Məhkəmə qərarları › İş №2(060)-4066/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4066/2021

16.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4066/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, cavabdehlər X1, X5, X3, Cavabdeh4 və tərcüməçi X10 iştirakları ilə İddiaçı cavabdehlər X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış-istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilinə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.04.2021-ci il tarixli çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Həmin mənzili 05 aprel 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında cavabdehlərdən Cavabdeh4 almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 06.05.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Lakin cavabdehlər bu günə qədər müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmırlar. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Əlavə olaraq, cavabdehlərin mənzildə qeydiyyatda qalmaları səbəbindən mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir, əlavə komunal xidmətlər ödəməyə məcbur olur. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilinə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh4 iddia tələbini qəbul edərək göstərdi ki, o, sözügedən mənzilin keçmiş sahibi olmuşdur. Cavabdeh kimi göstərilənlər onun ailə üzvləridir. Hazırda onlara qarşı verilmiş iddia tələbini qəbul edirlər və göstərilən ünvandan qeydiyyatdan çıxarılmasına etiraz etmədiklərini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər X1, X5, X3 Cavabdeh4 izahatına uyğun izahat verərək, iddia tələbini qəbul etdiklərini məhkəmənin diqqətinə çatdırdılar. Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, cavabdehlər X1, X5, X3 və Cavabdeh4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 05.04.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, X11 qəsəbəsi, Sahil küçəsi, ev 5, mənzil 1-i 30000 (otuz min) manata İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh4 06.05.2021-ci il tarixə kimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, Sahil küçəsi, ev 5, mənzil 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 07.04.2021-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdehlər X1, X5, X3 və Cavabdeh4 06.04.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, ölkəni tərk etdikləri üçün Sumqayıt şəhəri, X11 qəsəbəsi, Sahil küçəsi, ev 5 ünvanında yerləşən 1 nömrəli mənzildən qeydiyyatdan çıxarılmalarına etiraz etməmişlər. İş materiallarında olan X2 ərizəsindən görünür ki, X6 ünvan 1 ünvanındakı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan, İİ-AQ № 837987 saylı, 20.03.2014-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 ilə X4 arasında olan nikah Krasnodar diyarı VVAQ idarəsinin Timaşevsk rayonu VVAQ şöbəsində 19 dekabr 2009-cu il tarixdə bağlanmış və 765 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Oqorodova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 13.04.2021-ci il tarixli arayışından görünür ki, X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, X11 qəsəbəsi, Sahil küçəsi, ev 5, mənzil 1-də qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı, № 15678319, ******** və 16767139 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7, Cavabdeh4 və X3 ünvan 1-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehlərin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Sahil, ev 5, mənzil 1-in keçmiş sahibi alqı-satqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzilin keçmiş sahibi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, özləri və ailə üzvləri mənzili boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getsələr də, mənzildən qeydiyyatdan çıxmamış və mənzil cavabdehlərin hüquqlarından azad olunmamışdır. Hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehlərin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilinə yaşayış-istifadə hüquqları itirilmiş hesab verilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzilinə yaşayış-istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər X1, X5, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar