Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4058/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzilə olan istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzilə olan istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onun övladları 31.10.2009-cu il təvəllüdlü X3, 12.10.2008-ci il təvəllüdlü X1, 05.06.2010-cu il təvəllüdlü X2 ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 saylı fərdi yaşayış evinə istifadə dair yaşayış hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.metr olan saylı fərdi yaşayış evi tam mülkiyyət üzrə onun xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sözü gedən ünvanda yaşamırlar və faktiki olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.metr olan saylı fərdi yaşayış evində qeydiyyatda qalmışlar. Dəfələrlə cavabdehlərə bu barədə xəbardarlıq etsə də, onlar buna məhəl qoymamışlar. Bu isə onun mülkiyyət və mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin onun mənzilinə qeydiyyatları formal xarakter daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.08.2019-cu il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 saylı fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 19.02.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onun övladları 31.10.2009-cu il təvəllüdlü X3, 12.10.2008-ci il təvəllüdlü X1, 05.06.2010-cu il təvəllüdlü X2 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 saylı fərdi yaşayış evində rəsmi olaraq qeydiyyatdadırlar Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 saylı fərdi yaşayış evini rəsmi alqısatqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onun övladları 31.10.2009-cu il təvəllüdlü X3, 12.10.2008-ci il təvəllüdlü X1, 05.06.2010-cu il təvəllüdlü X2 həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onun övladları 31.10.2009-cu il təvəllüdlü X3, 12.10.2008-ci il təvəllüdlü X1, 05.06.2010-cu il təvəllüdlü X2 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 8 saylı fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4058/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4058/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver