Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3960/2020 25.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Sumqayıt şəhəri, 1 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsinin vaxtının uzadılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sumqayıt şəhəri, 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu ildə vəfat etmiş bacıları X1 miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx xxxx 2020-ci il tarixli 470 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli, xx xxxxxx 2019-cu ildə vəfat etmiş bacıları X1 miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar Sumqayıt şəhər 1 saylı Notariat ofisinə ünvanladıqlrı ərizəyə baxılmış və qeyd olunmuşdur ki, göstərilən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bacılarının xx xxxxxx 2019-cu ildə vəfat etməsinə baxmayaraq, indiyə qədər miras əmlakı qəbul etməkləri barədə notariat ofisinə ərizə ilə müraciət etməmişlər. Miras əmlakın qəbulu üçün qanunvericilikdə 3 ay nəzərdə tutulur. AR MM-nin 1246-cı maddəsinə əsasən mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Müddəti isə yalnız məhkəmə üzrlü sayarsa bərpa edə bilər. Qeyd edilənlərə və X14 40-cı maddəsinə əsasən onlara vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, notariat ofisinin imtina qərarından sonra 10 gün müddətinə məhkəməyə müraciət edə bilərlər. Mərhum X6 bacılarıdır və onlar AR MM-nin 1133-cü maddəsinə əsasən qanun üzrə vərəsədirlər. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx xxxx 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx xxxx 2020-ci ildə vərəsəlik açılmışdır. X15, Nadir Nəcəfov və Zeynəb Nəcəfovanın vərəsəlik işi əlaqədar ərizələri qəbul edilmiş, Ərizəçi1 və Ərizəçi2 ərizələrinə isə miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin buraxılması ilə əlaqədar imtina verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Pandemiya ilə əlaqədar bir neçə gün qeyri iş günü olduğu üçün, vaxtında notariusa müraciət edə bilməmişlər. Ona görə də hesab edirlər ki, karantin müddəti nəzərə alınmalıdır. Göstərdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmədə iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək bildirdi ki, ölkədə baş verən COVİD-19 pandemiyası ilə əlaqədar əksər dövlət orqanları fəaliyyətini ya qismən, ya da tam olaraq dayandırmışdır. Elə buna görə də mərhum bacıları X2 ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməmiş və miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşlər. Ona görə də o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə digər cavabdeh Ərizəçi2 bacısı Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 vəkili Vəkil ərizəçilərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhəri, 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: X6 xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. (iş materiallarına əlavə olunmuş AZ-İİ 073851 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) X12 xx.xx.1964-cü il tarixdə, X9 isə xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, ataları X10, anaları X3r. (iş materiallarına əlavə olunmuş AZ-T 117575 və İV- JQ 486911 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 237 nömrəli arayışdan görünür ki,Ərizəçi2 Sumqayıt şəhəri, “Yeni yaşayış massivi” 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yerləşən 188A saylı evdə yaşayır. Ərizəçi1 ünvan 2 ünvanında yaşayır. (işdə olan xx.xx.2020-ci il tarixli, 567 nömrəli arayışa əsasən). AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri, 1 saylı Notariat ofisinin Ərizəçi1 və Ərizəçi2 ünvanlanmış xx.xx.2020-ci il tarixli 470 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli, notariat ofisinə ünvanlanmış xx.xx.2019-cu il tarixində vəfat etmiş X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizələrinə baxılmış və “Notariat haqqında” qanunun 40-cı maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhərində vəfat emişdir.Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 X2 qanun üzrə ikinci növbə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə hesab edir ki, ərizəçilərin mirasın qəbulu müddətini ötürməsi Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X5 tövsiyələri və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə əlaqədar olmuşdur. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 N.Nəcəfovanın qanun üzrə vərəsələri olduğunu və mirasın qəbulu müddətinin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə bağlı ölkədə elan edilmiş karantin dövrünə düşdüyündən hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 2019-cu il tarfxdə vəfat etmiş X1 miras qalmış əmlakın Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi müddəti uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 2019-cu il tarixində vəfat etmiş X4 məxsus miras əmlakın Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi müddəti uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3960/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3960/2020
25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver