Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4203/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının iştirakı ilə, İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı *1.12.1992-ci il tarixdə cavabdeh təşkilatda "Fortepiano" ixtisasi üzrə "müəllimə" vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın *8.*4.2*25-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 33 ildən artıqdır ki, bu müəssisədə qüsursuz fəaliyyət göstərmiş, əmək fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, daim rəhbərlik tərəfindən təltif edilmişdir. Peşə fəaliyyəti və bilik bacarıqları ilə bağlı iddiaçıya bu müddət ərzində heç bir nöqsan tutulmayıb. Son aylarda Respublikanın bütün musiqi məktəblərində müəllim heyətinin kütləvi ixtisarı həyata keçirilir. Belə ki, qondarma attestasiya tələləri ilə heç bir halı nəzərə almadan müəllimlər öz iş yerlərindən məhrum edilirlər. Barəsində aparılmış attestasiya nəticələri ilə razı deyildir, düzgün aparılmamışdır, qaydalara uyğun həyata keçirilməmişdir. Cavabdeh təşkilatın əmri ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Göstərilənlərə əsasən, Attestasiya komissiyasının iddiaçı barəsində rəyinin və X1 İdarəsinin Bül-bül adına 2 saylı uşaq incəsənət məktəbinin *8.*4.2*25-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Mədəniyyət Nazirliyinin qərarı ilə attestasiya keçirilmiş, həmin attestasiyanın qərarı ilə Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı ilə aralarında heç bir problem olmamış, o, daim intizamlı olmuş, işinə məsuliyyətlə yanaşmışdır.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirak izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan Əbdürrəhmanova Ülviyyə Hökmulla qızına məxsus İT-İ № 235*112 nömrəli əmək kitabçasının surətindən görünür ki, Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin *1.12.1992-ci il tarixli əmrinə əsasən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinə fortepiano müəllimi kimi işə qəbul edilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi ilə Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı arasında bağlanılmış *1 dekabr 1992-ci il tarixli əmək müqaviləyə əsasən Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 1*. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *8 aprel 2*25-ci il tarixli, 41 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Bülbül adına nömrəli Uşaq İncəsənət məktəbinin fortepiano müəllimi Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xxxxxxx***1** nömrəli əmək müqaviləsinə xitam verilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının atestasiyası üzrə cavablarını komissiya – “əsərin ifası və təhlili: İ.Haydn Sonata №27 G Dur” – “zəif idi”, “Qammanın ifası: E Dur-cis moll” – “orta ifa idi”, “üzdən oxuma: D.Skarlatti Sonata e moll” – “Orta idi”, “Azərbaycan pianoçularından kimləri tanıyırsız: Nərgiz, Aziza” – “Cavab verə bilmədi”, “Xarici pianoçulardan kimləri tanıyırsız” – “Cavab verə bilmədi”, “Hansı məşhur müsabiqələri tanıyırsız”- “Müsabiqələrin adlarını sadalaya bilmədi”, “R.Şumanın fortepiano yaradıcılığı haqqında məlumat” - “Cavab verə bilmədi”, “M.Ravel haqqında məlumat”- “Heç bir məlumatı yoxdur”, “Vyana klassikləri haqqında məlumat”- “Adlarını sadaladı”, “L.V.Bethovenin neçə f-no sonatası var?”- “Cavab verə bilmədi”, “Vyana klassikləri öz sonatalarını hansı formada bəstələyiblər” – “Cavab verə bilmədi”, “Hansı musiqi formalarını tanıyırsız”- “Cavab verə bilmədi”, “F.Əmirovun fortepiano yaradıcılığı haqqında məlumat”- “Cavab verə bilmədi” kimi qeyd etmişdir. Səsvermənin nəticələrinə görə (lehinə-1, əleyhinə -4) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
12. İş materiallarında olan 14.*5.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-**734 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş və attestasiyadan keçmədiyi üçün *8.*4.2*25-ci il tarixdə işdən azad olunmuşdur.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
15. 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır.
16. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
17. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
19. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2*. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
21. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
22. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
23. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
24. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
25. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
26. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
27. Maddə 7* “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
28. Maddə 288 “x”. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
29. Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 3*. 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır;
31. 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır;
32. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil;
33. 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır;
34. 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir;
35. 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir;
36. 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
Məhkəmənin mövqeyi:
37. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *1 dekabr 1992-ci il tarixli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 13 mart 2*25ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
38. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
39. Məhkəmə qeyd edir ki, attestasiyanın tam audio-video yazısı məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video yazıya baxış keçirilmiş, lakin yuxarıda qeyd edilən dəlillər üzrə attestasiyanın keçirilməsi zamanı bərabərlik və qərəzsizlik prinsiplərinin pozulması hallarına rast gəlinməmişdir. 4*. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.
41. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur.
42. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə *8.*4.2*25-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, *8.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
43. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
44. Məhkəmə iddia tələbinin “Attestasiya komissiyasının rəyinin ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
45. Belə ki, “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi”nin 6.5-ci maddəsinə əsasən müəllimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər.
46. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetin Qərarının 1.6-ci bəndinə əsasən azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.
47. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.
48. “İş yerlərinin attestasiyasının keçirilməsi barədə” Qaydaların 1.2-ci maddəsinə əsasən müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.
49. Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsindən görünür ki, 27.12.2*24-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin fortepiano ixtisası üzrə təhsilverənlərin attestasiya proqramı yerləşdirilmiş, müvafiq olaraq attestasiyanın keçirilməsi və nəticələri barədə məlumat yerləşdirilmişdir. 5*. Məhkəmə hazırkı mərhələdə onu vurğulayır ki, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində (tabeliyində) olduğundan təhsilverən müəllimlərin attestasiyası da məhz Nazirliyin müəyyən etdiyi qaydada həyata keçirilmişdir.
51. İddiaçı iddia tələbində attestasiya qərarının (rəyinin) ləğvini qoyduğundan, attestasiyanı isə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi həyata keçirmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
52. Göründüyü kimi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi hazırki iddia tələbinin “attestasiya qərarının ləğvi” hissəsi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur.
53. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3* iyul 2**8-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
55. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və s. tələbi”nə dair iddia tələbi rədd edilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 6*. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:
62. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və s. tələbi”nə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva