Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-401/2023 02.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi, Vəkil iştirakları ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi (maraqlı şəxs- Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə), onun X4 ilə bacı-qardaş olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Qubadlı rayonunun Saray kəndində doğulmuşdur. Hazır ünvan 1 ünvanında qeydiyyatda olsa da, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında yaşayır. ünvan 3ı X2 mülkiyyətində olmuşdur. Səkinə Şirinova 20 avqust 2017ci tarixdə beyin ödəmindən vəfat etmişdir. Mərhum bacısı X1 miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9V saylı evin 88 saylı mənzilinin tək vərəsəsi kimi öz adına rəsmiləşdirilmək istəsə də, bu mümkün olmamışdır. Məhrum bacısı X2 və ərizəçinin doğum haqqında şəhadətnamələri mövcud olmadığından və bu barədə avtomatlaşdırılmış qeydiyyat sistemində doğum haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verdi, ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, ərizəçi mərhum bacısından miras qalmış sözügedən mənzili öz adına rəsmiləşdirmək istəsə də, bu mümkün olmamışdır. Belə ki, mərhum bacısının və ərizəçinin doğum haqqında şəhadətnamələri mövcud olmadığından və bu barədə avtomatlaşdırılmış qeydiyyat sistemində doğum haqqında akt qetdi aşkar olunmadığından məhkəməyə müraciət etmişlər. Ərizəçinin mərhum bacısı heç vaxt ailə qurmayıb və həmişə ərizəçinin yanında olub. Ərizəçinin bacısının övladı da yoxdur və tək onun vərəsəsi ərizəçidir. Qeyd edilənlərə əsasən ərizəçinin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1948-ci ildə, Qubadlı rayonu, Saray kəndində anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. Ərizəçi vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci tarixli, 05/Q-358/715 saylı məktubunda bildirmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.1948-ci ildə, Qubadlı rayonunun Saray kəndində anadan olmuş ərizəçinin doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.1946-cı ildə, Qubadlı rayonunun Saray kəndində anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev9V, mənzil 88 Səkinə Şirinovaya məxsus olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2017-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən ərizəçinin və X2 doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, ərizəçini Qubadlı rayonu, Çaytumas kəndindən tanıyır. Onlar ərizəçi ilə həmkəndli olublar. O, təsdiq edir ki, mərhum Səkinə Şirinova ərizəçinin bacısıdır. Onların atasının adı Allahverdi, anasının adı isə Həmayıl olub. Onların Əli və Şirin adlı vəfat etmiş iki qardaşları da var idi. Özü 1993-cü ildə həmin kənddən məcburi köçkün kimi gəlmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, ərizəçi ilə eyni kənddə yaşamışlar. Onun atası ərizəçinin atası ilə iş yoldaşı olmuşdur. Onların demək olar ki, əksər qohumlarını tanıyır. O, təsdiq edir ki, mərhum Səkinə Şirinova ərizəçinin bacısıdır. Mərhumun xəstəliyi olduğu üçün ailə həyatı qurmayıb. Həmişə qardaşının yanında olub. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxslərin qohumluq münasibətlərinin, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (307.2.1 və 307.2.11.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2.). Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir (2). Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır (2.1.). Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır (2.3.). Göründüyü kimi qohumluq faktının müəyyən edilməsi ərizəçiyə mərhum bacısı X1 miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9V saylı evin 88 saylı mənzilinin Səkinə Şirinovanın vərəsəsi kimi öz adına rəsmiləşdirilməsi üçün lazımdır. Mülki Məcəllədə göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1.). İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar (1159.2.). Göründüyü kimi ərizəçinin Səkinə Şirinova ilə bacı-qardaş olması faktı məhkəmə tərəfindən müəyyən edilərsə, ərizəçi Səkinə Şirinovanın ikinci dərəcəli vərəsəsi olmaqla ona məxsus miras əmlakdan pay əldə etmək hüququna malik olacaqdır. Məhkəmə tərəfindən tədqiq edilmiş yazılı sübutlar və şahid ifadələri ilə ərizəçi və Səkinə Şirinovanın bacı-qardaş olmaları faktı öz təstiqini tapır və həmin faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə 20 avqust 2017-ci ildə vəfat etmiş X2 bacı-qardaş olmaları faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-401/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-401/2023
02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver