Məhkəmə qərarları › İş №2(060)-4082/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4082/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4082/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X6 arasında qohumluq münasibətləri faktının, yəni X3 onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Qax rayonu, Qorağan kəndində anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə Ərizəçi kimi qeyd aparılsa da ata qrafasında heç bir qeyd aparılmamış, ana qrafasında isə X8 qeyd edilmişdir. Bununla əlaqədar qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X12 iləbil oğlu, anası isə X7r. Atası - X6 xx.xx.2010-cu il tarixdə, anası X8 isə xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Atası və anası xx.xx.1978-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahlarından o doğulmuşdur. Ata və anasının nikahlarının rəsmi qeydə alınması onun doğumundan sonra qeydə alındığından, doğum haqqında şəhadətnaməmdə ata qrafasında məlumatlar göstərilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, evi öz adına keçirtmək istəyir. Ev ata mirasıdır. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır. O, 1963-cü ildə doğulmuşdur. Ailədə 5 qardaş 2 bacı olmuşdurlar. Onun və bacısı X2 doğum haqqında şəhadətnaməsində ata qrafasında atası haqqında məlumat qeyd edilmiş, valideynlərinin digər övladlarının isə doğum haqqında şəhadətnaməsində ata qrafası boşdur. Övladlardan 3-ü vəfat etmiş, bir qardaşı isə itkin düşmüşdür. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi atasının adı “Balabəy” qeyd olunmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Qax rayonu, Qorağan kəndində anadan olmuşdur. X1r. Ata qrafası boşdur. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə doğum haqqında akt qeydində ata bəndində ata haqqında məlumatın əlavə edilməsindən qeydiyyat şöbəsi tərəfindən imtina edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu ildə vəfat etmişdir. - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 arasında xx.xx.1978-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1996-cı ildə vəfat etmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ağabəy Süleymanovun və Əzizə Süleymanovanın atası X4r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X6 ərizəçinin atasıdır. Bu fakt ərizəçinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndindən görünür ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X3 ərizəçinin atası olması faktı məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1931-ci il təvəllüdlü (xx.xx.2010-cu il tarixdə vəfat etmiş) X3 Ərizəçi qohumluq, yəni atası olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar