Məhkəmə qərarları › İş №2(060)-3982/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3982/2021

18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3982/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi ilə, Ərizəçi X2, Maraqlı tərəfin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi X2 iş stajının təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X4 iş stajının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 1969-cu ildə başlamışdır. 1969-cu ildən Ağdam rayonu, Gülablı kəndində fəaliyyət göstərən “Heydər Hüsüyev” adına sovxozda ocaqçı, sonradan çilingər işləmişdir. Sözügedən sovxozda 1992-ci ilə qədər işləmişdir. Daha sonra Ağdam rayonu ermənilər tərəfindən işğal edildiyi üçün əmək kitabçası orada qalmışdır. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəfin nümayəndəsi etiraz ərizəsi təqdim edərək bildirdi ki, X2 Ağdam rayonu, Gülbalı kəndində fəaliyyət göstərəm “Heydər Hüseynov” adına sovxozda ocaqçı, sonradan çilingər işləməsini sübut edən sənədlər olmadığından ərizə təmin edilə bilməz. Eyni zamanda hüquq haqqında mübahisə olduğundan mülki iş baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş stajının təsdiq edilməsi barədə hüquq haqqında mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Ərizəçi X2 iş stajının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar