Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4085/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və işəgötürən Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Antalya Tendir MMC”-də kassir vəzifəsinə işə götürülmüşdür. Həmin vaxt orta aylıq əmək haqqısı 150 manat məbləğində olmuşdur. İşə başladıqdan sonra iş funksiyasını layiqincə yerinə yetirmiş və üzərinə düşən öhdəliyi vaxtında icra etmişdir.Lakin 2019-cu ildə restoran fəaliyyətini dayandırdığına görə işsiz qalmış və bir müddət əmək müqaviləsi bağlamadn müxtəlif yerlərdə işləmişdir. 2024-cü ildə rəsmi olaraq əmək müqaviləsi bağlamaqla işə düzəlmək istəsədə, xx.xx.2017-ci il tarixdə işəgötürən Obuz Halil ilə bağlanmış əmək müqaviləsi aktiv olduğu üçün, bu mümkün olmamışdır. Qeyd olunan əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət ünvanlanmışdır. Həmin qurum ona xx.xx.2024-cü il tarixli, 3-17-5/2N-91220/2024 saylı məktubunda bildirmişdir ki, “Araşdırmada iştirakınızı təmin etmək və əlavə izahat,müvafiq təsdiqləyici sənədlərin təqdim olunması məqsədilə ünvanınıza tərəfimizdən 3-17-5/2-N- 81925/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş,məktub poçt şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində sizə çatdırılsa da, siz müvafiq şöbəyə gəlməmiş, izahatınızı təqdim etməmisiniz.Müraciətinizin ətraflı, dəqiq araşdırılması,müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə Obuz Halilin ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-5/2-0-81923/2024 saylı məktubla müraciət olunmuş, məktub poçt şöbəsi tərəfindən bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən,sizinlə işəgötürən Obuz Halil arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir.Məlumat üçün bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılmasə və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə,bu barədə əsaslandırılmış qaydada rayon(şəhər) məhkəməsinə müraciət edilməli,məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir”. Pozulmuş hüquqların bərpa olunması və xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi üçün, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edilir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, o və işəgötürən Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Antalya Tendir MMC”-də kassir vəzifəsinə işə götürülmüşdür. Onun əmək müqaviləsi aktiv qalmışdır. O əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət ünvanlanmışdır. Ona bildirmişdirlər ki, əmək müqaviləsinə xitam verilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə,bu barədə əsaslandırılmış qaydada rayon(şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Hazırda restoran fəaliyyətini dayandırmışdır. Cavabdeh burda deyildir, Türkiyədədir. O, həmin restoranda 1 il yarım işləmişdir. Hazırda başqa işə düzələ bilmir. Bu vaxta kimi fərdi qaydada işlədiyi üçün, müraciət etməyə ehtiyacı olmamışdır. O, əmək müqaviləsinin aktiv olduğunu yeni öyrənmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/2- N-91220/2024 nömrəli müraciətə cavabdan görünür ki, araşdırmada İddiaçı iştirakını təmin etmək və əlavə izahat, müvafiq təsdiqləyici sənədlərin təqdim olunması məqsədilə ünvanına 3-17-5/2-N-81925/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş,məktub poçt şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində İddiaçı çatdırılsa da, o müvafiq şöbəyə gəlməmiş, izahatını təqdim etməmişdir.Müraciətin ətraflı, dəqiq araşdırılması,müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə Obuz Halilin ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-5/2-0- 81923/2024 saylı məktubla müraciət olunmuş, məktub poçt şöbəsi tərəfindən bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən, İddiaçı ilə işəgötürən Obuz Halil arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir.Məlumat üçün bildirilir ki, əmək müqaviləsinə xitam verilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Nəzərinə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir.Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir.Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə,bu barədə əsaslandırılmış qaydada rayon(şəhər) məhkəməsinə müraciət edilməli,məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. MŞS/MT030/2025-00710 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Cavabdeh ünvanına bildiriş məktubu göndərilmiş, tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş İddiaçı aid çıxarışın gəlir məlumatları bölməsindən görünür ki, o, Cavabdeh işəgötürən olmaqla xidmətçi heyət, kafeteriya vəzifəsində işləməklə 150 manat əmək haqqı alır və əmək müqaviləsi qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır(68.2 b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış,sonradan restoran fəaliyyətini dayandırdığına görə iddiaçı əmək müqaviləsi aktiv olduğu üçün rəsmi olaraq əmək müqaviləsi bağlayaraq işə düzələ bilmədiyi üçün iddiaçı tələb irəli sürərək belə bir münasibətin, yəni onlar arasında əmək münasibətlərinə xitam verilməsini xahiş etmişdir. Ona görə də tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi barədə iddiaçı xəbərdar deyildir və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışdır. Əmək müqaviləsinə faktiki mövcud olmaması, yəni əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, İddiaçı hüquqi şəxs Cavabdeh ilə mövcud olan əmək müqaviləsinə xitam verilməli və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə mövcud olan əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4085/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4085/2025
27.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver