Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4028/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair mülki işə 16 iyul 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 09 sentyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 09 sentyabr 2024-cü il tarixli, 030-İRD/x nömrəli əmrin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-də altıncı dərəcəli təmirçi-çilingər vəzifəsinə işə bəra edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı işdən çıxarıldığı 09 sentyabr 2024-cü il tarixində işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçl İddiaçı birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) 23 fevral 2018-ci il tarixdən cavabdeh Sumqayıt Texnologiyalar parkı" MMC-də (bundan sonra cavabdeh) metaləritmə zavodunun yayma sexinin mexaniki təmin sahəsinə 3-cü dərəcəli çilingər peşəsinə işə qəbul olub. 30 aprel 2018-ci il tarixdə metaləritmə zavodunun elektro-mexaniki təmir sexinin yayma sexinin təmir sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasımn Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) öz xahişi ilə 06 sentyabr 2019-cu il tarixdə işdən azad edilib. 09 sentyabr 2019-cu il tarixdə cavabdeh qurumda 3 ay müddətinə avadanlıqların xidməti və təmiri şöbəsinə 6-cı dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilib. İddiaçı 18 iyun 2021-ci il tarixdə peşəsi saxlanılmaqla ehtiyat kadrlar bölməsinə keçirilib (əmək kitabçasının surəti əlavə edilir). İddiaçı ilə bağlanmış 09 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası), cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyinə dair 26 avqust 2024-cü il tarixli STP-001/4-B nömrəli xəbərdarlıq bildirişi təqdim edilib (əmək müqaviləsinin ləğv olunması barədə bildirişin surəti əlavə edilir). Daha sonra cavabdeh tərəfindən təqdim edilmiş, baş insan resursları inzibatçısı Şölə Əliyevanın imzası olan 09 sentyabr 2024-cü il tarixli məktubla iddiaçıya, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi barədə məlumat verilib (məktubun surəti əlavə edilir). Beləliklə, iddiaçı ilə bağlanmış 09 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə 09 sentyabr 2024-cü il tarixli, 030-İRD/x nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müdətinin qurtarması), xitam verilib. Lakin əmr iddiaçıya təqdim edilməyib. İddiaçı əmək hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron Xızı regional Şöbəsinə şikayət edib. Sonuncunun müraciətə 09 yanvar 2025-ci il tarixli cavab məktubunda bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (cavab məktubunun surəti əlavə edilir). İddiaçı, əmək hüquqları pozulduğu üçün cavabdehə qarşı "əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi" tələbi ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edib. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməyib. İddiaçıya "İlkin mediasiya sessiyasında iştirak edilməməsi" barədə 04 mart 2025ci il tarixli, MŞS/MT030/2025-00356 saylı arayış təqdim edilib (arayışın surəti əlavə edilir). Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin 09 sentyabr 2024 tarixli, 030-İRD/x nömrəli əmri əsassız və qanunsuz olduğu üçün ləğv edilməli, iddiaçının işə bərpa edilməsi təmin olunmalı, cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənci iddiaçıya ödəməlidir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən “işə bərpa və sair” barədə verilmiş tələblərə dair iddia ərizəsi üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsi müddətli əmək müqaviləsidir. İdddiaçı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində 030-İRD/ nömrəli əmrə əsasən xitam verilmişdir. Beləliklə, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş və əmək müqaviləsinin xitamı barədə 60 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişi xx.xx.2024-cü il ildə çatmışdır. İddiaçının hazırki iddia tələbi isə məhkəməyə 2025-ci ilin may ayında daxil olmuşdur. İddiaçının hazırki iddia tələbi isə məhkəməyə 2025-ci ilin mart ayında daxil olmuşdur. "Mediasiya haqqında" Qanunun 3-cü maddəsinə görə əmək münasibətlərindən irəli gələn mübahisələrin həllində mediasiyanın tətbiqi məcburidir. Həmçinin həmin qanunun 35.1-ci maddəsinə görə Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin iddiaçı mediasiyanın tətbiqi üçün təklif göndərəndə belə artıq müddət ötmüşdü. Əlavə olunmuş sənədlərdən məlumdur ki, iddiaçı tərəfindən Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü ildə göndərilmiş, sənəd xx.xx.2024-cü ildə bizə çatmışdır. (Təklif və çatdırılma sənədi qoşmaya əlavə olunur). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 təqvim ayı müddət xx.xx.2024-cü il tarixində başa çatmış, iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir. Göründüyü kimi iddiaçı "işə bərpa və sair" tələblərlə məhkəməyə müraciət edərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əmək kitabçası əsasında dövlət ona əmək sığortası verir. Əmək kitabçasını da ora təqdim etmək üçün götürmüşdür. Nazirlər Kabinetinin qərarı vardır ki, əgər əmək müqaviləsinin müddətinin bitməsinin üzərindən müəyyən müddət keçərsə əmək müqaviləsi müddətsiz hesab olunur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, şəxslə əmək müqaviləsi bağlanılmış və müddət tamam olarkən onun əmək müqaviləsinə xitam verilmişdir. İddia müddətinin tədbiqi barədə ərizə ilə müraciət etmişlər. Əmək müqaviləsinə xitam verildikdən 2 ay sonra ilkin mediasiya sessiyası üçün müraciət olunmuşdur. Bu da o deməkdir ki, mediasiyaya müraciət olunarkən iddia müddəti ötürülmüşdür. Bir dəfə də mülki iş baxılmamış saxlanılmışdır. Mediasiya haqqında qanunda da göstərilir ki, baxılmamış saxlanma müddətə təsir etmir. Bütün bunlar iddiaçının iddia müddətini ötürdüyünə dəlalət edir. Ona görə də iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş İddiaçı İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə həmin tarixdən Metaləritmə zavodunun yayma 3-cü dərəcəli çilingər peşəsinə qəbul edildiyi, xx.xx.2018-ci il tarixli əmrlə Metaləritmə zavodunun elektro-mexaniki təmir sahəsinə 6-cı dərəcələri çilingər peşəsinə keçirildiyi, 06 sentyabr 2019-cu il tarixli əmrlə ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) öz xahişi ilə işdən azad edildiyi, 09 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə həmin tarixdən avadanlıqların xidməti və təmiri şöbəsinə 6-cı dərəcəli təmirçi çilingər peşəsinə işə qəbul edildiyi, 18 iyun 2021-ci il tarixli əmrlə peşəsi saxlanılmaqla ehtiyat kadrlar bölməsinə keçirildiyi, xx.xx.2024-cü il tarixdə müqavilənin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2025-ci ildir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2025 saylı, 01 may 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron- Xızı regional şöbəsi olmaqla) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 09 sentyabr 2024cü il tarixli, 60 nömrəli məlumatdan görünür ki, iddiaçı ilə bağlanmış 09 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 09 sentyabr 2024-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 09 yanvar 2025-ci il tarixli, 3-17-5/2-Ə-1407/2025 saylı müraciətə cavabdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Eyni zamanda onlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla bağlanmış əmək müqaviləsinə cəmiyyətin işəgötürəni tərəfindən xx.xx.2024-cü il tarixli, 030-İRD/x saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixindən xitam verildiyi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan onun "xxxx" MMC-də işə qəbul olunmağı ilə bağlı cəmiyyətin rəhbərliyinə müraciət etmək tövsiyyə olunmuşdur. Müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Abşeron-Xızı regional Məşğulluq Filialı tərəfindən İddiaçı ünvanlanmış 17 dekabr 2024-cü il tarixli müraciətə cavabdan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən ilkin təyinat məbləği 345 manat olmaqla 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, oktyabr ayının ödənişləri ödənilən zaman onun məlumatları onlar tərəfindən müvafiq qaydada təkrar araşdırılmışdır. Təkrar araşdırma zamanı iddiaçının sonuncu xitam verilmiş əmək müqaviləsi üzrə 5 ildən artıq fasiləsiz çalışdığı aşkar olunmuşdur. Bu səbəbdən ona təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli, 030-İRD/x nömrəli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, ehtiyat kadrlar bölməsinin (rəsmi) 6-cı dərəcəli təmirçi-çilingər ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 09 sentyabr 2024-cü il tarixdən xitam verilməsi, ümumilikdə, 54 təqvim günü məzuniyyət əvəzinə kompensasiya ödənilməsi, işçinin sosial-məişət vəziyyətini nəzərə alaraq, GROSS 1300 əlavə ödənişin ödənilməsi əmr edilmişdir. Buna əsas isə 09 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi və 26 avqust 2024-cü il tarixli STP-001/24-B nömrəli, əmək müqaviləsinin ləğv olunması barədə bildiriş olmuşdur. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqailəsinə xx.xx.2024-cü il tarixdə ƏM-nin 68.2, b) əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmiş və imzalanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 5 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, xx.xx.2024-cü il tarixdə müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir və bu barədə eyni tarixli əmr qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı onun işdən çıxarılmasını 09 sentyabr 2024-cü il tarixdə, ən dəqiqi isə 12 sentyabr 2024-cü il tarixdə bilməklə (cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 012372 nömrəli bildirişə əsasən) əmək hüquqlarının pozulduğunu bilmişdir. Lakin belə olan halda o, hüquqlarının pozulmasını xx.xx.2024-cü il tarixdə bilməsinə baxmayaraq öz hüquqlarının bərpa edilməsi tələbi ilə birinci dəfə məhkəməyə xx.xx.2024cü il tarixədək müraciət etməli olduğu halda həmin 1 aylıq müddəti ötürməklə 4 ay 28 gün sonra, yəni 11 mart 2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İlkin mediasiya sessiyası üçün ərizə ilə 18 fevral 2025-ci il tarixdə müraciət etmişdir. Bundan əlavə tərəfin hüquqlarının pozulmasını bildiyi vaxtda olduğunu nəzərə alaraq 12 sentyabr 2024-cü il tarixdən, mümkün ən qısa ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət edildiyi vaxta yəni 18 fevral 2025-ci il tarixə qədər 5 ay 6 gün sonra müraciət etmişdir. Bundan əlavə iddiaçı ilk dəfə 29 noyabr 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif ilə müraciət etmişdir (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mediasiya prosesinin düzgün həyata keçirilməməsi səbəbindən AR MPM-nin 259.0.13-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmış, məhkəmənin qərardadı iddiaçı tərəfindən mübahisələndirilməmişdir). Bu zamana kimi də hesablansa 2 ay 17 gün olaraq müddət ötürülmüşdür. Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi cavabdeh məhkəməyə belə bir ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə olamayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4028/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4028/2025
16.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver