Məhkəmə qərarları › İş №2(060)-4082/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4082/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4082/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi , İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüuquna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi, ev 1, mən.29 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun bacısıdır. O, həmin mənzildə qeydiyyatda olsada həmin mənzildə yaşamır. Belə ki, həmin mənzil əvvəllər onun məhrum atasına məxsus olmuşdur. X2 2011-ci il tarixdə rəhmətə getmiş və mənzil 2012-ci ildə anası Nəsibova Tükəzban adına özəlləşdirilmişdir. Anası isə 2019-cu ildə rəhmətə getmişdir. Anası rəhmətə gedəndən sonra bütün vərəsələr həmçinin bacısı Cavabdeh miras əmlakdakı paylarından notarial qaydada tam şəkildə onun xeyirinə imtina ediblər. Bacısı Cavabdeh 2004-cü ilin aprel ayında ailə həyati quraraq Şabran rayonu Surra kəndində gəlin köçmüş və bu günə kimi həmin kənddə yaşayır. Mənzildə bacısının heç bir əmlakı yoxdur, əlaqəsi və hüquqi əsas olmadan indiyə kimi onun mənzilində formal şəkildə qeydiyyatda qalmışdır. Cavabdehin onun mənzilində qeydiyyatda olması ilə əlaqədar o, mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququmu tam həyata keçirə bilmir. Mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Ona görə də hesab edir ki, cavabdehin həmin evdən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi,ev 1,mən.29 ünvanında olan mənzil onun atasına məxsus olub və o, həmin mənzildə qeydiyyatdadır. 2004-cü ildən ailə quraraq Şabran rayonuna köçmüşdür, atasınX2 2011-ci il tarixdə rəhmətə getmiş və mənzil 2012-ci ildə anası Nəsibova Tükəzban adına özəlləşdirilmişdir, bundan sonra anası 2019-cu ildə rəhmətə getmişdir. İddiaçı ailənin böyük qardaşı olaraq 3 qardaş və 4 bacı öz əmlak paylarından onun xeyirinə imtina etdilər. Lakin qeydiyyatdan çıxmamış və çıxmaq istəmir. Hal- hazırda iddiaçı isə onu həmin mənzildən qeydiyyatdan çıxarılmağını istəyir. Buna görə iddia tələbini rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, iddiaçının qardaşıdır. Cavabdeh Mahmudova Zenfira Tahir qızı onun bacısıdır. Həmin mənzildə ailə həyatı qurmamışdan əvvəl onlarla bir yerdə yaşamışdır, lakin o, 2004-ci ildə ailə həyatı quraraq köçmüşdür. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İH MKTİB-nin 23 saylı MKS-nin 313 saylı, 06.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi,ev 1,mən.29-da pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi 09.10.2019-cu il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi,ev 1,mən.29-ə mülkiyyətçisi İddiaçıdur. -DİN-nin verdiyi ******* saylı, 06.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi,ev 1,mən.29-da pasport qeydiyyatındadır. -qonşular tərəfindən imzalanmış 06.04.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi,ev 1,mən.29-da 2004-cü ildən yaşamır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi,ev 1,mən.29 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh ididaçının bacısıdır. Cavabdeh həmin mənzildə qeydiyyatda olsada həmin mənzildə yaşamır. Belə ki, həmin mənzil əvvəllər tərəflərin məhrum atasına məxsus olmuşdur.X2 2011-ci il tarixdə rəhmətə getmiş və mənzil 2012-ci ildə anası Nəsibova Tükəzban adına özəlləşdirilmişdir.Anası isə 2019-cu ildə rəhmətə getmişdir.Anası rəhmətə gedəndən sonra bütün övladları həmçinin bacısı Cavabdeh miras əmlakdakı paylarından notarial qaydada tam şəkildə iddiaçının xeyirinə imtina ediblər.Cavabdeh mübahisəli mənzildən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Məhkəmə hesab edir ki,tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki,tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə müəyyən etdi ki, cavabdehlər Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi,ev 1,mən.29-də qeydiyyatda olsa da,artıq uzun müddətdir ki, mənzili tərk etmiş, yəni 1999-cu ildə ailə həyatı quraraq daimi əsaslarla mübahisəli mənzili tərk etmişdir. Lakin cavabdehin hələ də mənzildə qeydiyyatda qalması mənzillə bağlı bir sıra hüquqların həyata keçirilməsində çətinliklər yaradır, iddiaçı və onun digər ailə üzvləri mənzildən istifadə ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər, cavabdehin formal qeydiyyatı ilə əlaqədar iddiaçı əlavə mənzil və kommunal xərcləri ödəməyə məcbur olur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdehlərin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə оnun yаşаyış sаhəsinə оlаn ehtiyаcını iddiaçının sahibliyində olan mənzilindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyil. Bundan əlavə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtmaq istəyi mənzilin daimi istifadəçisi olan iddiaçının sahib kimi hüquqlarının pozulmasına və sonuncunun sahiblik hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının “nаrаhаt” оlmаsı üçün əsаs olan amillərdəndir. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzildə yaşamamasına görə və onun mübahisəli mənzildə qeydiyyatda olması formal xarakter daşıdığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar