Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-404/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun xx.xx.1959-cu ildə Ermənistan Respublikasının, Yexeqnadzor rayonunun Qovuşaq kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə onun adının “Ərizəçi”, doğum tarixi «xx.xx.1959-cu il», doğulduğu yer «Ermənistan Respublikası Yexeqnadzor rayonunun Qovuşaq kəndi», atasının adı qrafasında “X5”, anasının adı qrafasında “X3” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikası Yexeqnadzor rayonunun Qovuşuq kəndində, doğulmuşdur. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasından məcburi köçkün gəlmişdir və Ermənistan Respublikasından çıxarkən doğum haqqında şəhadətnaməsini götürə bilməmişdir. Hazırda valideynlərindən ona qalan miras məsələsini həll etmək üçün doğum haqqında şəhadətnaməni bərpa etmək lazımdır. Həmin dövrə dair Arxiv sənədlərini hazırda məlum hadisələrlə əlaqədar Ermənistana gedib ala bilmir. Ona görə də hüquqi əhəmiyyəti olan fakt məhkəmə yolu müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun kəndçisidir. Onlar ailədə 5 uşaq olmuşlar. Ərizəçi ondan 2 yaş böyükdür. Ərizəçinin X12 anası isə Baxşəliyeva Məleykədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçi onun kəndçisidir. Ərizəçi ondan 1 yaş kiçikdir. Ərizəçinin X12 anası isə Baxşəliyeva Məleykədir. Onlar çox uşaqlı ailə olmuşlar. Məhkəmə ərizəçinin nümayəndəsini və vəkilini, şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.3-cü maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Seriya AZE ******** nömrəli, 13.08.2013-cü il tarixdə Sumqayıt Asan-xidmət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cı ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş və ünvan 1 ünvanında rəsmi olaraq qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ərizəçinin qardaşına məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10.01.1956-cı il təvəllüdlü X6 Ermənistan Respublikasının, Yexeqnadzor rayonunda anadan olmuşdur. X1, anası X2r. İş materiallarına əlavə edilmiş ərizəçinin qardaşına məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01.07.1964-cü il təvəllüdlü Baxşaliyev Hidayət Hümbət oğlu Ermənistan Respublikasının, Yexeqnadzor rayonunda anadan olmuşdur. X1, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 15.10.2021-ci il tarixli, 05/Q-3850/15 saylı məktubdan görünür ki, Ərizəçi 1959-cu ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonununda qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından xahişin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il, 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilmişdir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə,kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. İşin araşdırılan hallarından və iş materiallarına əsasən sübuta yetirilmişdir ki, Ərizəçi həqiqətən xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur, X1, anası isə X2r. Eyni zamanda, müəyyən olunmuşdur ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə, ərizəçinin doğum tarixi «xx.xx.1959-cu il», doğulduğu yer «Ermənistan Respublikası Yexeqnadzor rayonu», atasının adı qrafasında “X5”, anasının adı qrafasında “X3” qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Yexeqnadzor rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə onun adı Ərizəçi, doğum tarixi «xx.xx.1959-cu il», doğulduğu yer «Ermənistan Respublikası Yexeqnadzor rayonu», atasının adı qrafasında “X5”, anasının adı qrafasında “X3” qeyd olunsun. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-404/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-404/2022
18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver