Məhkəmə qərarları › İş №2(060)-4/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4/2023

05.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Cavabdeh, X1, X2 və X3 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, onu qanun üzrə vərəsə olduğu Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8B/26, mənzil 43-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8B/26, mənzil 43-ə doğulmuşdur. Bir ailədə 4 bacı və 5 qardaş olmuşlar. Əfqanistan veteranıdır. Ukrayna Respublikasında yaşamışdır. Anası S.Səmədova xəstə olduğundan 2015-ci ildə Sumqayıt şəhəriə qayıtmışdır və hazırki mübahisəli mənzildə anası ilə birlikdə yaşamışdır. Anası S.Səmədova 01 fevral 2018-ci ildə vəfat etmiş, anasının dəfn etdikdən sonra bacısı Cavabdeh vəsiyyətnamə çıxararaq, bildirmişdir ki, ev onundur. Mülki işin baxılması 05 may 2023-cü il tarixə saat 11-45-ə təyin edilmişdir və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə gedişi zamanı müəyyən edildi ki, İddiaçı 25 iyul 2021-ci ildə ölmüşdür və bu barədə 28 sentyabr 2021-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Buna görə də, məhkəmə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh, X1, X2 və X3 qarşı evə köçürülmə tələbinə dair mülki işin icraatına xitam verilsin. Qəradaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar