Məhkəmə qərarları › İş №2(060)-4111/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4111/2021

21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4111/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, Ərizəçi maraqlı şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “əmək stajı faktının müəyyən edilməsinə” dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “əmək stajı faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3cü maddəsindən görünür ki, ərizəçinin tələbi mahiyyəti üzrə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər kateqoriyasına daxildir. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçilərin və maraqlı şəxslərin iştirakı ilə baxılır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, Ərizəçi Cəbrayıl rayon İcra Hakimiyyətini ərizəsində maraqlı şəxs qismində göstərsə də, maraqlı şəxsin ünvanını ərizəsində göstərməmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun 14 saylı regional ərazi filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, Ərizəçi ona pensiya təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və həmin müraciət əsasında ona imtina məktubu verilmişdir. Lakin Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun 14 saylı regional ərazi filialını ərizəsində maraqlı şəxs qismində göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “əmək stajı faktının müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar