Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3963/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ev 45/40, 15 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 30.12.1982-ci il tarixli, 431/18 saylı orderi əsasında onun qanuni istifadəsinə verilmişdir. Cavabdehlər onun oğullarıdır. 2008-ci ildə Rusiya Federasiyasına daimi yaşamaq üçün getmişlər. Həmin vaxtdan bu mənzildə yaşamırlar. Həmin faktı qonşularının və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı MKS-nin tərtib etdiyi aktda da qeyd olunur ki, cavabdehlər həmin mənzildə 2008-ci ildən yaşamırlar. Hazırda cavabdehlərin həmin mənzildə qeydiyyatda olmaları əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Ona görə də, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur. Belə ki, onlar binanın eyni blokunda yaşayırlar. O, cavabdehlərin mübahisəli mənzildə yaşadığını görməmişdir. Onda olan məlumata görə cavabdehlər Rusiya Federasiyasında yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur. Cavabdehlər 1990-ci ildən Rusiya Federasiyasının Tambov vilayətində yaşayırlar. Hal-hazırda da, cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, cavabdehlərdən Cavabdeh1 onun atası, Cavabdeh2 isə onun əmisidir. Onun əmisi və atası Rusiya Federasiyasının Tambov vilayətində yaşayır. Hal-hazırda nə atası, nə də əmisi onunla əlaqə saxlamır və Azərbaycan Respublikasına qayıtmaq fikirləri yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.12.1992-ci il tarixli, 431/18 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 6 saylı MKS tərəfindən verilmiş 214 saylı, 19.02.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan 6 saylı MKS tərəfindən tərtib edilmiş aktdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzilində qeydiyyatda olsalar da, 2008-ci ildən həmin mənzildə yaşamırlar. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzilində qeydiyyatda olmalarına baxmayaraq, 2008-ci ildən başqa yaşayış məntəqəsinə gedərək, daimi yaşayış yerlərini dəyişmişlər. Məhkəmə, ona görə də belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2 mkr., 45/40 saylı evin, 15 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-3963/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3963/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver