Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4202/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) işə bərpa tələbinə dair mülki işə *8 yanvar 2*26-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının onun barəsində olan 13.*3.2*25-ci il tarixli rəyinin və Cavabdeh *8.*4.2*25ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə cavabdeh təşkilatda "Fortepiano" ixtisası üzrə müəllimə" vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın *8.*4.2*25-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Məhkəmənin nəzərinə çatdırır ki, 3* ildən artıqdır ki, bu müəssisədə qüsursuz fəaliyyət göstərmiş, əmək fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, daim rəhbərlik tərəfindən təltif edilmişdir. Peşə fəaliyyəti və bilik bacarıqları ilə bağlı ona bu müddət ərzində heç bir nöqsan tutulmamışdır. Son aylarda Respublikanın bütün musiqi məktəblərində müəllim heyətinin kütləvi ixtisarı həyata keçirilir. Belə ki, qondarma attetasiya tələbləri ilə heç bir halı nəzərə almadan müəllimlər öz iş yerlərindən məhrum edilirlər. Barəsində aparılmış attestasiya nəticələri ilə razı deyil, düzgün aparılmamışdır, qaydalara uyğun həyata keçirilməmişdir.Hesab edir ki, cavabdeh təşkilatın əmri ləğv edilməli və o, işə bərpa edilməlidir.Nəzərə çatdırılır ki, mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatının ərizəsinə əlavə etdiyi arayışını 12.*5.2*25-ci il tarixdə əldə etmişdir. *5.*1.2*26-cı il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, uzun müddət keçdiyinə görə yadından çıxan məqamlar olmuşdur.Bəzi nüanslar var ki, haqqına girmişdirlər. Müəllimə kimi 3* illik fəaliyyətinə qərəz nümayis etdirmişlər. Bildirilmişdir ki, ixtisas artırsın. İxtisas artırıldıqdan sonra hara göndəriləcəkdir.İxtisasartırma müşayiət müəllimlərinə lazım olur. O ixtisas dərsi keçir.Nəzəri suallar həddən artıq çox olmuşdur. Attestasiya keçirilən zaman əməliyyatdan təzə çıxmışdır. Amma komissiya üzvləri bu halını nəzərə almamışdırlar. İxtisası pianistdir.Nəzəriyyəçi deyil. İmtahanda ona qarşı qərəz olmuşdur. Belə ki, cavab verdiyi sualları cavabı qeyd olunmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. *5.*1.2*26-cı il tarixli məhkəmə iclasında mütəxəssis X6 izahatında bildirdi ki, 1-ci sualı başa düşməyib deyə cavab verə bilməmişdir.Qismən doğru cavab verdi qeyd etdiklərinə tam cavab vermişdir.2,3,4,5-ci sualları cavablandırmışdır. 6-cı sualı cavablandıra bilməmişdir. 7 və 8-ci sualları da cavablandıra bilmişdir. 9-cu sualı cavablandırmayıb deyə qeyd etmişdirlər. Amma tam cavab vermişdir. Ümumi verilən suallardan 13-nə konkret cavab vermişdir.Onun da 1-ci sualını başa düşməmişdir. 21.*6.2*25-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə attestasiya imtahanı keçirilmiş, onların bir çox müəllimləri imtahanda iştirak etmiş, bir neçə müəllimləri imtahanda iştirak etmişdir. Attestasiya komissiyasının rəyində lehinə və əleyhinə hissəsində texniki yalnışlıq olmuşdur. Protokolda da texniki səhv olmuşdur deyə dəyişdirmişdirlər. Ona görə də onunla əlaqə saxlanılaraq dəyişdirilmişdir. Bir neçə müəllimləri uğur qazansa da, bir çox müəllimləri imtahandan kəsilmiş, attestasiyanın nəticələrinə görə vəzifəsinə uyğun hesab edilmədiyindən əmək müqavilələrinə xitam verilmişdir. Fəaliyyət göstərdiyi illər ərzində müəllim hər zaman nizam-intizamlı olmuş, dərslərə vaxtı-vaxtında gəlmiş, dərsləri həmişə uğurlu olmuşdur.Özü də müəllim kimi istənilən müəllim olmuşdur.Komissiyanın rəyinə əsasən müəllimin əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş: *8 aprel 2*25-ci il tarixli Cavabdeh 48 nömrəli, X3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Cavabdeh Fortepiano müəllimi X3 *8.*4.2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq X1 haqq-hesabının ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 1993-cü ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 29 ildir. Attestasiya keçirilən zaman Cavabdeh fortepiano şöbəsinin müəllimi olmuşdur. Ümumi 22 sual verilmiş, onlardan 1* suala cavab verilmişdir. Səslərin miqdarı lehinə 1, əleyhinə 4 səs olmuşdur. İş materiallarına əlavə olunmuş 12.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı orta ixtisas təhsilli, peşəsi isə müəllimədir. xx.xx.1995-ci il tarixdə Bül-bül adına 2 saylı Uşaq İncəsənət Məktəbinə fortepiano ixtisası üzrə işə qəbul edilmişdir. *8.*4.2*25-ci il tarixdə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin 13.*3.2*25-ci il tarixli, 2 nömrəli protokolundan görünür ki, attestasiya komissiyasının nəticəsi olaraq Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı vəzifəyə uyğun hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən görünür ki, AR Mədəniyyət Nazirliyinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə və İddiaçı arasında xx.xx.1995-ci il tarixində əmək müqaviləsi AR Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır.İşçiyə hər ay 1875 manat məbləğində əmək haqqı ödənilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-*8.*4.2*25-ci illərdə Cavabdehndə fortepiano şöbəsinin müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *8.*4.2*25-ci il tarixli 48 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəyə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. 46.1-ci maddəyə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 3**.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə və sair hallar qeyd etməsi onun tərəfindən verilmiş iddia tələbinin əsaslı olmaqla, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanuni olmamasına əsas verir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-*8.*4.2*25-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Abşeon-X8 İdarəsi Bül-bül adına 2 saylı Uşaq musiqi Məktəbində fortepiano şöbəsinin müəlliməsi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *8.*4.2*25-ci il tarixli 48 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. Belə ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin, mütəxxəsisin iştirakı ilə baxış keçirərkən iddiaçıya qərəzin olması müəyyən edilmiş, iddiaçı tərəfindən təqdim olunmuş sənədlə müəyyən edilmişdir ki, 22 sualdan 13ü cavablandırılmışdır. Buna baxmayaraq, komissiya üzvləri tərəfindən iddiaçıya qərəz nümayiş etdirilərək lehinə səslərin sayı 1, əleyhinə səslərin sayı 4 olmuşdur.Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş xəstəlik tarixçəsindən müəyyən edilir ki, onun xəstəliyi attestasiya zamanı nəzərə alınmamışdır. Məhkəmənin qənaətinə görə iddiaçı sualları yetəri qədər cavablandırılmış, lakin qiymətləndirilmənin keçirilməsi və bunun nəticəsində qəbul edilmiş əmrin əsassız olmaqla, ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə bu qənatə gəlir ki, cavabdeh tərəfin iddiaçıya əsaslı qərəzi məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənn 79-1-ci maddəsinə əsasən,işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənn 3**-1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 3**-2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı onun hüquq və mənafeylərinə zidd olmuşdur. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasın Nazirlər Kabinetinin qərarının 2.4 və 2.5-ci bəndinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Qaydaların 2.6-cı bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Məhkəmə hesab edir ki, iddiaçının çalışdığı məktəbin nümayəndəsinin iştirakının təmin edilməməsi,halbuki təhsil icra etdiyi qurumun nümayəndəsi iddianı qəbul etdiyini, fəaliyyət göstərdiyi illər ərzində müəllimənin hər zaman nizam-intizamlı olduğunu, dərslərə vaxtı-vaxtında və uğurlu icra etdiyini, 36 il iş təcrübəsinin olmasını bildirmiş, atestasiya vərəqəsində texniki yanlışlıq yəni əvvəl işçinin işdən azad edilmədiyi, sonradan nümayəndə vasitəsi ilə dəyişdirilməsi, məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatı ilə təsdiq edilmiş, “Attestasiya komissiyasının rəyində lehinə və əleyhinə hissəsində texniki yalnışlıq olmuşdur. Protokolda da texniki səhv olmuşdur deyə dəyişdirmişdirlər, onunla əlaqə saxlanılaraq dəyişdirilmişdir” bu hal Nazirlər Kabinetinin qərarına əsasən işçiyə elan edilməli, yanlışlığın nədən ibarət olması protokollaşdırılmalı, işçinin cavab verdiyi sualların nəzərə alınmaması ona qarşı qərəzin olmasını açıq-aydın nümayiş etdirməklə, məhkəmənin bu qənaətə gəlməsinə əsas verir. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Əmək müqaviləsinə xitam verilməsi barədə” *8.*4.2*25-ci il tarixli, 48 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdehndə işə bərpa edilsin və məcburi proqula görə əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4202/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4202/2025
08.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver