinə görə ailə münasibətləri qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasıdır. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə şərh olunan işin hallarına ifadə olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Qanunvericilik göründüyü kimi nikahın etibarsızlığını o cümlədən tərəflərin niyyəti ilə əlaqələndirərək, belə bir niyyətin olmamasından asılı etmişdir. İşin hallarından müəyyən edildi ki, tərəflər arasında ailə qurmaq niyyəti ilə öncə nişan mərasimi olmuş, daha sonra isə nikah bağlamışlar. Tərəflərin nikah bağlayarkən niyyəti ailə qurmağa yönəlmişdir. Odur ki, məhkəmə iddia tələbini əsassız hesab edir. Cavabdehin iddianı etrafına gəlincə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın etiraf edilməsini qanunazidd hesab edir və qəbul etmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinəəsaslanaraq hesab edir ki, iddiaçı nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması faktını məhkəmədə sübuta yetirə bilmədi. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Əmiyeva (Nəbiyeva) Nişadə Elşad qızına qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar