Məhkəmə qərarları › İş №2(060)-4245/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4245/2020

25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4245/2020 25.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri, 1 saylı Notariat ofisinə qarşı miras əmlakın qəbulu müddətinin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri, 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2017-ci ildə vəfat etmiş atası X3 məxsus miras əmlakın qəbulu müddətinin qanun üzrə vərəsələr tərəfindən buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, X6 atası, X4 isə anasıdır. Bunu ona məxsus olan AZ-İl Seriyalı 982433 saylı “Doğum haqqında şəhadətnamə” təsdiq edir. Anası X4 xx.xx.2009-cu ildə, atası X6 isə xx xxxxxxxx 2017-ci ildə vəfat etmişdir. Atası sağlığında Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının depozit hesabına pul köçürmüşdür. Atasının vəfatından sonra o, və digər vərəsələr Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına mərhum atası tərəfindən depozit hesaba qoyulmuş əmanəti almaq üçün müraciət etmişlər. Bankın səlahiyyətli nümayəndəsi onlara bildirmişdir ki, atalarının adına olan əmanət bankda qaldıqca üzərinə əlavə faiz gələcəkdir. Bu da onların gələcəkdə daha çox pul almaqları deməkdir. Bu səbəbdən və hüquqi savadsızlıqlarından mərhum atasından qalmış depozitin qəbulu müddətini buraxmışlar. Miras əmlakın qəbulu məqsədilə Sumqayıt şəhəri, 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Sumqayıt şəhəri, 1 saylı Notariat Ofisinin xx xxxx 2020-ci il tarixli 549 saylı məktubu ilə ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhəri, 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X5 bildirdi ki, atası X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vərəsələr o, Ruslan, Aslan, Elşən və Aidədir. Atası sağlığında Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına depozitə pul qoymuşdur. Atası vəfat edəndən sonra Banka yaxınlaşmış və sözügedən depozit məbləğini geri çəkmək istəmişlər. Lakin həmin vaxt bankdan onlara pulu çəkməmələrini, əgər pul qalarsa daha çox qazanc əldə edəcəklərini bildirmişlər. Hazırda onlar bankdakı pul məbləğini çıxartmaq istəyirlər, lakin mirasın qəbul müddətini buraxdıqlarından bu mümkün deyil. Şahid qismində dindirilən X7 bildirdi ki, atası xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Atası sağlığında Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına depozitə pul qoymuş, lakin vəfat etdikdən sonra həmin məbləği çıxara bilməmişlər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: X4 xx.xx.2009-cu il tarixdə, X6 xx xxxxxxxx 2017-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişlər. (iş materiallarına əlavə olunmuş AZ-İ 903130 və 382469 nömrəli ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Qazax rayonunda anadan olmuş, ata qrafasında X6, ana qrafasında isə X4 qeyd olunmuşdur. AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri, 1 saylı Notariat ofisinin Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 549 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli, notariat ofisinə ünvanlanmış xx.xx.2017-ci il tarixində vəfat etmiş X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və Notariat haqqında qanunun 40-cı maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 ilə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialı arasında xx xxxxxxx 2015-ci il tarixli Klassik əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə bağlanmış və sözügedən müqaviləyə əsasən, K.Bayramov 6275 (altı min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaitini 12 ay müddətinə, illik 3,25 faiz olmaq şərti ilə Banka depozit qoymuşdur. Eyni zamanda tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli, 0527 nömrəli Müqavilə bağlanmış və sözügedən müqaviləyə əsasən də X6 12384 (on iki min üç yüz səksən dörd) manat məbləğində pul vəsaitini 12 ay müddətinə, illik 12 faiz olmaq şərti ilə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına depozit qoymuşdur. X6 xx xxxxxxxx 2017-ci il tarixdə Sumqayıt şəhərində vəfat emişdir.Ərizəçi X2 qanun üzrə birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə Ərizəçi K.Bayramovun qanun üzrə birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxxxx 2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxxx 2017-ci il tarixində vəfat etmiş X3 məxsus miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar