Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3954/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladları yəni, xx xxxxxx 2002-ci il təvəllüdlü X8, xx xxxxxx 2004-cü il təvəllüdlü X12 və xx xxxx 2011-ci il təvəllüdlü X11 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 36 saylı evin, 43 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki,Sumqayıt şəhəri 13-cü mikrorayon, ev 36, mənzil 43 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili xx.xx.2019-cu ildə, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında almışdır. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X13 tərəfindən xx.xx.2019-cu ildə Çıxarış verilmişdir. “Daşınmaz əmlakın alqısatqı” müqaviləsinin 13-cü bəndinə görə satıcı bir ay müddətinə qeydiyyatdan çıxmalı olduğu halda hal-hazıradək mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdeh və onun azyaşlı uşaqları mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləridir. Cavabdehin və onun uşaqlarının m mənzilində qeydiyyatda olması mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin edilməsini, cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqlarının mülkiyyətində olan mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini və İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzilinə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizssini məhkəməyə təqdim etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə edilmiş xx.xx.2019-cı il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, Əkbərli X5 şəhəri, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzili X2 əvəzindən X1 54 000 manata almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı xx.xx.2020-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağıöhdəsinə götürmüşdür. İşdə olan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına **********00-05101-093010 daşınmaz əmlakın reyestr nömrəsinə əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh, xx xxxxxx 2002-ci il təvəllüdlü X8, xx xxxxxx 2004-cü il təvəllüdlü X12 və xx xxxx 2011-ci il təvəllüdlü X3 şəhəri, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı Əkbərli X5 şəhəri, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzilini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, sonradan həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzil satıldıqdan sonra əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Həmçinin məhkəmə prosesində cavabdeh iddianı tam olaraq etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh məhkəmə iclasında X9 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 43 ünvanından qeydiyyatdan çıxmağa razı olduğunu bildirmiş, bununla da iddianı tam şəkildə qəbul etdiyini ifadə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir və hesab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 43 ünvanına istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin məzmunu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2002-ci il təvəllüdlü X8, xx xxxxxx 2004-cü il təvəllüdlü X12 və xx xxxx 2011-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2002-ci il təvəllüdlü X8, xx xxxxxx 2004-cü il təvəllüdlü X12 və xx xxxx 2011-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 13-cü mikrorayon, 36 saylı evin 43 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3954/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3954/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver