Məhkəmə qərarları › İş №2(060)-4035/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4035/2024

15.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4035/2024 15.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Asəf qızının iştirakı ilə İddiaçı oğlunun cavabdeh Kərimova (Cırık) Zeynab Ağasəf qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi F.Qayıbov küçəsi 21 saylı evin 34 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1993-cii il tarixli 02/6 saylı orderə əsasən Sumqayıt şəhəri Zeynalabdin qəsəbəsi F.Qayıbov küçəsi 21 saylı evin 34 saylı mənzili onun qanuni sahibliyindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2005-ci il tarixli 2(060)- 1289 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək xx.xx.1945-ci ildə anadan olmuş X1, adı və ata adı dəyişdirilərək soyadının Kərimli, adının Rəna ,ata adının Məmməd kimi qeyd edilməsi qət edilmişdir . Cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh onun qızıdır. Cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh 2011-ci ildə Türkiyə Respublikasında Türk vətəndaşı ilə rəsmi nikaha daxil olaraq hal-hazırda Türkiyə Respublikasının Ankara şəhəri Sincan rayonu Gökcək məhəlləsi Torpaq küçəsi Qaraçılar küçəsi 24 saylı evin 11 saylı mənzilində yaşayır. Beləliklə də cavabeh özünə daimi yaşayış yeri kimi Türkiyə Respublikasını seçmişdir. Hazırda cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin mənzildə yaşamır. Həmin şəxsin həmin mənzildə qeydiyyatda olması onu əlavə kommunal xərclər ödəməyə məcbur edir. Buna görə də cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh (Cırık) qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 21, mənzil 34-də qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşüdürülməsi və dəyişdirilməsi şöbəsi xx.xx.1993-cü il tarixli 02/6 nömrəli “Order”in surətindən görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi F.Qayıbov küçəsi 21 saylı evin 34 saylı mənzil X3 adına qeydə alınmışdır. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1289-2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, xx xxxxxx 1945-ci ildə anadan olmuş X1, adı, ata adı dəyişdirilərək soyadı Kərimli, adı Rəna, ata adı Məmməd kimi qeyd edilməsi qət edilmişdir. İş materiallarında olan Kərimova (Cırık) Zeynəb Ağasəf qızının ərizəsindən görünür ki, İddiaçı iddia tələbini qəbul edir və ona qarşı heç bir etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh (Cırık) mübahisəli mənzili daimi olaraq könüllü şəkildə tərk edib və daimi yaşamaq üçün başqa ünvana gedərək orada yaşayır. Hazırda cavabdeh formal olaraq iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh (Cırık) ilə mənzilin mülkiyyətçisi İddiaçı arasında həmin mənzildən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Kərimova (Cırık) Zeynab Ağasəf qızının Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 21 saylı evin 34 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar