Məhkəmə qərarları › İş №2(060)-405/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-405/2021

12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-405/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, milliyətinin Azərbaycanlı, soyadının Niftiyev, adının Surxay, atasının adının Oruc kimi qeyd olunmaqla doğum haqqında akt qeydinin bərpa edilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Oruc, soyadının Niftiyev, atasının adının Allahverdi, ana qarafasında anasının adının Pakizə, soyadının Quliyeva, atasının adının isə Ələkbər kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1938-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının, Zəngilan rayonunun, Yeməzli kəndində anadan olmuşdur. Bunu xx.xx.2007-ci ildə Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi təsdiq edir. Naməlum səbəblərdən ona məxsus olan doğum haqqında şəhadətnamə itirilmişdir. Hal-hazırda həmin sənədin dublikatını almaq məlum səbəblərdən mümkün deyildir. Bu səbəbdən də Sumqayıt şəhər qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Sumqayıt şəhər qeydiyyat şöbəsi özünün xx.xx.2020-ci il tarixli, 05/Q-1735/15 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bildirir ki, doğum haqqında şəhadətnaməni almaqda məqsədi qohumluq faktının təsdiqi ilə əlaqədardır. Yuxarıda qeyd etdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ərizəçinin nümayəndəsi X5 məhkməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X9 bildirdi ki, Ərizəçi onun sinif yoldaşı olmuşdur. Onlar bir yerdə oxuyublar. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X2 bildirdi ki, Ərizəçi ilə qonşu olmuşdur. Bacısı rəhmətə getmişdir. Surxay evlənməyib subaydır. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, şahid ifadələrinə qiymət verərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE 0******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə Zəngilan rayonu, Yeməzli kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci-ci il tarixli, 05/Q-1735/15 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsini qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1938-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Zəngilan rayonu, atasının adı qrafasında X3, anasının adı qrafasında X4 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Mərhum Ərizəçi xx.xx.1938-ci il tarixdə Zəngilan rayonunun Yeməzli kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1938-ci il”, doğulduğu yer “Zəngilan rayonu, Yeməzli kəndi”, atasının adı qrafasında “X3”, ana qrafasında “X4” o qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar