Məhkəmə qərarları › İş №2(060)-409/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-409/2021

23.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-409/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1 nümayəndəsi və vəkili Həsənov Fərid İzafət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları 19.04.2007-cı il təvəllüdlü X6 və 22.03.2009-cu il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Qurd dərəsi, 6-cı döngə, 4513b ünvanında yerləşən fərdi bağ evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı onun qızıdır. İddiaçı İddiaçı 27 avqust 2001-ci il tarixdə Cavabdeh3 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahdan 19 aprel 2007-ci il təvəllüdlü X6 və 22 mart 2009-cu il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur. İddiaçı Cavabdeh3 ilə ailə qurduğu vaxt iddiaçı cavabdehin anasına məxsus ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Qızı gəlin köçərkən cehiz əşyalarnı həmin mənzilə aparmış və 2008-ci ildə Qurd dərəsi, 6-cı döngə, 4513 b ünvanında yerləşən bağ evinə köçmüşdür. 2018-ci il tarixədək qızı ailəsi ilə birlikdə qeyd olunan bağ evində yaşamışdır. 2018-ci ildə qızının əri ilə münasibətlərinin korlanması səbəbilə Sumqayıt şəhər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 ilə iddiaçı arasında olan nikah qeydi pozulmuş və tərəflər boşanmışlar. İddiaçı qeyd edilən ünvanda yerləşən bağ evinə övladları ilə birlikdə daimi yaşamaq məqsədləri ilə köçmüşdür. İddiaçı ailəsi ilə birlikdə bağ evinə köçdüyü dövrdə 4513 b nömrəli fərdi bağ evi iddiaçının qaynanası X3 aid olmuşdur. Ancaq həmin bağ Bağlar İdarəsində qeydiyyatda idi. Sonradan həmin bağ evini oğlu Cavabdeh1 adına keçirmiş və hal-hazırda X7, oğulları Cavabdeh3 və Cavabdeh1 həmin bağ evində yaşayırlar. İddiaçı və uşaqlarının sığınacaq yeri yoxdur. Hal-hazırda iddiaçı onların himayəsindədir. Qeyd edilən bağ evinə iddiaçının köçürülməsi vacibdir. İddiaçının köçürülməyini tələb etdiyi fərdi bağ evi qaynı Cavabdeh1 mülkiyyətində olan evin yanındadır. Məhkəmə tərəfindən də, keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində 2 ev vardır. Onlardan biri Məmmədin, digəri isə iddiaçının yaşadığı bağ evidir. Ona görə də, iddiaçı cavadeh Məmmədə məxsus evə deyil, yaşadığı bağ evinə köçmək istəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı cavabdeh kimi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının X6 və X5 ilə birlikdə mülkiyyətimdə olan yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk olaraq qeyd edir ki, yaşayı evi Cavabdeh1 atası Əliyev Elbrusun mülkiyyətində olmuş, 1999-cu ildə atası rəhmətə getdikdən sonra mənzil vərəsəlik qaydasında digər vərəsələrin də razılığı ilə anasın adına rəsmiləşdirilmişdir. Daha sonradan, yəni 2011-ci ildə bağışlama müqaviləsi ilə mənzil Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı qardaşı Cavabdeh3 ilə 2001-ci ildə ailə qurmuş, lakin sonradan ailə münasibətlərinin davam etdirilməsi mümkün olmamış və nikahları pozulmuşdur. Hazırda Cavabdeh1 mülkiyyətində olan yaşayış evinə nə iddiaçının, nə də keçmiş əri Cavabdeh3 aidiyyəti yoxdur. Ən vacib qeyd edilməli məqam isə odur ki, iddiaçı hazırda Abşeron rayonunda daimi qeydiyyatdadır və qeydiyyatda olduğu ünvan onun xüsusi mülkiyyətindədir. Bu faktı da yenə iddiaçı bundan əvvəl məhkəməyə verdiyi idda tələbi üzrə 16 dekabr 2019-cu il tarixli məhkəmə iclasında etiraf etmiş, hətta xüsusi mülkiyyətində olan evə dair çıxarışı da növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmiş, lakin növbəti məhkəmədə mülki iş üzrə iddia ərizəsini geri götürmüş, icraatın baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi vardır. İddiaçı oxşar iddianı bundan əvvəl Məmmədin xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 35 saylı mənzilə köçürülməyə dair iddia tələbi irəli sürmüş və Sumqayıt ŞİH-nin MKTİB-nin 29 iyun 2016-cı il tarixli arayışı da əlavə etmişdir ki, Sumqayıtda həmin evdə yaşayıb və ora köçmək istəyir. İndi isə iddia verir ki, guya Məmmədin bağ evində yaşayıb və ora köçmək istəyir. Bu isə bir daha iddiaçının qeyri-səmimi davranmasını göstərir. İddiaçı iddia ərizəsində iddiasını əsaslandırmaq üçün AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edir, lakin 30.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Yəni iddiaçı qanunvericiliyin tələblərinə görə nə Məmmədin, nə də anasının ailə üzvü hesab edilir. Digər tərəfdən iddiaçı mənzilə köçürülmə əsası kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməklə, hazırda yaşamaq üçün lazımi qədər yaşayış sahəsinin olmadığını bildirməklə mənzildən müvəqqəti istifadə hüququnun tanınmasını xahiş edir. Lakin həmin maddədə (30.4-də) qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla hilər. İddiaçının isə özünün də etiraf etdiyinə görə mülkiyyətində evi vardır, yəni belə olan halda iddiaçının tələbi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun gəlmir, hətta uyğun gəlsə belə, iddiaçı cavabdeh kimi Məmmədin ailə üzvü hesab edilmədiyindən bu maddənin tələbləri iddiaçıya aid edilə bilməz. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Sözügedən Məcəllənin 228.5-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri. arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yenə də ailə üzvləri kimi mülkiyyətçinin əri, arvadı, uşaqları və valideynləri hesab edilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu razılıq da yenə də Mülki Məcəllənin 228.2-ci maddəsində göstərildiyi kimi notariat qaydasında təsdiqlənməlidir. Belə bir razılıq əvvəllər də olmadığından iddiaçının mülkiyyətində olan mənzilə köçürülməsi əsaslı deyildir. İddiaçı istinad etdiyi hüquq normaları ilə iddiasını əsaslandıra bilməmişdir, göründüyü kimi iddiaçı Cavabdeh1 ailə üzvü hesab edilmir, iddiaçının hazırki tələbi əvvəlki həyat yoldaşı olan Cavabdeh1 qardaşı Cavabdeh3 qarşı sürülə bilər. Cavabdeh1 iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur ki, iddiaçı Cavabdeh1 evinə köçürülsün, evindən istifadə hüququ əldə etsin. Bu halda mülkiyyətçi kimi Cavabdeh1 hüquq və mənafeləri pozulacaqdır. Xüsusilə də iddiaçının yaşamaq üçün kifayət qədər yaşayış sahəsi vardır. Qeyd edilənlərə əsasən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 İddiaçı arasında bağlanmış nikah 23.10.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 0.1679 ha torpaq sahəsində yerləşən 4513V saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********98 nömrəli, 15.10.2020-ci il tarixli məktubdan görünür ki, respublika ərazisində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18 sentyabr 2010-cu il tarixdə **********63-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi "xxxx" İKB ASC-nin "Sumqayıt" filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın 01 may 2018 ci il tarixli, HD/M1633 saylı bildirişinə əsasən tutmaya yönəldilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi bağ evi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir və iddiaçı ilə Cavabdeh1 arasında həmin bağ evindən istifadə hüququ ilə əlaqədar bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli bağ evinə köçürülməsi mübahisəli bağ evinin mülkiyyətçisinin mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar