Məhkəmə qərarları › İş №2(060)-3948/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3948/2024

07.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3948/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 məxsus 1 ədəd paltar dolabı və 1 ədəd şifonerin ona məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, 5-ci məhəllə Dübrar küçəsində yerləşən fərdi həyət evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, 5-ci məhəllə, Dübrar küçəsində yerləşən fərdi həyət evi iddiaçıya məxsusdur. İddiaçı həmin evdə ailəsi ilə yaşayır. İddiaçıya məxsus evdə qardaşının keçmiş arvadı hazırki iş üzrə cavabdeh X1 məxsus 1 ədəd paltar dolabı və 1 ədəd şifoner hələ də qalmaqdadır. Bildirmək istəyir ki, qardaşı ilə cavabdeh arasında nikah münasibətləri 5 il bundan qabaq pozulmuşdur, ailə münasibətlərinə tamamilə son qoyulmuşdur. Artıq 5 ildir ki, cavabdeh öz əmlakını iddiaçıya məxsus evdən çıxartmır. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Onsuz da evi darısqaldır, qeyd olunan əşyaların iddiaçının mənzilində hələ də qalması iddiaçının mənzil şəraitini daha da çətinləşdirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının həmin mənzilə heç bir hüququ yoxdur. Həmin ev cavabdehin keçmiş həyat yoldaşına məxsus olmuşdur. İddiaçı anası ilə birlikdə ona məxsus ünvanda yaşayır. Hazırda həmin evdə iddiaçı yaşamır. Həmin evə dair məhkəmə qətnaməsi olduğu halda həmin evi satmışdır. Polisə müraciət etdikdən sonra alqı-satqı ləğv edilmişdir. Hazırda nəvələri azyaşlı olduğuna görə cavabdeh orada tək yaşaya bilmir. Evin şəraiti yaxşı deyil, yaşayış üçün yaralı olmadığına görə iki azyaşlı ilə orada yaşamağa çətinlik çəkmişdir. Cavabdeh sözügedən evə icra məmurunun iştirakı ilə köçürülmüşdür. Sözügedən mənzil Bağlar ünvanında yerləşir. Hazırda iddiaçı tərəfindən qeyd edilmiş ünvanın hara olması barədə məlumat yoxdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5263/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilərək, iddiaçı X2 azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi və qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1282/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-5263/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbayçan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə görə sahiblik hüququ — əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edilən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehin və onun yetkinlik yaşına çatmayan azyaşlı övladının Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi təmin olunmuş və hazırda cavabdehə məxsus əşyalar həmin evdədir. Bu fakt məhkəmə yerli baxış keçirən zaman öz əksini tapmışdır. Hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvan dəqiq ünvan deyildir. Eyni zamanda iş materiallarında olan kommunal xərclərə aid abunə kodları Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə aid olmaqla iddiaçının adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması tələbinə” dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar