Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4129/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia qaldıraraq Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 13.*6.2*2*-ci il tarixli, 4Ə-839 reyestr nömrəli bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə *8.*7.2*2*-ci il tarixli, 142***842* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər “Asan Xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 13.*6.2*2*-ci il tarixli, 4Ə-839 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzili qızına Cavabdeh1 bağışlamışdır. Həmin mənzili həyat yoldaşı digər İddiaçı2 ilə birgə nikah dövründə əldə etmişdilər. Həmin mənzili cavabdehə bağışlayanda birlikdə qərar vermişlər. Mənzil cavabdehə bağışlanmamışdan qabaq o, bir övlad kimi onların qayğısına qalır, xəstə olduqda baxır, maddi baxımdan müalicələrinə köməklik göstərmişdir. Mənzili adına keçirdikdən sonra getdikcə o, onlara laqeyd münasibət göstərməyə başlamışdır. Artıq həyat yoldaşı İddiaçı2 *9.*9.2*24-cü ildə hipertiv ensefalopatiya, arterial hipertenziya, 2-ci dərəcə yüksək risk diaqnozu ilə xəstəxanaya stasionar müalicəyə daxil olduqdan sonra əmin olmuşlar ki, cavabdehin məqsədi mənzilə sahib olmaq imiş. Belə ki, İddiaçı2 *9.*9.2*24-cü il tarixdən 24.*9.2*24-cü il tarixədək xəstəxanada müalicədə olmuş, diaqnozundan göründüyü kimi həyatı təhlükəsi olmuşdur. Amma cavabdeh bir dəfə də olsun gələrək onun yanına baş çəkməmiş, nə maddi, nə də mənəvi dəstək göstərmişdir. Qeyd edir ki, cavabdeh onunla birlikdə eyni mənzildə yaşamasına baxmayaraq marağında olmamışdır ki, anası 15 gündür evdə yoxdur. Ölüb qalmışdır. Həmin vaxtdan bəri cavabdeh onlarla ümumiyyətlə maraqlanmır. Nə də onları danışdırmır. Qeyd edir ki, hər ikisi ahıl yaşdadılar, hər ikisi xəstədirlər. Daim qulluğa və müalicəyə ehtiyacları vardır. Lakin cavabdeh bir övlad olaraq üzərinə düşən vəzifələrini yerinə yetirmir. Əksinə hərəkətləri ilə onlara mənəvi və maddi ziyan vurur. Hesab edirlər ki, bir yerdə yaşayırlar. Cavabdeh mənzil ona bağışlanandan sonra da onlara qarşı əvvəlki kimi davranar, ehtiyac olduqda maddi və mənəvi baxımdan qayğılarına qalar. Amma əksinə İddiaçı2 xəstəxanaya düşəndən sonra anlamışlar ki, böyük səhv etmişlər. Hazırda cavabdeh onlarla bir evdə yaşamasına baxmayaraq, heç əhvallarını belə soruşmur. Ona görə də qərara gəlmişlər ki, bağışlamaqdan imtina etsinlər, mənzillərini öz mülkiyyətinə qaytarsınlar. Bununla bağlı cavabdehə rəsmi bildiriş vermişlər. 17.*2.2*25-ci il tarixdə o, bildirişi qəbul etmişdir. Artıq iki aydır ki, bildiriş verilmişdir. Lakin cavabdeh öz münasibətini onlara bildirməmişdir. Ona görə də mövcud iddia ilə məhkəməyə müraciət edirlər.
Cavabdehin iddiaya yazılı münasibəti:
3. Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi əvəzsiz müqavilədir və iddiaçılar ilə bağlanan bağışlama müqaviləsi heç bir öhdəlik ilə şərtləndirilməmişdir. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Sumqayıt şəhəri, 14-cü məhəllə, 112C, mənzil 73 nömrəli əmlaka dair bağışlama müqaviləsi 13 iyun 2*2*-ci il tarixində onun və iddiaçıların iştirakı ilə notariat qaydasında təsdiq olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 23.*6.2*2*-ci il tarixli, qeydiyyat nömrəsi 32*2141181 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə heç bir halda qadağa qoyulmamışdır. Yəni göründüyü kimi hədiyyə alan qismində onun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Digər hallara dair qeyd etmək istəyir ki, o və azyaşlı övladı uzun illərdir ki, öz mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırlar. Mübahisələndirilən daşınmaz əmlak artıq 5 ildir ki, onun mülkiyyətindədir və bu müddət ərzində iddiaçılar ilə heç bir problemi olmamışdır. Bir övlad kimi hər zaman öz vəzifə borclarını layiqli şəkildə yerinə yetirmişdir. Qarşı tərəf məhkəməyə iddia etdiyi hallara dair heç bir sübut təqdim edə bilməmişdir. (Qeyd edir ki, valideynlərinin digər övladı Abduləzimova Əminə onlarla yaşayır və valideynlərinin qayğısına yüksək səviyyədə qalır, bu mənzil üçün də heç bir iddiası yoxdu). İddiaçının iddia ərizəsində bir sıra ziddiyətlər mövcuddur. Belə ki, İddiaçı1 iddia ərizəsində onun faktiki yaşayış ünvanının ünvan 3a iddiaçılar ilə birlikdə yaşamır. Yəni o, hər zaman valideynlərinə diqqət və qayğı göstərmiş, hər zaman onlara qarşı vəzifə borclarını yerinə yetirmişdir. Əks arqumentlərinin heç bir əsası yoxdur. Mübahisələndirilən mənzil onun mülkiyyətində olmasına baxmayaraq atası İddiaçı1 tərəfindən kirayə verilmiş və kirayə haqqı hər ay valideynlərinə ödənilir. Bu hal qarşı tərəfin iddialarının əsassız olduğunu müəyyən edir. İddiaçı və onun həyat yoldaşı dəfələrlə mübahisələndirilən əmlakın satılmasını və əldə edilən gəlirin bölünməsini tələb etmişdir. O, buna qarşı çıxdığı zaman ona kəskin etiraz etmişlər. Məhz bu səbəbən iddiaçılar digər məsələləri bəhanə edərək məhkəməyə müraciət etmiş və daşınmaz əmlakı onun mülkiyyətindən çıxarmaq istəyirlər. Anası, İddiaçı2 təxminən 1* ay bundan öncə xəstəxanaya yerləşdirilmiş və 15 günlük müalicə olunmuşdur. Həmin müddət ərzində o, dövlət strukturunda çalışdığı üçün həftəiçi *9:**-dan 18:**-dək işdə olmuş, eyni zamanda himayəsində az yaşlı övladı olduğu və tək böyütdüyü üçün vaxt etdikcə ziyarətə gedə bilmişdir. Bu hal onun ümumillikdə hədiyyə verənə və onun həyat yoldaşına qarşı vəzifə borclarını kobud şəkildə pozmağı anlamına gəlmir. Mülki iş üzrə məhkəmə icraatı tərəflərin məhkəməyə təqdim etdiyi mötəbər sübutlar əsasında çəkişmə prinsipi ilə aparılır. Həmçinin mülki məcəllənin tələblərinə əsasən cavabdeh öz təqsirsizliyini sübut etməyə borclu deyil və iddiaçı iddia etdiyi hallara dair məhkəməyə sübutlar təqdim etməlidir. Qeyd olunanlara əsasən İddiaçı1 və İddiaçı2 iddiasının təmin olunmaması üçün kifayət qədər əsaslar mövcuddur.
Tərəflərin mövqeləri:
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə məhkəmə çıxışı ilə müraciət edərək, hesab edir ki, iddia iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması ilə müəyyən olunur ki, Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 13.*6.2*2*-ci il tarixli, 4Ə-839 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı1 oglu digər iddiaçı - arvadı X1 razılığı ilə ünvan 4 ünvanında yerləşən 73 nömrəli mənzili qızı-Cavabdeh1 bağışlamışdır. Cavabdeh öz övladı ilə idiaçılarla billikdə idiaçılara məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 2, mənzil 45 ünvanında yaşamışdır. Mənzil cavabdehin adına keçdikdən sonra getdikcə o, iddiaçılara laqeyd münasibət göstərməyə, onlara qarşı sayğısızlıq etməyə başlamışdır. Cavabdehin hərəkətləri nəticəsində İddiaçı2 əsəbilik, ruh düşkünlüyü və sair şikayətlər yaranmışdır. Nəhayət, İddiaçı2 *9.*9.2*24-cü il tarixdən - 24.*9.2*24-cü il tarixədədək Sumqayıt Tibb Mərkəzi X14 1 nömrəli şəhər xəstəxanası Nevrologiya şöbəsində hipertenziv enselofopatiya, arterial hipertenziya, 2-ci dərəcə yüksək risk diaqnozu ilə müalicə almasına baxmayaraq cavabdeh bir dəfə də olsun onun ziyarətinə gəlməmiş, iddiaçılara nə bir köməklik etmiş nə də ki, onlarla maraqlanmışdır. Bu müddət iddiaçı xəstəxanada olarkən onun pal-paltarnın yuyulmasını, yeməyinin hazırlanmasını və sair işləri İddiaçı1 oglu görmək məcburiyyətində qalmışdır. Həmçinin bu işlərdə iddiaçılara əsasən köməkliyi iddiaçının xəstəxanada otaq yoldaşı olmuş şahid qismində dindirilən Sədaqət adlı xanımın qızı Hicran etmişdir. Beləliklə bu hadisədən sonra cavabdehin məqsədinin mənzilə sahib çıxmaq olmağı iddiaçılara tam məlum olmuşdur. İddiaçı2 xəstəxanadan çıxandan sonra cavabdeh ümumiyyətlə iddiaçıları danışdırmamış, bir evdə yaşamalarına baxmayaraq onlara heç bir diqqət yetirməmişdir. İddiaçı2 xroniki xəstəliyi əlaqədar ev işləri görə bilmədiyindən İddiaçı1 oglu ahıl yaşında ev işlərin görməyə məcbur qalmışdır. 2*25-ci ilin aprel ayında isə cavabdeh onları tərk edərək özünə məxsus ünvan 2-ə köçmüşdür. Həmin vaxtdan bir dəfə olsun cavabdeh iddiaçılarla maraqlanmamış və əlaqəni tam kəsmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 13.*6.2*25-ci il tarixli mülahizəsində əvvəllər iddiaçılarla birlikdə yaşadığını,hazırda isə onlardan ayrıldığını bildirir. Bu hal bir daha cavabdehin iddiaçılara qarşı laqeyd münasibətini təsdiq edir. Cavabdeh mülahizəsində iddiaçılara hər zaman diqqət və qayğı göstərdiyini, onlara qarşı öz vəzifə borclarını yerinə yetirdiyni bildirsə də, bu hallarla bağlı hər hansı bir sübüt məhkəməyəyə təqdim etməmişdir. Özü mülahizəsində bildirir ki, iş saatı *9:**-dan 18:**-dəkdir, bu səbəbdən anasını ziyarətinə getməmişdir. Sual olunur ki, Sumqayıt şəhərində yaşayıb, Sumqayıt şəhərində iş yerinə malik olduğun halda həmin şəhərdə yerləşən xəstəxanada müalicədə olan ahıl yaşdakı ananı bir dəfə olsun ziyarət etmək çətindirmi? Absurd bir bəhanədir! Bundan ağır psixoloji zərər valideynlər üçün ola bilməz. Cavabdeh bu laqeyd münasibətilə həm anasına həmçinin atasına mənəvi sarsıntı yaşatmışdır. İşin hallarından göründüyü kimi iddiaçılar heç bir maddi əvəz görmədən sırf ailə bağları baxımından öz mülkiyyətində olduqları mənzili mənəvi motivdən çıxış edərək qızlarına yəni cavabdehə bağışlamışlar. Bu halda dəyər verdikləri qarşılığında da eyni əxlaqi münasibətin göstərələcəyinə əmin olub bu addımı atmışlar. Lakin cavabdeh bunun əksinə iddiaçıların dar günündə onların övlad qayğısına diqqətinə mənəvi dəstəyə ehtiyac duyduqları anda hər hansı bir addım atmamışdır. Ana 15 gün ağır diaqnoz ilə stasionar müalicədə olmuş, bir dəfə olsun belə övladı onu ziyarət etməmişdir. Bu müddət ərzində 77 ahıl yaşında ata məcbur qalıb ananın pal-paltarını yuyub təmizləyir, yeməyini hazırlayır, ev işlərini görür. Son 6 aya yaxındır ki, cavabdeh iddiaçılarla nə əlaqə saxlayıb ümumiyyətlə onlarla maraqlanmamışdır. Göründüyü kimi İddiaçı1 oglu 77 yaşında, digər İddiaçı2 73 yaşında olmaqla hər ikisi pensiyaçıdırlar. Hər iki iddiaçı qocalıqdan əziyyət çəkir, İddiaçı2 xroniki xəstədir. Sumqayıt şəhəri 3 nömrəli şəhər poliklinikasında “ÜİX: Gərginlik stenokardiyası fs 111 -1Y, İnfarktdan sonrakı kardioskleroz, Xr QDÇ 11 mərhələ hipertoniya xəstəliyi, 11 mərhələ diaqnozu ilə dispanser qeydiyyatındadır. İki dəfə infarkt keçirmişdir. Həmçinin Sumqayıt Tibb Mərkəzi X14 1 nömrəli şəhər xəstəxanası Nevrologiya şöbəsinin epikrizindən görünür ki, o, hipertenziv enselofopatiya diaqnozu stasionar müalicə almışdır. Bir sözlə iddiaçıların hər ikisi cavabdehin bu laqeyd hərəkətləri nəticəsində ağır emosional sarsıntı keçirirək mənəvi zərər görmüşlər.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, mübahisəli mənzili qızının adına keçirdikdən sonra onlara qarşı laqeyd münasibət bəsləmişdir. Həyat yoldaşı xəstəxanada olduğu zamanda da cavabdeh bir dəfə də olsun onun ziyarətinə gəlməmişdir. Bu müddətdə onlara həyat yoldaşı ilə xəstəxanada eyni otaqda qalan qadının qızı köməklik etmişdir. İş saatı *9:**-dan 18:**-dək olduğu və Sumqayıt şəhərində yaşadığı halda müalicədə olan ahıl yaşdakı ananı ziyarətə getməmişdir. Xəstəxanadan çıxdıqdan sonra da cavabdeh onlarla maraqlanmamışdır.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirdi ki, xəstəxanada olduğu zaman qızı ziyarətinə gəlməmişdir. Bu müddətdə ona otaq yoldaşının qızı köməklik etmişdir. Evdə olarkən də ona əri İddiaçı1 baxmış, yeməyini o hazırlamışdır. Xəstəliyi ilə əlaqədar özünə baxmaq iqtidarında deyildir.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
8. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, İddiaçı2 ilə xəstəxanada bir otaqda olmuşdurlar. Həmin müddətdə onun yanına həyat yoldaşından başqa heç kim gəlməmişdir. Ona məxsus paltarları yuyan olmadığı üçün həmin paltarları qızına yumaq üçün vermişdir. O isə bu haldan çox utanırdı.
Tədqiq olunan sübutlar:
9. 13 iyun 2*22-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı1 ünvan 1, mənzil 73 ünvanında yerləşən ümumi sahəsi 46.4 kv/m, yaşayış sahəsi 23.8 kv/m yardımçı sahəsi 22.6 kv/m olan 1 otaqlı mənzili X2 bağışlamışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 73 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına tam payda 142***842* qeydiyyat nömrəsi ilə, *8.*7.2*2*-ci il tarixində rəsmiləşdirilmişdir.
11. İddiaçı1 tərəfindən Cavabdeh1 ünvanlanmış *4.*2.2*25-ci il tarixli bağışlamaqdan imtina haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 13.*6.2*2*-ci il tarixli, 4Ə-839 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona hədiyyə etdiyi ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin tələbinə əsaslanaraq bağışlamaqdan imtina edir. Odur ki, təklif etmişdir ki, 1* gün müddətində həmin mənzilin geri onun mülkiyyətinə qaytarılmasına öz münasibətini bildirsin. Əks halda bağışlama müqaviləsinin ləğvi barədə ona qarşı məhkəmədə müvafiq iddia irəli sürüləcəkdir.
12. 21.*5.2*25-ci il tarixli, 18*2*97278 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 1**.6* manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -5*.*.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 67*.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: -673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; -673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; -673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1, mənzil 73 xüsusi mülkiyyət kimi İddiaçı1 məxsus olmuşdur. 13 iyun 2*2*-ci ildə iddiaçı Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 73 saylı mənzili cavabdehə bağışlamışdır.
18. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o mübahisəli mənzilə dair bağlanılmış 13 iyun 2*2*-ci il tarixli bağışlama müqaviləsinin ləğvinin əsası kimi cavabdehin onların qayğılarına qalmadığını, onlarla maraqalanmadığını göstərmişlər.
19. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol verilmədiyi nəzərdə tutulmuşsa da, Mülki Məcəllənin 67*ci maddəsinə əsasən bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Buna görə də əgər bağışlama hansısa bir öhdəliklə şərtləndirilməyibsə bağışlama üzrə hədiyyənin hədiyyə alan tərəfindən qəbul edildiyi ehtimal olunur.
20. Hazırki halda tərəflər arasında bağlanmış mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağına dair üzərinə öhdəlik götürməmişdir. Beləliklə sözügedən müqavilədə konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilmir.
21. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
22. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də müqavilənin ləğv edilməsi əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir.
23. Məhkəmə qeyd edir ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir: 1. hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3. bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.
24. Göründüyü kimi bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. İddiaçı da məhz bu öhdəliyin cavabdeh tərəfindən kobudcasına pozulmasına istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Bu halları sübut etmək yükü bağışlamadan imtina edən tərəfin üzərinə düşür. Lakin iddiaçı bu hallarla bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
25. Məhkəmə eyni zamanda qeyd edir ki, bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.
26. Konstitusiya Məhkəməsi Plenumunun bağışlamadan imtina ilə bağlı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir (Azərbaycan Respublikası Konstitusiyasının 17ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2*24-cü il tarixli Qərar).
27. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Maddənin məzmunundan göründüyü kimi uşaqların valideynləri saxlamaq vəzifəsinin mövcud olması üçün bir sıra zəruri şərtlər nəzərdə tutulmuşdur. Buna 1) valideynlərin əmək qabiliyyətli olmaması, 2) onların maddi yardıma ehtiyacı olması daxildir. Hazırki halda isə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasında İddiaçı1 yaşa görə 561,42 manat məbləğində əmək pensiysı aldığı müəyyən edilir. Beləliklə hazırki iş üzrə isə cavabdehin valideynlərinə qarşı ailə qanunvericiliyi ilə üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması halı müəyyən edilmir.
28. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidin ifadəsində qeyd etdiyi kimi X5 ilə eyni vaxtda, eyni xəstəxanada olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə təkcə şahidin ifadəsi qeyd edilən halların, yəni cavabdehin anasının qayğısına qalmamasının sübutu kimi çıxış edə bilməz.
29. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə üzrə hədiyyə verən İddiaçı1 olmuş, yuxarıda qeyd edilən qanunvericilik normaları ilə də məhz hədiyyə verənin bağışlama müqaviləsindən imtina hüququnun olduğu göstərilmişdir. Şahid ifadəi isə X4 ilə bağlı olmuşdur.
30. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı X5 məhkəmə iclasında suallara cavab olaraq cavabdehin bağışlama müqaviləsi bağlandıqdan sonra, yəni 2*2*-ci ildə onlara qarşı münasibətinin dəyişdiyini, pisləşdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Həmin müddətin kəsici müddət olması səbəbindən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bağışlamaqdan imtina ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti də ötürmüşdür.
31. Məhkəmə iddiaçıların ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə *8.*7.2*2*-ci il tarixli, 142***842* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi lə bağlı qeyd edir ki, həmin çıxarışın verilməsinə əsas olmuş sənəd mübahisələndirilən bağışlama müqaviləsi olmuşdur. Həmin bağışlama müqaviləsinin ləğv edilməli olmasına istinad edərək iddiaçılar onun əsasında verilmiş çıxarışın da ləğvini məhkəmədən xahiş etmişlər. Sözügedən bağışlama müqavilənin ləğv olunmasına dair iddiaçıların tələbləri təmin edilmədiyindən, məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı tələbləri də təmin edilməməlidir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X12 2 saylı Sumqayıt Ərazi İdarəsi» mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
33. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də iddiaçılara aid edilməlidir.
Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 13.*6.2*2*-ci il tarixli, 4Ə-839 reyestr nömrəli bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə *8.*7.2*2*-ci il tarixli, 142***842* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva