Məhkəmə qərarları › İş №2(060)-4173/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4173/2023

28.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4173/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Reqional Asan Xidmət mərkəzində Qeydiyyat Şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 28 iyul 2*23-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 197*-ci ildə Ermənistan, Qafan rayonu Davidbəy qəsəbəsində anadan olmuş X4 Ərizəçi qardaşı və 196*-cı ildə Ermənistanın Qafan rayonu Davidbəy qəsəbəsində anadan olmuş X2 Ərizəçi bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o 1959-cu ildə Ermənistanın Qafan rayonunun Davidbəy qəsəbəsində anadan olmuşdur. Valideynləri ilə 1976-cı ildə Ermənistandan Sumqayıt şəhərinə, 1-ci mr-n, ev-38\128, mənzil 4*-a köçmüşdürlər. O hazırda Sumqayıt şəhəri, 34-cü məhəllə, ev-54\3, mənzil-19-da yaşayır. Atası İbrahimov Mürsəl Nəbi oğlu 23.*1.1988-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. X3 23.*1.2*13-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. Ailədə üç uşaq olmuşlar. X17, bacısı İbrahimova Aybəniz və o, Ermənistanın Qafan rayonunda anadan olmuşdurlar. Qardaşı Ərizəçi Sumqayıt şəhərində 5 nömrəli orta məktəbdə oxuyub. Subay olub, ailə qurmamışdır. X16 Sumqayıt şəhər 3saylı polinklinikada həkim işləmişdir. Ailə qurub və sonra boşanmışdır. Sumqayıt şəhəri, 1-ci mr-n, ev 34\128, mənzil 4*-da yaşamışdır. X17 vəfat edənə qədər Sumqayıt Polis idarəsinin inzibati binasında qeydiyyatda olmuş, Corat bağları ərazisində yaşamışdır. Qardaşı 13.*3.2*23-cü ildə vəfat etdikdən sonra o onun vərəsəsi kimi torpaq sahəsini rəsmiləşdirmək üçün notariat ofısinə müraciət etsə də, qardaşının və bacısının doğum haqqında şəhadətnamələri olmadığı üçün vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. O qardaşının yeganə qanun üzrə vərəsəsidir. Atası və anası vəfat etmişlər. Ailəsi və övladları olmamışdır. Valideyinləri və digər vərəsə ola bilən bacısı da vəfat etmişdir. Qardaşından miras qalmış əmlakı yalnız o vərəsəlik qaydasında öz adına rəsmiləşdirə bilər. Qardaşı və bacısı Ermənistanda anadan olmuşlar, doğum şəhadətnamələrinin harada olması barədə heç bir məlumatı yoxdur. Sumqayıt 2 saylı Regional Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin buradan da 31 may 2*23-cü il tarixdə imtina verərək məhkəməyə müraciət etməsini tövsiyyə etdilər. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Müharibə vəziyyəti ilə əlaqədar Ermənistandan hər hansı sənəd almaq da mümkün deyildir. Göstərdiyi qardaş və bacısının həqiqətən onun doğma qardaş və bacısı olmasını təsdiq etmək üçün kifayət qədər şahidləri də vardır. Qeydiyyat şöbəsinin ona imtinasında qeyd edilir ki, doğum haqda akt qeydlərinin bərpa edilməsi üçün həmin qeydlərin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin *1 mart 2**1-ci il tarixli, 52-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən Əsas müddəalara“ əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasinda ərizə verənlərin yaşadıqları qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 ərizə ilə eyni məzmunlu izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, əmisi Qafan rayonunda anadan olub. Ermənistanda doğulan şəxslərin doğum haqqında şəhadətnaməsi olmur. Hazırda atası qardaşından qalan torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. Buna görə məhkəməyə müraciət etmişdirlər. Əmisi və bibisi rəhmətə gedib, hər ikisinin doğum haqqında şəhadətnaməsi yoxdur. Bildirir ki, əmisinin başqa vərəsəsi yoxdur, belə ki, o subay idi. Bibisinin isə övladı olmadığı üçün ailəsi dağıldı, ondan miras əmlak qalmayıb. Babası 3* ildən çoxdur ki, rəhmətə gedib. Nümayəndə qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, İbrahimov Mehdi onun qardaşı oğludur. Mehdinin bacısının adı Aybəniz, qardaşının adı Mehman idi. Aybəniz həkim işləyirdi və o rəhmətə getmişdir. Bildirir ki, qardaşının 3 uşağı var idi, ikisi artıq vəfat edib, yalnız ərizəçi qalıb. Şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, İbrahimov Mehdi onun dayısı oğludur, başqaları da var idi. Mehdinin bacısı Aybəniz, qardaşı Mehman olmuşdur. 3 uşaq idilər, ikisi rəhmətə getmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşəd olan 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X5 31.*5.2*23-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydlərinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 655*6* nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 *9.11.2*13-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1475 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 318*7* nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 *5.*8.2**8-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1114 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 346949 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X1* 13.*5.2*23-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 667 nömrə ilə qeyd edilmişdir. İşdə olan SL seriyalı *53419 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur. Atası İbrahimov Mürsəl Nəbi oğlu, X3dır. İşdə olan l - SL seriyalı 364793 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Mürsəl Nəbi oğlu ilə X12 xx.xx.1977-ci ildə nikaha daxil olmuşdurlar. İş materiallarında olan İİİ-JQ seriyalı 4211** nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Mürsəl Nəbi oğlu 23.*1.1988-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 86 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X4 Ərizəçi qardaşı və X2 Ərizəçi bacısı olması işdə olan sənədlərlə və şahid ifadələri ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 12.*4.2*19-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Hazırki işdə qohumluq faktının müəyyən edilməsi ərizəçiyə qardaşından qalan miras torpaq sahəsinin vərəsəlik yolu ilə qəbul edilməsi üçün lazımdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 Ərizəçi qardaşı və X2 Ərizəçi bacısı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərininfaktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-22* 3*7, 311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 197*-ci ildə Ermənistan, Qafan rayonu, Davidbəy qəsəbəsində anadan olmuş X1 Mehti Mürsəl oğlunun qardaşı və 196*-cı ildə Ermənistanın Qafan rayonu, Davidbəy qəsəbəsində anadan olmuş X2 Ərizəçi bacısı olması faktı müəyyən müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar