Məhkəmə qərarları › İş №2(060)-4213/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4213/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4213/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, azyaşlı övladı 05.09.2006-cı il təvəllüdlü Bədəlov Kənan Ramil oğlu ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, 30/69 saylı evin 41 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 34500 manat ödəməklə, AN-İ seriyalı ******* №-li, 12.02.2021-ci il tarixli alqı-atqı müqaviləsi bağlayaraq mənzili almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında AR ƏMDK yanında ƏDRX-ııin 01.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdeh isə köhnə ev sahibinin ailə üzvüdür. Həmçinin cavabdehin azyaşlı övladı 05.09.2006-ci il təvəllüdlü Bədəlov Kənan Ramil oğlu da onun mənzilində qeydiyyatdadır. Ev satıldığı gündən nə cavabdeh, nə övladı mübahisəli mənzildə yaşamır. Hal-hazırda onların onun mənzili ilə heç bir əlaqəsi yoxdur, onlara aid heç bir əşya da yoxdur, həmin alqı-satqı müqaviləsinin 13-cü bəndində cavadeh qeydiyyatdan çıxmağı üzərinə öhdəlik kimi götürmüşdür. Lakin qeydiyyatdan çıxmamışdır. Asan-Sumqayıt mərkəzinin 19.04.2021-ci il tarixli. ******* №-li arayışından da görünür ki, cavabdeh və azyaşlı övladı hələ də qeydiyyatdadır. Onların qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 01.03.2021-ci il tarixdə qeydə alınmışdır. AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X2 özünə məxsus ünvan 1 alıcı İddiaçı mülkiyyətinə vermişdir. Asan-Sumqayıt tərəfindən verilmiş, ******* saylı, 19.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh və azyaşlı uşaq 05.09.2006-cı il təvəllüdlü Bədəlov Kənan Ramil oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşin hallarından göründüyü kimi cavabdeh iddianı etiraf etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh azyaşlı övladı 05.09.2006-cı il təvəllüdlü Bədəlov Kənan Ramil oğlu ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladı 05.09.2006-cı il təvəllüdlü Bədəlov Kənan Ramil oğlu ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar