Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4029/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsızlığı tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında olan nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.10.2020-ci il tarixdə nikaha daxil olmuşlar, lakin bir yerdə yaşamamışlar, toyları olmamışdır. Valideynlərinin təkidi ilə tanış olmuşlar, aralarında sevgi olmamışdır. Cavabdehlə xasiyyətləri uyğun gəlmir, mübahisələr olur, bir-birilərini başa düşmürlər. Onun ailə qurmaq fikri olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh ilə valideyinlərinin məsləhəti ilə tanış olmuşdur. Bundan sonra cavabdeh öz validenləri ilə onlara yanvar ayında elçi gəlmişlər və mart ayında nişan olmuşdur. Nişan mərasimi Sumqayıt şəhərində yerləşən kafelərdən birində olmuşdur. Onlar bir-birilərinə qızıl üzük almışlar. Nişandan sonra münasibətləri yaxşı olmuş, telefonla əlaqə saxlamış, görüşmüşlər, lakin bir müddətən sonra aralarında münasibətləri pisləşmiş, dava dalaş və söz söhbət olmuşdur.X2 Sarayına təyin etmişlər, lakin pandemiya ilə əlaqədar təxirə salmışlar. Onların arasında dava dalaşlar qısqanclıq üstündə baş vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə 2 ildir tanışdır, elçi getmişlər, nişan eləmişlər, lakin pandemiya ilə əlaqədar toy mərasimi olmamışdır. 2019-cu ildə nişan olanda bir birilərinə sadacə üzük alıb hədiyyə etmişlər. 2 dəfə toyun keçirilməsini planlaşdırmışlar, lakin pandemiya ilə əlaqədar toyları baş tutmamış və təxirə salınmışdır. Sonra nikahlarını rəsmiləşdirmək üçün ərizə vermək qərarına gəlmişlər. 2020-ci ildə nikaha daxil olmuşlar, lakin ayrı yaşayırlar, bir evdə qalmamışlar. Bir müddətdən sonra aralarında söz söhbət olmuşdur. Xasiyyətləri uyğun gəlmir. Butun verilən hədiyyələri və alınmış qızıl üzükləri bir-birilərinə qaytarmışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsni xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Şirinova Xatirə Alxan qızı arasında 10.05.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1459 nömrəsi ilə qeydiyyat aparılmışdır. Arvada Hümbətova soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, tərəflərin ailə qurmak niyyəti olmuş, onlar bununla əlaqədar iki dəfə toy mərasimidə təşkil etmək istəmişlər, lakin mövcud vəziyyətlə əlaqədar olaraq toy mərasimi təxirə düşmüşdür. Nikah onların hər ikisinin razılıqı ilə bağlanmış, lakin sonradan xasiyyətləri uyğun gəlməmişdir. Azərbaycan Respublikaı Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. İddiaçı məhkəmə iclasında öz iddia tələbinin əsaslarını sübut edə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ilə aralarında olan nikahın bağlandığı gündən etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh ilə aralarında olan nikahın bağlandığı gündən etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4029/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4029/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver