Məhkəmə qərarları › İş №2(060)-3995/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3995/2025

06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3995/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi tələbinə dair (maraqlı şəxs: Sumqayıt şəhər qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus vətəndaşlıq akt qeydinin bərpasını təsdiq edən sənədlər əsasında təkrar şəhadətnamənin əldə olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mirzəyeva (Quliyeva) Rika Camal qızı xx.xx.1956-cı il tarixdə Xocavənd rayonunda doğulmuşdur. 1999-cu il 06 dekabr tarixində ailə quraraq rəsmi nikaha daxil olduğundan ailə vəziyyətilə bağlı Özbəkistan Respublikasına köçmüş, müəyyən müddət orda yaşadıqdan sonra isə hazırkı günədək Özbəkistan vətəndaşlığını qəbul etmişdir. 15 sentyabr 1926-cı il təvəllüdlü atası X9 dünyasını dəyişmişdir. X4 qızı 1934-cü il təvəllüdlüdür. Ona aid doğum haqqında şəhadətnaməni itirdiyindən və 02 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğundan ona aid doğum haqqında şəhadətnaməni bərpa etmək mümkünsüzdür. Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi İdarəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, Xocavənd rayonu vaxtilə Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olduğundan və 2023-cü ildə aparılan antiterror əməliyyatları nəticəsində rayonun ərazisi işğaldan tam azad olunduqdan sonra hazıradək həmin ərazidə bərpa-quruculuq işləri hələ də davam etdirildiyindən, habelə oradakı qeydiyyat şöbəsinin fəaliyyəti bərpa olunmadığından doğum haqqında akt qeydinin saxlanıb- saxlanılmadığına dair məlumat verilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə da ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, ərizəçi onun ögey bacısıdır, anaları bir, ataları ayrıdır. Bacısı Ərizəçi xx.xx.1956-cı il tarixdə Xocavənd rayonunda doğulmuşdur. Onun atası X9, anası isə X3r. Ərizəçinin qızlıq soyadı Quliyeva, ərə gedəndən sonra isə soyadı Mirzəyeva olmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçi onun xalasıdır. O da təsdiq etdi ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Xocavənd rayonunda doğulmuşdur. Onun atası X9, anası isə X3r. Ərizəçinin qızlıq soyadı Quliyeva, ərə gedəndən sonra isə soyadı Mirzəyeva olmuşdur. - Məhkəmə ərizəçini, onun nümayəndəsinin və vəkilinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. - Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi mövcud olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - SSRİ vətəndaşının 500298 saylı pasportunun surətindən görünür ki, X10 xx.xx.1956-cı il tarixdə Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndində doğulmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xocavənd rayonu vaxtilə Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olduğundan və 2023-cü ildə aparılan antiterror əməliyyatları nəticəsində rayonun ərazisi işğaldan tam azad olunduqdan sonra hazıradək həmin ərazidə bərpa-quruculuq işləri davam etdirildiyindən, habelə oradakı qeydiyyat şöbəsinin fəaliyyəti bərpa olunmadığından R.Mırzəyevanın doğumu haqqında akt qeydinin saxlanılıb-saxlanılmadığına dair məlumat verilməsi mümkün deyildir. - İşdə olan AZE 03832681 saylı şəxsiyyət vəsiqsənin surətindən görünür ki, X8 1934cü ildə doğulmuşdur. - İşdə olan FA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Mirzəyeva X5 Respublikasının vətəndaşıdır. - İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1995-ci il tarixdə Əskər Mirzəyevlə nikaha girmiş və nikahdan sonra ona Mirzəyeva soyadı verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Mirzəyeva (Quliyeva) Rika Camal qızı xx.xx.1956-cı il tarixdə Xocavənd rayonunda doğulmuşdur. Bu faktı məhkəmə iclasında ifadə verən şahidlər, habelə işdə olan mötəbər sənədlər təsdiq edir. Ərizəçinin bildirdiyinə görə əvvəllər onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan onu itirmişdir. Doğum haqqında şəhadətnamənin alınması üçün o, müvafiq qurumlara müraciət etsə də, ərizəçinin anadan olduğu Xocavənd rayonu vaxtilə Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olduğundan və 2023-cü ildə aparılan antiterror əməliyyatları nəticəsində rayonun ərazisi işğaldan tam azad olunduqdan sonra hazıradək həmin ərazidə bərpa-quruculuq işləri davam etdirildiyindən, habelə oradakı qeydiyyat şöbəsinin fəaliyyəti bərpa olunmadığından R.Mırzəyevanın doğumu haqqında akt qeydinin saxlanılıb-saxlanılmadığına dair məlumat verilməsi, habelə şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinin tələbinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. Akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda. vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İşdən görünür ki, Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin 15 aprel 2025-ci il tarixli, 3- 16-5/8-M- 1279/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, şöbənin arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1956-cı il tarixdə Xocavənd rayonunda doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı il tarixdə Xocavənd rayonunda doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar