Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4241/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən, 22 saylı evin 33 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2013-cü il tarixli Seriya RX ******* saylı çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. Oğlu X9 oğlunun qalmağa yeri olmadığından həmin mənzili müvəqqəti yaşamaq üçün oğluna və onun ailə üzvlərinə vermişdir. Mənzildə oğlu Şahin Nuriyev, həyat yoldaşı Cavabdeh, birgə nikahlarından olan uşaqları - xx.xx.2005-cil təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X8 yaşamağa başlamışlar. Mənzili alandan 3 il sonra Cavabdeh Masallı rayonundan qeydiyyatdan çıxaraq sözü gedən mənzilə qeydiyyata düşmüşdür. O isə qızı X1 mülkiyyətində olan ünvan 1 ünvanında qalmağa başlamışdır. Cavabdeh iddia tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6564/2021 saylı qətnaməsi ilə əri X9 oğlu ilə aralarındakı nikah pozulması, uşaqların anası Cavabdeh yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh mülkiyyətində olan mənzili yaşamağa yararsız hala salmış, uzun zaman mənzilin kommunal xərclərini ödəmədiyindən Mənzil Kommunal sahəsi kommunal xərclərin onun tərəfindən ödəməsini tələb etmişdir. Cavabdeh oğlu Şahin Nuriyevi mülkiyyətində olan mənzildən qovmuşdur. Şahinin qalmağa yeri olmadığından qızına məxsus bir otaqlı, yaşayış sahəsi 12,8 kv. metrdən ibarət ünvan 1 ünvana gələrək onlarla birgə yaşamağa məcbur olmuşdur. Faktiki həmin dar mənzildə 9 nəfərdən ibarət ailə çətin şəraitdə yaşamaqla qarşılaşmışlar. Ona görə də Cavabdeh mülkiyyətində olan mənzildən çıxmasını və mənzilində yaşamaq istədiyini bildirmişdir. Lakin o, mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdehin mülkiyyətində olan mənzil sahəsindən çıxmaması mənzil sahəsinə qanunla müəyyən edilmiş sərəncam vermək, sahib olmaq və istifadə etmək kimi hüquqlarını həyata keçirməyinə mane olur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh uşaqları - X7, X5 və X8 ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh uşaqları - X7, X5 və X8 ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi daxil olmuşdur, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, cavabdeh onun keçmiş gəlinidir. Mülkiyyətində olan mənzilə dair kommunal xərclər cavabdeh tərəfindən ödənilmir. Özü həmin mənzildə 3 il qalmış, həmin müddətdə ödəniş etmişdir. O vaxtdan heç bir ödəniş edilməmişdir. Cavabdehin üçüncü övladı olan zaman uşağa pul verilməsi üçün onun qeydiyyata salınmasına razılıq vermişdir. Cavabdeh onunla birlikdə yaşamadığından o, ev alaraq ayrılmışdır. Cavabdeh oğlu ilə boşanmış, daha sonra oğlu da onunla yaşamağa başlamışdır. Cavabdeh ona qarşı böyük hörmətsizlik edir, heç bir əxlaqa yaraşmayan sözlərlə onu və oğlunu təhqir edir, uşaqlara baxmır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzili öz vəsaiti hesabına almışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Mənzildə oğlu, gəlini və 3 uşaqları yaşamışdır. Buna baxmayaraq kommunal xidmətlərinin hamısını iddiaçı ödəmişdir. Sonradan mübahisələri olmuş, oğlu ilə gəlini yola getməmiş və boşanmışlar. Hazırda iddiaçı oğlu ilə birlikdə qızına məxsus 1 otaqlı mənzildə yaşayır. Həmin mənzil də dar olduğundan birlikdə yaşamaları mümkün deyildir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, 2004-cü ildə iddiaçının oğlu Şahin ilə ailə qurub Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 45, mənzil 40-da olan 3 otaqlı mənzilə gəlin köçmüşdür. Övladlarından ikisi həmin mənzildə yaşayan vaxt anadan olmuşdur. 9 il həmin mənzildə yaşamışdır. Əri Şahinin pis vərdişləri olduğuna görə ailəsi ilə münasibətləri pozulmuşdur. Sonra qaynatası həmin üç otaqlı mənzili satıb ayrı-ayrı ünvanlarda iki dənə 1 otaqlı mənzil almışdır. Mənzillərdən birini formal olaraq qızının adına almışdır. Lakin həmin mənzildə qaynatası özü yaşayır. Hazırki mübahisəli mənzili də öz adına alıb onlara vermişdir. Üçüncü övladı mübahisəli mənzildə yaşayan zaman dünyaya gəlmişdir. Daha sonra əri Şahin daha da dözülməz hala gəlmiş, narkotik vasitələrə qurşanmış, dəfələrlə polisə düşmüşdür. O da məcbur olub 2021-ci ildə boşanmışdır. Hazırda iddiaçının oğlunun ona 4320 manat aliment borcu var. Heç bir yerdə işləmir. Uşaqlarının maddi təlabatını ödəyə bilmir. Uşaqları ilə birgə mübahisəli mənzilə qeydiyyatdadır və onu qeydiyyata iddiaçı özü salmışdır. Ona görə də iddia tələbini rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 546 №-li, xx.xx.2022-ci il tarixli forma-2 arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanı onun mülkiyyətindədir, qeydiyyatı yoxdur. Ailə üzvləri ilə birlikdə qeydiyyatda olan şəxslərin siyahısında keçmiş gəlini Cavabdeh, onun övladları 2007-ci il təvəllüdlü X5, 2016-cı il təvəllüdlü X7, 2005-ci il təvəllüdlü X8 da vardır. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 695 №-li, xx.xx.2022-ci il tarixli forma-2 arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6564/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək X9 oğlu ilə Nuriyeva (Cəfərova) Səbinə Hekayət qızı arasında xx.xx.2005-ci il tarixdə Sumqayıt nikah evində bağlanmış 449 nömrəli akt qeydi olan nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2005-cil təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 ananın yanında qalması, cavabdeh X9 oğlundan iddiaçı Cavabdeh xeyrinə onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı Yeni qaydalarla: AZ 5009, Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi 45, M1, m1 ünvanı X1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 157.8-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 27.1 və 27.3-cü maddələrindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 6.1.7-ci maddəsinin tələbinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının gəlinidir. Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən, 22 saylı evin 33 saylı mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzili müvəqqəti yaşamaq üçün oğluna və onun ailə üzvlərinə vermiş, özü isə qızı X1 mülkiyyətində olan ünvan 1 ünvanında qalmağa başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6564/2021 saylı qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqların Cavabdeh yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxmaması onun sərəncam vermək, sahib olmaq və istifadə etmək kimi hüquqlarını həyata keçirməsinə mane olur. Bundan əlavə məhkəmə hesab edir ki, mülkiyyətdən manesiz istifadə hüququ cavabdehin övladları ilə birliktə çıxmaması səbəbindən pozulur. Belə ki, cavabdehin məhkəmə iclasında bildirdiyi kimi ailə olaraq birliktə yaşadıqları müddətdə iddiaçı oğluna və onun ailə üzvlərinə şərait yaradaraq həmin mənzilə köçürməsi onun həmin mənzildə istifadə hüqununun yaranması üçün əsas deyildir. İşin mübahisə edilməyən halı isə cavabdehin iddiaçının oğlu ilə olan ailə münasibətlərinə artıq xitam verilməsidir. Hüququn yaranmadığı halda hüquqdan sui istifadə əsassız olmaqla, yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh, uşaqları – X7, X5 və X8 ilə birlikdə ünvan 2 ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh, uşaqları – X7, X5 və X8 ilə birlikdə ünvan 2 ünvanından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4241/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4241/2022
07.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver