Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-406/2022 03.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onların azyaşlı övladları 25.08.2007-ci il təvəllüdlü X1, 09.06.2014-cü il təvəllüdlü X2 və 07.10.2010- cu il təvəllüdlü Qurbanlı Qəmər Elşən qızının Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 22/57 saylı evin, 15-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 22/57 saylı evin, 15-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Кomitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 12.01.2018-ci ildə, RX : ******* saylı Çıxarış verilmişdir. Həmin mənzil “Daşınmaz əmlakın Alqı-satqı” müqaviləsi əsasında alınmışdır. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləridir. Bundan əlavə mülkiyyətçisi olduğu mənzildə cavabdehlərin azyaşlı övladları 2007-ci il təvəllüdlü X3, 09.06.2014-cü il təvəllüdlü X4 və 07.10.2010-cu il təvəllüdlü Qurbanlı Qəmər Elşən qızı da atdadırlar. Cavabdehlərin iddiaçının mənzilində qeydiyyatda olması mənzil hüququnun keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin mənzilə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2018-ci ildən etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 22/57, mənzil 15 onun adınadır. Mənzili alqı-satqı müqaviləsi ilə almışdır. Evi alarkən qeydiyyatda olan cavabdehlər qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürsələr də bugünə qədər bu öhdəlik onlar tərəfindən yerinə yetirilməmişdir. Cavabdehlərin onun mənzilində formal qeydiyyatda qalmaları iddiaçıya mənzil hüququnun həyata keçirilməsinə mane olur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını, iş materiallarını nəzərdən keçirdərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, cavabdehlər xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3 həmçinin cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları 25.08.2007-ci il təvəllüdlü X3, 09.06.2014-cü il təvəllüdlü X4 və 07.10.2010- cu il təvəllüdlü Qurbanlı Qəmər Elşən qızı Sumqayıt şəhəri, 2-ci mkr, ev 22/57, mənzil 15-də pasport qeydiyyatındadırlar. - Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 09.01.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mkr, ev 22/57, mənzil 15-i İddiaçı 30000 manata satmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi 12.01.2018-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mkr, ev 22/57, mənzil 15-in mülkiyyətçisi İddiaçıdur. -Sumqayıt şəhəri 4 saylı Notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə 09.01.2018-ci il tarixli, 4Ə-21 reyestr nömrəli notariat işindəki 08.01.2018-ci il tarixli ərizələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 2-ci mkr, ev 22/57, mənzil 15-in satılmasına etiraz etməmiş, qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüş, gələcəkdə həmin mənzilə dair heç bir iddia tələbi olmayacağını bildirmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mkr, ev 22/57, mənzil 15-i alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirərək İddiaçı mülkiyyətinə vermişdir. Keçmiş mülkiyyətçi və onun ailə üzvləri mübahisəli mənzildən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzili əldə etməsindən əvvəl mənzilə qeydiyyata alınmış, onun mənzilə qeydiyyata alınması iddiaçının–yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, əksinə mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsində göstərilən tarixdən itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onların azyaşlı övladları 25.08.2007-ci il təvəllüdlü X1, 09.06.2014-cü il təvəllüdlü X2 və 07.10.2010- cu il təvəllüdlü Qurbanlı Qəmər Elşən qızının Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 22/57 saylı evin, 15-ci mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-406/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-406/2022
03.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver