Məhkəmə qərarları › İş №2(060)-4247/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4247/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4247/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Məhkəmə iclas katibi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi olmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə 18 noyabr 2*25-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddia tələbi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun X2nın qardaşının nəvəsi olması faktı təsdiq edilərək ikinci növbəli vərəsələr sırasına daxil edilməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, onun X2 ilə qohumluq əlaqəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 qardaşının nəvəsidir. (babasının bacısı). H.Qulamova 22 oktyabr 2**7-ci ilə qədər Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və 22.1*.2**7-ci ildə vəfat etmişdir. Mərhum H.Y.Qulamova subay olmuş və nikah münasibətində olmamışdır. Bunu Siyəzən rayon Qeydiyyat Şöbəsinin 15 fevral 2*19-cu il tarixli, 19 saylı arayışı təsdiq edir. Havar Qulamovanın vəfat etməsini AZ-İ № 278666 saylı "Ölüm haqqında şəhadətnamə" təsdiq edir. Havar Qulamova sonsuz olmuş, ona o baxmış və təsərrüfatını o idarə etmişdir. Qeyd edilənləri qonşuların 27.*5.2*19-cu il tarixli aktı və Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Zarat kənd İnzibati ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin *8.*7.2*19-cu il tarixli 244 saylı arayışı təsdiq edir.X1 mülkiyyətində Siyəzən rayon Zarat kəndi ərazisində Siyəzən rayon Aqrar İslahat Komissiyasının 18 may 1996-cı il tarixli, 2*2 saylı qərarına əsasən *,*3 ha fərdi yaşayış təyinatlı torpaq sahəsi (SN-198A, kod 3*5*7*18) və Siyəzən rayon Zarat kəndi ərazisində Siyəzən rayon Aqrar İslahat Komissiyasının 1*.12.1997-ci il tarixli, 31 saylı qərarı ilə *,47 ha "Kənd təsərrüfatı" təyinatlı torpaq sahəsi vardır. O, mərhum H.Qulamovanın vəfatından sonra onun mülkiyyətində olan torpaqları mülkiyyətinə keçirmək istəmişdir. Bu məqsədlə Sumqayıt Regional "Asan xidmət" Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir.Maraqlı tərəf olan özünün *2.11.2*2*-ci il tarixli 4152 saylı məktubu ilə xahişini təmin etməmişdir. Məktubda imtinaya səbəb kimi onun X6 birinci növbə vərəsələri sırasına daxil edilməməsi göstərilmiş və buna görə də məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bir daha bildirir ki, X3 olmuş və nikahda olmamışdır. O onun qardaşının nəvəsidir (babasının bacısı). Hal-hazırda mərhumun birinci dərəcəli vərəsəsi yoxdur. Nəslin yeganə sağ qalan nümayəndəsi odur. O onunla birgə yaşamış, təsərrüfatı idarə etmiş və hal-hazırda idarə etməkdə davam edir. O, mərhumun ikinci növbəli vərəsəsidir. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.Əlavə olaraq qeyd etdi ki,şahidlər qardaşı ilə qonşusudur. Kommunalı adına keçirə bilmir. Ev yiyəsizdir, adına keçirmək istəyir.3 sot torpaq sahəsində evi və əkin sahəsi qalmışdır.Atasının bibisidir. 2 yaşından oğlu kimi onu götürüb saxlamışdır. O böyüdükcə Qulamova Havar 1-ci dərəcəli əlil olmuşdur.Əsgərlikdə olandada valideynləri baxmışdır. Əsgərlikdən gələndən 1 il sonra dünyasını dəyişmişdir. O vaxt razılığı var idi. Məkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki,ərizəçi qardaşıdır. Ailədə 4 nəfərdilər. Havar atasının bibisidir. Ancaq öz bibiləri kimi baxmışdırlar. Əlliliyi var idi. Təxminən 1* ildən çox olar rəhmətə getmişdir.Qardaşı məktəbdə oxuyandada həftəsonları ona baxmağa getmişdir. Məkəmə iclasında şahid qismində dindirilmiş X1* bildirdi ki, ərizəçinin atasını da babasını da tanıyır. Bir kənddə yaşamışdırlar. Havara əvvəl anası, bacısı baxırdı. Sonra anası rəhmətə getmiş və bacısı da ərə getmişdir. Asif yanında qalmağa başlamış və o baxmışdır. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bununb səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: - Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının Zarat kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin *8 iyul 2*19-cu il tarixli, 244 nömrəli arayışından görünür ki, X2 22 oktyabr **7-ci il tarixində vəfat etmişdir. Vəfat etdiyi günə qədər Siyəzən rayon Zarat kəndinə qeydiyyatda olmuş və yaşamışdır. X14 vəfat etdikdən sonra onun təsərrüfatını Ərizəçi idarə edir. - 27 may 2*19-cu il tarixli aktdan görünür ki, Zarat kənd sakinləri Qulamova Gülxanım heybət qızı, X12, X7, X15, X1* təsdiq etmişdirlər ki, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmuş və yaşamış X14 22 oktyabr 2**7-ci ildə həmin ünvanda vəfat etmişdir. X11 məxsus olan təsərrüfata qardaşı nəvəsi Ərizəçi baxıb, idarə edir. - *2.11.2*2*-ci il tarixli 4152 nömrəli Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notarat Ofisinin məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən Ərizəçi X6 birinci növbə vərəsələri sırasına daxil olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - AZ-İ seriyalı, 278666 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22.1*.2**7-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində qocalıq və durğunluq səbəbiylə vəfat etmişdir. - 15.*2.2*19-cu il tarixli Siyəzən rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X14 barəsində Siyəzən rayon Qeydiyyat şöbəsində nikah haqqında akt qeydi aşkar olunmamışdır.Arxiv məlumatları 1953-1963-cü illər üzrə yoxlanılmışdır. - *4.*9.2*25-ci il tarixli 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notarat Ofisinin sorğuya cavabından görünür ki, *2.11.2*2*-ci il tarixdə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notarat Ofisinə müraciət etmiş Ərizəçi 22.1*.2**7-ci ildə ölmüş X4 miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi miras qoyan X14 ilə əlaqələrini təsdiq edən sənədlər təqdim edə bilmədiyindən vərəsəlik işi açılmamışdır. - Milli Arxiv İdarəsinin Dövlət Arxivinin 24 sentyabr 2*25-ci il tarixli Ərizəçi müraciətə cavabından görünür ki,X6 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. - Milli Arxiv İdarəsinin Dövlət Arxivinin 22 sentyabr 2*25-ci il tarixli Ərizəçi müraciətə cavabından görünür ki,X8 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. - Milli Arxiv İdarəsinin Dövlət Arxivinin 22 sentyabr 2*25-ci il tarixli Ərizəçi müraciətə cavabından görünür ki,X9 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2*19-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikasının MPM-nin: 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2 və 3*7.2.1-ci maddələrinə görə, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçinin üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara, ərizəçinin və şahidlərin məhkəmə iclasında vermiş olduqları izahata əsasən müəyyən olunur ki, ərizə qanuni və əsaslıdır. MPM-nin: 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizə təmin edilsin. X2 ilə Ərizəçi qohumluq (qardaşı nəvəsi) faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən *1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar