Məhkəmə qərarları › İş №2(060)-4207/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4207/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4207/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı icarə müqaviləsinin ləğv edilməsi və ödədiyi pullar nəzərə alınmaqla qalan borcunun yenidən hesablanması barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan “Elmart Market”lə Cavabdeh2 qismində aralarında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin ləğv edilməsi və ödədiyi pullar nəzərə alınmaqla qalan borcunun yenidən hesablanması barədə qətnamə qəbul edilməsi edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandardıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan “Elmart Market”lə Cavabdeh2 qarşı ərizə qaldırdıqda həmin tərəfin bu məsələ ilə bağlı cavabını iş materiallarına əlavə etməmişdir. Hesab edirəm ki, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəsiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı icarə müqaviləsinin ləğv edilməsi və ödədiyi pullar nəzərə alınmaqla qalan borcunun yenidən hesablanması barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi İddiaçı izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar