Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4168/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin etibarnamə üzrə nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı işə bərpa tələbinə dair mülki işə 18 sentyabr 2*25-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh işəgötürən Cavabdehnə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh işə götürənlə onun arasında əmək münasibəti mövcud olmuşdur.21 ildən artıqdır ki, Sumqayıt şəhəri, Q Qarayev adına 1 nömrəli musiqi məktəbində uşaq musiqi məktəbində nəzəriyyə müəlliməsi kimi fəaliyyət göstərmişdir. Hazırki vaxta kimi işində heç bir problem olmamış, nümunəvi işçi kimi fərqlənmişdir. İşlədiyi 21 ildən artıq müddətdə məktəb rəhbərliyi tərətindən heç bir töhmət və xəbərdarlıq almamışdır.Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli musiqi məktəbinin Attestasiya Komissiyasının 13.*3.2*25-ci il tarixli qərarı ilə tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul edilmişdir. Sumqayıt şəhər Q. Qarayev adına 1 nömrəli musiqi məktəbinin Attestasiya Komissiyasının 13.*3.2*25-ci il tarixli qərarını və onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (b) bəndi və 83-cü maddəsinin və "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi"nin 7.2-ci bəndinin 13-cü abzasını rəhbər tutaraq, Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli musiqi məktəbinin nəzəriyyə müəllimi İddiaçı *3.*4.2*25-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndində əsasən azad edilməsi və bağlanmış müqavilənin xitam verilməsi barədə məktəbin direktoru Qanuni nümayəndə tərəfindən əmr imzalanmışdır.Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli musiqi məktəbinin Attestatsiya Komissiyası imtahan götürərkən sağlamlıq vəziyyəti yerində olmamış, yüksək təzyiqinin olması ilə bağlı komissiya üzvlərinə məlumat versədə, onlar sağlamlıq vəziyyətimi nəzərə almamış tələm-tələsik bir növdə onun sağlamlıq vəziyyətindən istifadə edərək ordan-burdan dəxlisiz suallar verərək öz işlərini bitmiş hesab etmişlər.Dəfələrlə işəgötürənə yenidən attestasiyadan keçməyi ilə bağlı müraciət etsə də, rəhbərlik xahişini nəzərə almamış və işə götürən onu işə bərpa etmək üçün heç bir müsbət addım atmamışdır.Əmri aldığı günün səhərisi iş əmək mübahisəsi olduğundan, mediasiya prosessinin tətbiqi barədə cavabdehə təklif göndərilmişdir. 19.*5.2*25-ci il tarixdə Sumqayıt 1 saylı mediasiya təşkilatında prosess keçirilmiş, cavabdeh prosesdə iştirak etmədiyi Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə 19.*5.2*25-ci il tarixli MŞS/MT*3*/2*25-**823 nömrəli arayış verilmişdir. 19.*5.2*25-ci il tarixli MŞS/MT*3*/2*25-**823 saylı arayış iş materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsi onun daimi qeydiyyat ünvanını təsdiq edir.Onu da qeyd edir ki, işdən azad olmağı ilə bağlı əmri 24.*4.2*25-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. Qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir.Hesab edir ki, onun işə bərpa edilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət meydana gəlmişdir. İddiaçı tərəfindən iddia tələbinin məzmununa düzəliş və dəqiqləşmə təqdim edərək məhkəmədən *4.*4.2*25-ci il tarixli, №37 saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, bütün sənədləri təqdim etmişdir.İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin etibarnamə üzrə nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini və iddiaya qarşı heç bir etirazı olmadığını bildirmişdir. Cavabdeh Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, atesstasiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmişdir.İddiaçıin işdən azad olmağı müdiriyyətin boynuna qoyulmuşdur.Çox məsuliyyətli, nizam-intizamı pozmayan biridir. O, neçə ildir ki, işləyir.İşini həmişə layiqincə yerinə yetirmişdir.Nazirliyin qərarını direktor icra etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X7 izahatında bildirdi ki, 13 suala cavab vermək o deməkdir ki, sualların 6*-7*%-nə cavab vermişdir.Eyni zamanda proqramdan kənar suallar verilmişdir.Attestasiyanın keçirilməsi qaydası var. Normal suallara cavab vermişdir. Görünür ki, tələsik çoxlu suallar verilmişdir. Müəllimədir, stress keçirir və həyəcan yaşayır. Bundan öncəki müəllimənin çəkilişinə baxmış və onunla müqayisədə çox yaxşı cavab vermişdir.Səlis danışığı var. Sadəcə olaraq məqsədli şəkildə o qədər üstünə düşürlər ki, stress də keçirər, hətta ürəyi də gedər.Opera islahatçılarını tələbələrinə deməsə də olar. Həmin sualı kollec müəllimi bilmir.Mənasız və məntiqsiz suallar verilmişdir. 5-ci sinifin operası nəyə lazımdır ki, belə sual verilmişdir. Opera barədə açıq-aydın danışmışdır.Attestasiyadan keçməli idi. Bir çox suallara cavab vermişdir.Məqsədli şəkildə qərəz var. Opera liforması kimə lazımdır ki, onu sual vermişdirlər. Məhkəməyə iddiaçı tərəfindən sübut növündə yazılı formada verilmiş şahid X3 izahatında bildirmişdir ki, Sevinc müəllimə övladı Cavidana musiqi nəzəriyyəsindən dərs demişdir. Sevinc müəllimənin dərsindən həm övladı, həm də bir valideyn kimi o, çox razı olmuşdur. Sevinc müəllimə çox savadlı və qayğıkeş bir müəllimədir. Sevinc müəllimə dərs dediyi müddətdə övladlarının sevimlisinə çevirilmişdir. Artıq övladı dərsə getmək istəmir, öz müəlliməsini istəyir. Müəlliməyə edilən haqsızlıq həm övladına həm də bir valideyn kimi onlara çox pis təsir etmişdir. Sevinc müəlliməni öz işinə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəməyə iddiaçı tərəfindən sübut növündə yazılı formada verilmiş şahid X1 izahatında bildirmişdir ki, Sevinc müəllimə övladı Məlikzadə Həsənağaya musiqi nəzəriyyəsindən dərs tədris etmişdir. Bir valideyn kimi övladının təhsilindən çox razı olmuşdur. Sevinc müəllimə övladına dərs dediyi müddətdə həm övladı həm də bir valideyn kimi o, çox razı olmuşdur. Sevinc müəllimə uşağlara yüksək səviyyədə dərs öyrətməsi ilə yanaşı həm də onlara bir ana qayğısı göstərmişdir. Hazırda uşağı dərsə getmək istəmir və öz müəlliməsini tələb edir. Odur ki, Sevinc müəlliməyə edilən haqsızlığa son qoyularaq, onun yenidən işinə bərpa olunması üçün qərar çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddiaçı tərəfindən sübut növündə yazılı formada şahid X4 izahatında bildirmişdir ki, övladı Qasımlı İlyas Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində İddiaçı sinifində təhsil alırdı. Bir valideyn kimi Sevinc müəllimədən çox razıdır. Sevinc müəllimə çox savadlı, məsuliyyətli, tələbkar bir müəllimə idi. Övladına dərsi çox mükəmməl öyrətmiş, sanki bir ana qayğısı göstərmişdir. Dərsi uşağın başa düşəcəyi şəkildə izah etmişdir. Övladı bugün də Sevinc müəllimənin ona dərs keçməsini istəyir. Ədalətli qərar qəbul edərək Sevinc müəlliməni yenidən öz məktəbinə bərpa edilməsini xahiş etmişdir. Bu həm övladının, həm də bir valideyn kimi onların sevincinə səbəb olar. İş materiallarına əlavə olunmuş *4 aprel 2*25-ci il tarixli Cavabdeh 37 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı *3.*4.2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq İddiaçı son haqq-hesabının ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, *34478 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı orta ixtisas təhsilli, peşəsi isə müəllimdir. *2.*2.2**4-cü il tarixdə Q.Qarayev adına uşaq musiqi məktəbinə nəzəriyyə ixtisası üzrə axşam şöbəsində işə qəbul edilmişdir. *4.*4.2*25-ci il tarixdə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 19.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində poçt xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda 1995-ci ildə musiqi nəzəriyyə ixtisasını bitirmişdir. Ümumi əmək stajı 28 il 4 aydır. Attestasiya keçirilən zaman Cavabdeh nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 21 sual verilmiş, onlardan 12 suala cavab verilmişdir. Səslərin miqdarı lehinə 1, əleyhinə 4 səs olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı *2.*2.2**4-*4.*4.2*25-ci illərdə Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *4.*4.2*25-ci il tarixli 37 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməyi əmr edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəyə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddəyə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 3**.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə və sair hallar qeyd etməsi onun tərəfindən verilmiş iddia tələbinin əsaslı olmaqla, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanuni olmamasına əsas verir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı *2.*2.2**4-*4.*4.2*25-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Şəhəri Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi Məktəbində nəzəriyyə müəlliməsi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *4.*4.2*25-ci il tarixli 37 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. Belə ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirərkən iddiaçıya qərəzin olması müəyyən edilmiş, verilmiş sualların 12-si iddiaçı tərəfindən cavablandırılmış, buna baxmayaraq, komissiya üzvləri tərəfindən iddiaçıya qərəz nümayiş etdirilərək lehinə səslərin sayı 1, əlehinə səslərin sayı 4 olmuşdur.Bütün qeyd olunanlarla bərabər, iddiaçının səhətində problemlərin olması və bu hal cavabdeh tərəfindən inkar edilməmişdir.İddiaçıya xəstəlik tarixcəsinin açılmasından imtina edilmişdir.İddiaçının səhhətində (qan təziqinin həddindən artıq yüksək olması) narahatlıqların, həyacanlı və sair xüsusatların olmasına baxmayaraq iddiaçı sualları yetəri qədər cavablandırılmış, lakin qiymətləndirilmənin keçirilməsi və bunun nəticəsində qəbul edilmiş əmrin əsassız olmaqla, ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənn 79-1-ci maddəsinə əsasən,işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənn 3**-1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənn 3**-2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı onun hüquq və mənafeylərinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Bundan əlavə qanunvericiliklə tənzimlənən normanı rəhbər tutaraq məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəfindən iddia tələbinin qəbul edilməsinə-etirafına dair ərizə təqdim edilmiş, həmin ərizə ilə qanunvericiliyin tələbinə zidd hal olmadığından ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” *4.*4.2*25-ci il tarixli, 37 saylı əmri ləğv edilsin. İddiaçı Sumqayıt şəhəri Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində işə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4168/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4168/2025
18.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver